Yeniyetməlik yaş dövrünün psixoloji xarakteristikası və xüsusiyyətləri.
Yeniyetməlik yaş dövrünün müxtəlif amillərin təsirindən başlamasına və qurtarmasına dəqiq vaxt qoymaq mümkün olmur. Yetkinlik yaş dövrü məsuliyyətli, çətin, problemli yaş dövrüdür. Bilirik ki, ilk öncə məktəbə başlayan uşaq yeni mühitə düşür, çətin dərs materialları ilə qarşılaşır, qayda qanun çərçivəsində hərəkət etməyə məcbur olur. Və bunlarla yanaşı o həm öz yaşıdları ilə, həmdə özündən böyüklərlə münasibəti formalaşır. Yeniyetmə zaman keçdikcə müstəqilliyə can atır və onun arzuladığı həyat tərzi yaşı ilə uyğun olmur. Bu yaş dövründə onlarda yaddaş, qavrama, xüsusi qabiliyyətləri üzə çıxmağa başlayır. Onlar öz seçimlərini edir, yiyələnmək istədikləri peşəni müəyyənləşdirirlər. Dərsdən kənarda özlərinə fəaliyyətlər seçir, yeni dostluqlar, münasibətlər yaratmağa başlayırlar. Həm yeniyetmələr, həmdə valideynlər üçün çox çətin olan bu dövrdə nələr baş verir? Bu dövrün hansı xüsusiyyətləri var? Valideynlərin öhdəsinə nə kimi öhdəliklər düşür?
Bu dövr uşaqlıq dövrü ilə yeniyetməlik dövrü arasında olan böhran, çətin yaş dövrü adlandırılır. Bu dövrdə bir çox psixoloji və bioloji dəyişikliklər yaranır və qabarıq şəkildə özünü göstərir. Biz bioloji dəyişiklik dedikdə bilirikki, insanın bədəninin daxili və xarici dəyişikliklər nəzərdə tutulur. Bu zaman boyun uzanması, çəkinin artması, bəzi bölgələrdə tüklənmə, sızanaqlar, tər ifrazı artması, əzələ inkişafı, qadın cinsi orqanların inkişafı menstruasiya, səs tonunun qalınlaşması, bığ, saqqal çıxması və s. Psixoloji dəyişikliklər nələrdir bəs? Adətən yeniyetmə dövründə qeyri-sabit duyğular hiss olunur. Onlar qısa vaxt ərzində emosional dəyişiklik yaşaya bilirlər. Az əvvəl enerjili olduqları halda bir az keçmiş yorğun hiss edə bilirlər. Bu zaman onları sıxmaq, suallar verməkdən uzaq olmaq lazımdır. Duyğuları yüksək formada yaşayırlar. Mimikalardan, əl-qol hərəkətlərindən çox istifadə edirlər. Onlar xəyallar qurmağa, reallıqdan uzaqlaşmağa başlayırlar. Əsasən işləmək istədikləri sahəni, oxumaq istədikləri universiteti daima gözlərinin özünündə canlandırırlar. Və həmçinin onlar əks cinslə bağlı xəyalları daha güclü olur.
Yeniyetməlik yaş dövrünün əsas xüsusiyyətlərindən biridə onların təkliyə meyilli olmasıdır. Özünə qapanmağı, təkliyi sevməkləri valideynlər tərəfindən səhv başa düşülür. Onlara elə gəlir ki, övladlarının nəsə bir problemi var və buna görə həm narahatlıq keçirirlər həmdə övladlarına təzyiq edirlər. Əslində istisnaları çıxmaq şərti ilə bu onların özlərini daha yaxşı tanımağa, arzu, istəklərini düşünməyə şərait yaradır. Onlarda adətən “mənin” formalaşması dövrüdür bu dövr. Fikir versək bu dövrdə onlar mən, mənim kimi sözlərdən sıxca istifadə edirlər.
Yeniyetməlik yaş dövrü elə bir dövrdür ki, adətən gələcək həyatlarının necə olacağının yaşayacaqlarının təməli qoyulur desək, yerinə düşər. Onlar üçün ətraf mühit çox önəmlidir. Bu zaman həm yeniyetmə, həmdə onların valideynləri çox diqqətli və ehtiyatlı olmalıdır. Kimlərlə dostluq edirlər, kimlərlə münasibət qururlar, hansı mühitlərdə zamanların keçirdirlər. Bunlara fikir vermək çox vacibdir. Çünkü həmin uşaqlar tez təsir altına düşür, manırlar (deyilənlərə, vədlərə). Valideynlər bəzən övladlarına yanlış davranırlar. Və bu əks nəticə verə bilir. Həmin yeniyetmələrin bu davranışdan xoşları gəlmir və o ailədən uzaqlaşmağa başlayır. Və yanlış mühitə doğru gedirlər. Yeniyetmələr bu dövrdə özləri haqda yüksək düşündükləri üçün onların təriflənməsi, xoş söz deyilməsi xoşlarına gəlir. Ailədən bunu görmədikdə adətən ətraf mühitdə ona bu cür davranan insanlara meyil edirlər.
Depressiyaya meyilli olurlar. Ancaq tez zamanda çıxa bilirlər. Ancaq bunun əksi olarsa intihara yönəlmə halları da baş verir. Buna səbəb onlarda özgüvənin qırılması, sevgi uğursuzluğu, məktəb və ətraf yoldaşları ilə arasında münasibət pozulmaları, pis rəftar, maddi vəziyyət və s ola bilər. Valideynlər əksər hallarda onların seçimlərini bəyənmir və bunu sərt şəkildə dilə gətirirlər. Əslində isə bu səhf yoldur. Valideyn övladına daha mülayim, anlayışlı səviyyədə bunu izah etməyə çalışmalıdır. Çox valideynlər düşünürki, övlada sevgini bildirmək, dilə gətirmək lazım deyil və uşaq bu halda ərköyün olurlar. Ancaq hər bir yaş dövründə ailə sevgisinə, ata, ana nəvazişinə bütün övladların ehtiyacı var. Sevgi ilə böyüyən, sevgidən yoxsul olmayan uşaqlar daha gözəl yetişir, ətrafa, insanlara qarşı daha anlayışlı, mülayim, mərhəmətli olurlar.
Yazar: Həsənova Günel WCU