Yunan- İran Müharibələri- I Hissə
Plan:
1. Yunan koloniyalarının Kros tərəfindən işğal edilməsi
2. Kir və Kambizin yürüşləri
3. I Daranım yürüşləri
4. İonya üsyanı
5. I Daranın Yunanıstana kəşfiyyatçı yürüşləri
5. 1. I Yürüş
5.2. II Yürüş
6. Marafon döyüşü
7. Marafon döyüşündən sonra Aristidlərin və Temistokların siyasəti
1.Yunan koloniyalarının Kros tərəfindən işğal edilməsi
Yunanların uzun əsrlər boyu keçdikləri tarixi yol qeyri-adekvat idi – barbar torpaqları üzərində fasiləsiz genişlənmələrinin tarixi. Ancaq indi müstəqil və təcrid olunmuş yunan koloniyalarının Asiyanın böyük
despotik imperiyalarının hücumuna cavab vermə vaxtı yaxınlaşırdı. Kiçik Asiyanın yunan şəhərləri bu işə
cəlb edilən ilk hissəsi idi. Yunan koloniyaları Lidiya kralı Kros tərəfindən, təxminən e.ə. VI əsrin ortalarında
fəth edilməsi. Krosun fəthləri Şərqin iddialı monarxlarının Yunan müstəqilliyi üçün nə qədər böyük bir təhlükə olduğunu göstərdi.
2. Kir və Kambizin yürüşləri
Artıq öyrəndiyimiz kimi, Krosun özü tezliklə Böyük Kirin simasında xarici bir ağaya tabe olmalı idi. Lidiyanın
və Aralıq dəniz sahilinin Kir tərəfindən tabe edilməsi Fars İmperatorluğunu Aralıq dənizinə qədər uzadıb.
Finikiya və Kiprin Kambiz tərəfindən fəth edilməsi, Finikiya donanmasını qüdrətli imperatorluğun ehtiyatlarına
əlavə etdi. Farslar indi dəniz gücünə çevrilmiş, Yunanlarla öz ünsürlərinin öhdəsindən gələ bilmişlər. Misirin
eyni krala tabe olması, təbii olaraq Şimali Afrika sahilindəki Yunan müstəmləkələrinin ilhaqına səbəb oldu.
Şərqi Aralıq dənizinin bütün sahilləri indi yeni, güclü və düşmən bir dövlətin nəzarəti altına alındı.
3. I Daranın yürüşləri
Daranın İran taxtına oturması Yunanıstan üzərinə qara kölgə saldı. O, imparatorluğu sərhədlərini
genişləndirməyi, Kir və Kambizin gördüyü işləri tamamlamağı qarşısına hədəf qoydu. Buna görə, təqribən
512-ci ildə, Dara böyük bir ordu ilə Avropaya hücum etdi, Yunan koloniyalarını Hellespontdanı (müasir
Çanaqqala) ilhaq etdi. Trakya və Makedoniyanın vəhşi qəbilələrini ram etdi. İran hökmdarı indi Yunanıstanın
müstəqilliyinə göz dikmişdi.
4.İonya üsyanı e.ə 499-493
Dariusun Avropa ekspedisiyasından bir müddət sonra Kiçik Asiyanın İon şəhərləri Farslara qarşı üsyan qaldırdı. Düşmənləri ilə təkbətək üzləşə bilmədikləri üçün, Yunanıstanın baş hərbi gücü olan Spartadan kömək istədilər. Spartalılar müharibədə iştirak etməkdən imtina etdilər, ancaq İranın Yunanıstana təhlükə olduğunu anlayan
Afina, gəmilərini və adamlarını ionyalılarla kömək üçün döyüşə göndərdilər. İoniya şəhərləri bu köməyə
baxmayaraq farsların böyük qaynaqlarına qarşı dayana bilmədi. Onlar yenidən tək-tək Daranın əlinə keçdilər.
