Yeniyetməlik yaş dövründə çətin uşaq problemi və onun profilaktikası

Çətin uşaq dedikdə adətən ilk ağlımıza gələn sözə baxmayan, səs salan, davranışında narahatlıq olan, özünü idarə etməsi aşağı olan və.s uşaqlardır. Belə uşaqlara pedoqoji baxımsızlıq səbəbdən yaranan uşaqları aid edirlər. Bu cür uşaqlar əsasən özünü yeniyetməlik dövründə göstərir. Ailədə yol verilən tərbiyə nöqsanlarının rolu bu zaman daha çoxdur. Bu cür ailələrdə ata və ananın uşağın tərbiyəsində eyni fikirdə olmaması, onlar arasında münaqişələr, valideynlərin özlərinin davranışlarında qüsurların olması, pis vərdişlər maddi durumun az olması ilə bağlı şəraitsizlik və ya tam əksi maddi durumun yüksək olması ilə əlaqəli valideynin övladını özbaşına, ərköyün böyütməsi və s. Çətin adlandırılan bu tip uşaqların qüsurlarını aradan qaldırmaq üçün psixoloqların üzərinə xüsusən iş düşür.

Çətin uşaq anlayışı məzmununu 3 əsas əlamətlə açırlar.
1. Uşaq və yeniyetmələrdə normadan kənara təhrif olunmuş davranışın olmasıdır. Bu cür təhrif olunmanı “deviant” davranış kimi də qiymətləndirirlər. Deviant davranış deyəndə kiçik hüquq pozuntuları, yalnış davranış, qarşılıqlı münasibətdə yol verilən pis hərəkətlər nəzərdə tutulur. Belə hərəkətlər cinayətə cəlb olunma tələb etmir.
2. Çətin uşaqların davranışlarında olan pozuntular çətin düzəldiyi üçün uzunmüddətli korreksiya tələb edir. Çətin uşaqlar pedaqoji baxımsız uşaqlar çətin uşaq olmaya da bilər.
3. Bu cür uşaqlar xüsusi tərbiyə və fərdi yanaşmaya ehtiyac olan uşaqlar hesab edilirlər. Psixi inkişaf mərhələlərində hər bir uşaqda müəyyən çətinliklər olur. Bu qısa müddət ərzində normasına qayıdı. Ancaq davranış və xarakterində çatışmazlıq olan uşaqlar və yeniyetmələr “çətin” hesab edilirlər. Onlar həm özləri ilə, həmdə ətrafdakılarla münasibətlərində çətinlik çəkirlər.

Kateqoriyasına görə isə çətin uşaqlar 2 yerə bölünür.
1. “Təbii”, “normal” “az nəzərə çarpan pozuntusu” olan (tənbəl, passiv, intizamsız, yalançı) uşaqlar.
2. Temperament və xarakter aksentuasiyası olan uşaqlar.

Çətin uşaqların formalaşmasına şərait yaradan səbəbləri sistemləşdirsək bunlara:
-ailə münasibətləri
-nəzarətsizlik
-az tələbkarlıq, ərköyünlük
-fiziki cəzalandırma, yalançılıq, qorxaqlıq yaradır.
-ailədə yeniyetməyə yaşına görə davranmamaq onlarda aqressiya, kobudluq, tərslik yaradır və böyüklərlə münasibətdə münaqişələrə çevrilir.
-yeniyetmənin həm çatışmamazlığını az önəmsəmək, həm də onu tez-tez üzünə vurmaq
-yeniyetmədə müvazinət itirmə, kaqeydlik, küsmə, yuxusuzluq, baş ağrıları, əsəb fikirləri, ağlama halları varsa, valideyn buna əhəmiyyət verməzsə, bu zamanda çətin uşaq probleminin yaranması baş verir.
Bütün valideynlərə, xüsusən də övladında bu cür narahatlıq olan valideynlərə yeniyetməlik dövrünün psixofizioloji özəllikləri haqqında məlumat verilməlidir. Övladlarında bu cür hallar olan valideynlər bu davranışa səbəb olan, şərait yaradan amillər aşkarlandıqdan sonra onların aradan qaldırılma yolları haqda danışılmalıdır. Yeniyetmənin şəxsiyyətinin formalaşmasına mane olan motiv və tələbatların formalaşmasında anormaliyalara gətirib çıxaran hallar onlara çatdırılmalıdır. Bu cür hallarada valideynlər diqqətli və ehtiyatlı davranmalı, heç bir halda tənbeh və töhmət vasitələrindən istifadə etməməlidir

Yazar: Həsənova Günel WCU