Yetkinlik dövrünün psixologiyası və böhranı
Yeniyetməlik dövrü psixologiyada dərin marağa səbəb olan, kriz dövr hesab olunur. Yeniyetməlik dövrü 11-12 yaşdan 14-15 yaş aralıqlarını əhatə edir. Ancaq yeniyetməlik dövrünə tam yaş qoyulmur. Bu dövr bir il gec başlaya və yaxud bir il gec bitə bilər. Yeniyetmələrin əsas problemi şəxsiyyət problemi hesab olunur. Yeniyetməlik dövründə yeniyetmələrdə bir sıra bioloji dəyişikliklər baş verir. Qızlarda ,əsasən, 11yaşında, oğlanlarda isə 14 yaşında boy uzanması baş verir. Oğlanların səsi qalınlaşır. Qızların saçında nəzərə çarpacaq dərəcədə uzanma olur. Oğlanlarda kürək böyüyür, sinə enlənir. Qızlarda isə süd vəziləri inkişaf edir. Bioloji dəyişikliklərlə bərabər psixoloji dəyişikliklər də baş verir. Məktəbdə yeni mühitə düşür, tapşırıqlar ona ağır gəlir, gününün çox hissəsini dostları, yoldaşları ilə
birlikdə keçirmək istəyir. Bu dövrdə yeniyetmələrdə ailəni başqa ailəyə müqayisə etmək (ailə uşağını yaxşı anlayır), qidaya düzgün fikir verməmək(sağlıqlı qidalar əvəzinə “fast food’ qidaların qəbul edilməsi), otağa qapanmaq (onlar öz otaqlarında vaxt keçirməyi xoşlayırlar), mübahisə etmək (böyüklərin dediklərinin onların ziyanına olduğunu fikirləşirlər, əks mövqedə dayanırlar), otaqlarını başqasının yığışdırmasını istəməmək (otaqları dağınıq olsa belə özlərinə bu xoş gəlir) kimi hallar müşahidə olunur. Valideyinlər övladlarına qarşı xüsusilədə yeniyetməlik dövrü zamanı daha diqqətli olmalı, onlarla müqayisə etməməli, müqayisə əvəzinə onlara düzgün variantı düzgün şəkildə izah edərək seçim buraxmalıdır. Bu gələcəkdə yeniyetmənin sərbəst qərar verməsinə kömək edəcək. Valideyinlə yeniyetmənin mübahisəsi özünə zərər vermə, intihar, evdən qaçıb getmə və bu kimi problemlərə yol açır. Əgər hər hansısa bir depresiya halı, psixi xəstəlik halı baş verərsə, bu sahədə çalışan psixoloq müraciət edilməsi məqsədəuyğundur. Yeniyetmələrdə hafizə, təxəyyül, diqqət də inkişaf edir. Yeniyetmələr hadisələrini idarə etməyi və
tənzimləməyi bacarırlar. Öyrənəcəyi matrealı sistemləşdirir, öz sözləri ilə ifadə etməyi bacarırlar. Yeniyetməlik dövründə diqqətin inkişafında da müəyyən səciyyəvi xüsusiyyətləri özünü göstərir. Bu dövrdə təxəyyül xüsusilə inkişaf edir. Yeniyetmələr hekayə yazmağa, şəkil çəkməyə, müəyyən modellər düzəltməyə başlayırlar. Yeniyetməlik haqqında bir sıra alimlərdə öz fikirlərini qeyd etmişdilər. Stenli Xoll və Ziqmund Freyd yeniyetməliyi ilk növbədə bioloji amillərlə və cinsi yetişkənliklə şərtləndiyini söyləyirdilər. Makarenko çətin tərbiyə olunan yeniyetmələr haqqında araşdırmalar aparırdı. Amerikalı etnoqraf Marqaret Mid Saoma adasında yaşayan yeniyetmələr üzərində tədqiqat aparmış və aşkar etmişdir ki, qız və oğlanlarda yeniyetməlik dövrünün böhranı heç də bioloji amillərlə deyil, sosioloji amillərlə şərtlənir. Yeniyetməlik dövrü mexanizminin açılmasında görkəmli psixoloq Leontyevin “uşagın psixi inkişafının hərəkətverici qüvvəsi onun ictimai münasibətlər sistemində tutduğu real yerin dəyişməsidir’ müddəası çox böyük əhəmiyyət kəsb edir
Yazar: Tural Rəhimov
Həmçinin bax İnsan, fərd, şəxsiyyət və fərdiyyət
həmçinin bax https://turaz.org/access-bank-aparici-auditor/