Yuventus”da Dibala şoku – ÇL matçını buraxa bilər

Yuventus”da Dibala şoku – ÇL matçını buraxa bilər

 

İtaliyanın “Yuventus” klubu ciddi itkiylə üzləşib.

 

Rekord.az xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Paulo Dibala zədələnib.

 

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. A Seriyasının 36-cı turunun “Sampdoriya” ilə matçında (2:0) zədələnən Dibalanın ən tezi 10 gündən sonra komanda ilə məşqlərə qoşulacağı bildirilir.

 

Argentinalı yarımmüdafiəçinin Çempionlar Liqasının Lion “Olimpik”i ilə matçda da iştirakı sual altındadır.

 

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Yuventus” – “Olimpik” (Lion) matçı avqustun 7-də oynanılacaq. Komandalar arasında Fransada baş tutan qarşılaşmada Lion “Olimpik” minimal hesablı qələbə qazanıb – 1:0.

Müxbir: kafkazh.com xüsusi müxbiri Ramid Əskərov