Yuxular və yuxu görmək
Yuxular yuxu zamanı ağlımızdan keçən görüntülərin, düşüncələrin, səslərin və duyğuların ardıcıllığıdır. İnsanlar REM yuxusundan oyandıqda normal yuxu gördüklərini deyirlər, amma həmin yuxunu gecə ərzində dəfələrlə gördüklərinə baxmayaraq, onlar yuxuların əksəriyyətinin oyandıqdan sonra unudulduğunu düşünürlər (Dement, 1997). Yuxularımızın məzmunu ümumiyyətlə gündəlik təcrübə və narahatlıqlarımızla, tez-tez qorxu və uğursuzluqlarımızla əlaqəlidir.
Bir çox mədəniyyət yuxuları yuxu görənin mövcud vəziyyəti və ya gələcəyini qabaqcadan proqnozlaşdıraraq yuxunu görən şəxs üçün böyük bir əhəmiyyətə sahib olduğunu düşünür. Avstriyalı psixoloq Ziqmund Freyd (1913/1988) xəstələrin şüursuz ehtiyaclarını və istəklərini anlamalarına kömək etmək üçün yuxularını analiz edir və bu texnikanı psixoterapevtlər bu gün də istifadə edirlər.
Freyd yuxuların əsas funksiyasının istəklərin yerinə yetirilməsinə və ya yuxunun gün ərzində yatırmalı olduğumuz istəkləri yerinə yetirməyə imkan verdiyinə inanırdı. O yuxunun açıq məzmunu (yəni həqiqi hərəkətləri) ilə gizli məzmununu (yəni yuxunun gizli psixoloji mənası) ayırd etdi. Freyd yuxuların əsl mənasının şüuraltı tərəfindən fərdi öhdəsindən gəlmək çətin olan düşüncə və duyğulardan qorumaq üçün yatırıldığına inanırdı. Freyd yuxuların əsl mənasını psixoanaliz yolu ilə açaraq insanların problemlərini daha yaxşı başa düşə biləcəyinə və həyatlarında çətinlik yaradan problemləri həll edə biləcəyinə ümid edirdi.
Freyd və başqaları yuxuların mənasına diqqət yetirirdi, yuxuların səbəbləri haqqında digər nəzəriyyələr onların məzmunu ilə daha az bağlı idi. Bir ehtimal budur ki, ilk növbədə məlumatların konsolidasiya və ya uzunmüddətli yaddaşa köçürülməsinə kömək etmək üçün yuxu görürük. Rauçs, Desqranges, Foret və Eustaç (2005) REM yuxusundan məhrum olan siçovulların yuxunu görməyə icazə verilən siçovullara nisbətən tapşırığı daha az yerinə yetirə bildiklərini və bu fərqlərin daha böyük olduğunu tapdılar, bu fərqlər qeyri-adi məlumatların öyrənilməsi və ya yeni davranışların inkişafı ilə əlaqəli tapşırıqlarda daha çox idi.
Peyn və Nadel (2004) yuxuların məzmununun konsolidasiyanın nəticəsi olduğunu irəli sürdülər, biz uzun müddətli yaddaşa köçürülən şeylər haqqında yuxu görürük. Bu səbəbdən yuxu görmək, yatarkən etdiyimizi öyrənmənin vacib bir hissəsi ola bilər. Yuxunun aktivasiya-sintez nəzəriyyəsi yuxu görməyin başqa bir izahını təqdim edir, yəni yuxular beynimizdəki sinirlərin təsadüfi azalmasına dair şərhidir. Bu yanaşmaya görə beyindən gələn siqnallar yuxuda olduğu kimi korteksə göndərilir, ancaq REM yuxu zamanı korteksdən skelet əzələlərinə gedən yollar kəsildiyi üçün siqnalları necə şərh edəcəyini bilmir. Nəticədə, korteks mesajları yuxu olaraq yaşadığımız hekayələrə çevirir. Tədqiqatçılar hələ də yuxu görməyin dəqiq səbəblərini müəyyənləşdirməyə çalışarkən, bir şey aydınlaşır– bizim yuxu görməyə ehtiyacımız var. Əgər biz REM yuxusundan məhrum olsaq, yenidən yuxu görənə qədər tez bir zamanda gündəlik həyatın vacib işlərində daha az iştirak etməyə başlayarıq.
QAYNAQ: İntroduction to Psychology
TƏRCÜMƏÇİ: Nilgün Allahverdiyeva
HƏMÇİNİN BAX: Avropa hunlarının tarix səhnəsinə çıxması
HƏMÇİNİN BAX: Tehsilim.org/yeni-tehsil-ili/