Zərərsizləşdirilmiş PKK-nın dörd silahlısından biri Daxili İşlər Nazirliyinin “boz siyahısında” axtarılan terrorçulardan olub.

İyulun 30-da Şirnak əyalətinin Qabar rayonu ətrafında Türkiyə kəşfiyyatının əməliyyatının gedişatında zərərsizləşdirilmiş PKK-nın dörd silahlısından biri Daxili İşlər Nazirliyinin “boz siyahısında” axtarılan terrorçulardan olub.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Seyitxan Acay “Bryusk İsrail” ləqəbi ilə 2006-cı ildə bir sıra terror təşkilatlarına üzv olub.

O, beş il İsraildə fəaliyyət göstərib. 2018-ci ildə Türkiyənin cənub-şərqində Siirt əyalətində, Botan ərazisində PKK-nın fəaliyyətinə cavabdehlik daşıyıb.

Seyitxan Acay bundan sonra Şırnak əyalətinin Küpeli və Qabar rayonlarında terror təşkilatı sıralarında fəaliyyət göstərib.

Müxbir: kafkazh.com

Xüsusi müxbir: Nuray Ələkbərova

Mənbə: Ordu.az