Yunanıstanda Sparta və Fivin hakimiyyeti
Yunanıstanada Sparta və Fivin hakimiyyəti e.ə 4o4-362
Plan:
1. Sparta despotizmi
2. Fivin azad edilməsi e.ə 379
3. Levktra döyüşü e.ə 371
4. Pelopid və Epaminondin fəaliyyətləri
5. Mantineya dyüşü e.ə 362
1. Sparta despotizmi
Sparta Afina üzərindəki qələbədən sonra Yunanıstanın və Egeyin mübahisəsiz lideri idi. Sparta azadlığı sevən yunanların nümayəndəsi olaraq “zalım” Afinanın qürurunu və gücünü alçaltmışdı. Yunan dünyasını yenidən
təşkil etmək və rəqib şəhərlər arasında üstünlüyü ələ keçirərək mübarizələrə son qoymaq üçün böyük bir fürsət
var idi. Amma Sparta belə şöhrətli mənsəbə daxil olmadı. Həmişə demokratiyaya qarşı aristokratiya uğrunda çarpışırdı və indi qələbə çaldığı vaxtda Yunanıstanda mövcud olan hər demokratik hökuməti devirməyə başladı. Yunan şəhərləri qısa müddətdə Afinanın sakit hakimiyyətinin Spartanın vəhşi despotizmi ilə dəyişdiyini anladılar.
2. Fivin azad edilməsi e.ə 379-cu il
Sparta despotizmi müqavimətə səbəb oldu və tezliklə üsyanlar başladı. Üsyanın mərkəzi isə Fivin Boetiya şəhəri
idi. Vətənpərvər zadəgan Pelopidin rəhbərlik etdiyi azadlığı sevən fivlilərin bir qismi spartalıları şəhərdən qovmaq üçün sui-qəsd hazırladı. Ovçu kimi maskalanmış Pelopid və tərəfdarları gecə saatlarında Fivə daxil oldu. Sparta ordusunun rəhbərləri öldürdü və Sparta qarnizonunu təslim olmağa məcbur edildi.
3. Levktra döyüşü e.ə 371-ci il
Fivlilər artıq müstəqilliklərini bərpa etmişdi. Səkkiz il sonra onlar Levktra döyüşünd əüstün Peloponnes qüvvələrini tamamilə məğlub etdilər və Spartanın aliliyinə son qoydular. Hərbi baxımdan bu döyüş qədim tarixdəki ən maraqlı hadisələrdən biridir. Fivlilərin bacarıqlı komandiri Epaminond əlli sıralıq dərin kolonna şəklində ən yaxşı qoşunlarını topladı və Sparta sıralarına qarşı dəhşətli bir qüvvə ilə yürütdü. Həmişəki qaydada on iki sıra düzəldən düşmən, fivlilərin təsirinə tab gətirə bilmədi. Onların sıraları dağıldı və Sparta qoşunu tezliklə məğlub edildi. Döyüş Spartalıların məğlub edilməzlik əfsanəsini də tarixə qovuşdurdu.
4. Pelopid və Epaminondin fəaliyyətləri
Fiv birdən-birə Yunanıstanın birinci şəhəri mövqeyinə yüksəlməsi dövrün salnamələrində adları həmişə bir-birinə bağlı olan iki şəxsin fəaliyyətinin nəticəsi idi. Səmimi dost və həmkar olan Pelopid və Epaminondin nümunəsində
Fiv müstəqillik uğrunda apardığı mübarizədə öz qəhrəmanlarını tapdı. Pelopid igidliyi və cəsurluğu ilə əsgərlərinin qəlbini fəth edən odlu bir döyüşçü idi. Epaminond həm bacarıqlı general, həm də görkəmli dövlət xadimi idi.
Bəlkə də Perikldan başqa heç bir Yunan onunla müqayisə edilə bilməz. Hətta Perikl yalnız Afina üçün çalışırdı və Yunanıstanın qalan hissəsinə əhəmiyyət vermirdi. Epaminond isə daha nəcib ideallara sahib idi və yunanların
ümumi xeyrini axtarırdı. O, Spartanın zərər vermə gücünü şəhərə ziyan vermədən cilovlamağa çalışırdı. Fivi imperatorluğun sahibinə çevirməkdən çox, Yunan şəhərləri arasında ona uyğun bir yer verməyə çalışdı. Fivlilər, həqiqətən, bəzən Epaminondun Yunanıstanı doğma şəhərindən daha çox sevdiyindən şikayətlənirdilər.
5. Mantineya döyüşü e.ə362
Spartaya ciddi zərbə vuraraq Epaminond Fivin ali hakimiyyət səviyyəsinə qalxmasına nail oldu. Epaminondun daha uzun zamanı olsaydı, o dövrünün problemlərini həll edər, Yunanıstana birlik və qayda gətirmək arzusunu həyata keçirə bilərdi. Ancaq şərtlər onun üçün çox sərt idi. Afina və Sparta rəhbərliyini qəbul edən Yunan dövlətləri, Fivin bərabər güc və əhəmiyyətə sahib mövqelərə olan iddialarını qəbul etmək istəmirdilər. Fiv hökmranlığı dövrü davamlı qarşı durmarlarla dolu idi. Levktra döyüşün dəndoqquz il sonra, Peloponnesdəki Mantineya döyüşündə Epaminond yaralandı və onun ölümü ilə Fivin qısa müddətli şöhrəti sona çatdı.
TƏRCÜMƏÇİ: Fəridə Mahmudova
Həmçinin bax: Dövri sistemin yaranma tarixi
Həmçinin bax: tehsilim.org/size-faydali-onlayn-tehsil-platformalari/