5. I Daranın Yunanıstana kəşfiyyatçı yürüşləri e.ə 492-490
5.1. I Yürüş e.ə 492
Kiçik Asiyada sakitlik bərpa olunandan dərhal sonra Dara Afinanı İon qiyamındakı roluna görə cəzalandırmaq
üçün hazırlaşmağa başladı. Fars kralının kürəkəni Mardonanın rəhbərliyi altında ilk ekspedisiya uğursuz oldu.
Mardona Yunanistana çatmadı, çünki ordusunun ərzaq ehtiyatlarına bağlı olduğu Fars donanması Athos Dağı ucluğunda qəzaya uğradı.
5.2. II Yürü. e.ə 490
Dara tezliklə yeni ordu və donanma qurdu. İki il sonra, təxminən altmış min nəfərlik bir gücə sahib ikinci bir donanma, İoniyadan Yunanıstana yola düşdü. Fars liderləri Datis və Artafernes, birbaşa Egeydən keçərək
Afinadan iyirmi altı mil aralıda yerləşən Marafon düzünə endi.
6. Marafon döyüşü e.ə 490
Afinalıların vəziyyəti çıxılmaz görünürdü. Onların çox böyük və indiyədək məğlub olmamış bir ordu ilə
qarşılaşacaq on min adam var idi. Spartalılar dəstək vəd etdilər, lakin kritik anda qoşun göndərməyi təxirə
saldılar. Sparta ordusundan daha yaxşı, hiyləgərliyi ilə fərqlənən Afina generallarından biri olan Miltiades idi.
O, döyüşü qazanmaq üçün hücuma keçən tərəf olmağın vacibliyini anlayırdı.
O, Yunan ordusunun intizamına güvənərək hücuma keçməyə qərar verdi. Ağır silahlı Farslar arasında qarışıqlıq
yarandı və onlar qarışıq vəziyyətdə gəmilərə tərəf qaçaraq canlarını xilas etdilər. Datis və Artafernes, yerinə uğursuzluğa düçar olaraq yenidən Asiyaya üzdülər.
7. Aristidlərin və Temistokların siyasəti
Marafon döyüşündən sonra Afinalılar başqa bir Fars istilasına qarşı durmağa hazırlaşmağa başladılar. Afina siyasətinin əsas söz sahiblərindən biri, görkəmli Aristidlər, ordunun syını artırmağı və düşmənlə quruda
döyüşməyin lazım olduğunu düşünürdü. Onların rəqibi Temistoklar isə fərqli bir siyasət yürütməyə çağırırdı.
Onlar quru ordusunu donanma qüvvələri ilə əvəzləmək təklifini irəli sürürdülər. Beləliklə Afina Yunanıstandakı
ən güclü dəniz gücünə çevriləcəkdi. Onlar Afinanın təhlükəsizliyinin onun gəmilərindən asılı olduğunu müdafiə
edirdilər. Məsələni həll etmək üçün qarşı-qarşıya gələn dövlət xadimləri xalq önündə məsələni səsə qoydular.
Səsvermədə məğlub olan Aristidlər sürgünə göndərildilər. Vəziyyətin ustası olan Temistoklar, vətəndaşları Attika’daki bəzi gümüş mədənlərindən əldə edilən gəlirləri donanmanın inkişafı üçün istifadə etməyin vacibliyinə inandırdılar. Farslar ikinci dəfə gələndə Afinalılar Yunanıstanın ən böyük donanması olan iki yüz triremlə onlara qarşı mübarizəyə başladılar.
YAZININ ARDI: Yunan- İran müharibələri- II hissə
TƏRCÜMƏÇİLƏR: Ramil Qasımov və Bəhriyyə Əhmədova
Həmçinin bax: Ölkələrarası fərqliliklər
Həmçinin bax: tehsilim.org/dosent-dr-boran-ezizin-yeni-kitabi-nesr-edilib/