Zelenski “Gələcəkdə də sizdən məsləhət almağa hazırıq”

Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Donbasdakı münaqişənin həlli üzrə təmas qrupunu tərk edib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskyinin mətbuat xidməti məlumat yayıb.

Zelenski Kuçmanın bu qərarına hörmət etdiyini bildirib.

“Sülhə nail olmaq üçün atdığınız bütün atdımlarınıza görə təşəkkür edirəm. Gələcəkdə də sizdən məsləhət almağa hazırıq”, – Zelenski eks-prezidentlə görüşü zamanı deyib.

Müxbir: kafkazh.com

Xüsusi müxbir: Ramid Askerov

Mənbə: Axar.az