Yeniyetmələrlə aparılan psixokorreksiya və psixoprofilaktik işinə valideynlərin və müəllimlərin hazırlanması

Yeniyetmələrin valideynlərinin onlar arasında keçirilən alkoqolizm və narkomaniya əleyhinə işə qoşulması eyni zamanda onların öz aralarında profilaktik iş formasıdır. Valideynlərlə iş ilkin və giriş söhbəti ilə başlayır. Belə söhbət yeniyetmənin fiziki və psixi inkişaf tarixçəsinin aydınlaşması məqsədini daşıyır. Valideynlərlə yaradılmış əlavə zamanı və etibarın müəyyən həddində evdəki vəziyyət, ailə münasibətinin özəllikləri aşkarlanır. Alkoqol və narkotik maddələrdən istifadəyə meyilli yeniyetmələrə təsirinin daha effektli olması üçün ailə psixoterapiyası prosesinə daha çox sayda ailə üzvlərinin qoşulması arzu olunur. “Valideyn-yeniyetmə” münasibətində qarşılıqlı davranış çox vacibdir. Valideynlər tərəfindən yeniyetmənin həyəcanını səbəb və məqsədinin başa düşülməsi onlar arasında etibarlı münasibətlərin olmamasına gətirib çıxarır. Bu daha çox yeniyetməlik dövründə özünü büruzə verir və özünü ifadə tələbatı daha çox aktual olur. Yeniyetmənin davranışını müəyyən edən aparıcı tendensiyalardan biri valideynlərdən emansipasiya tendensiyadır. Valideynlərə izah etmək lazımdır ki, bu dövrdə yeniyetmənin ailə ilə kifayət qədər möhkəm əlaqəsinin olmaması, valideynlərin onları başa düşməməsi və onlara arxa, kömək olmaması yeniyetmənin davranışının sosial normalar çərçivəsindən kənara çıxmasına səbəb olur. Toksiki maddələrdən sui-istifadəyə meyllilik yeniyetmələrin valideynləri ilə psixokorreksiya işində mühüm an olub, onların aparılmasına təkanverici qüvvədir. Yeniyetmə haqqında valideynin fikrini aydınlaşdırmaq, yeniyetməyə real xas olan, o cümlədən valideynlər tərəfindən ona aid edilən davranış və əlamətləri ayırmaq lazımdır. Valideynlərlə söhbət zamanı yeniyetmələrin bu və ya digər müsbət xüsusiyyətlərini vurğulamaq məsləhət görülür.Valideyn-yeniyetmə qarşılıqlı münasibətinin emosional aspekti onların yeniyetməni qəbul etməməsi kimi özünü büruzə verə bilər. Belə hallarda əsas diqqət yeniyetmənin müəyyən keyfiyyət və xüsusiyyətlərinin, valideynləri narahat edən adət və meyllərini dəyişməsinə ayrılmalıdır. Bu yalnız yeniyetmə ilə valideyn arasında müəyyən əlaqə və etibar olan zaman mümkündür ki, nəticədə uşağın müəyyən xüsusiyyətləri aydın olacaq. Tərbiyə prosesinin eqosentrok istiqamətli vəziyyətində uşağa “mən” anlayışını, valideynlərə isə yeniyetmələrin təhsil, yaxud əmək kollektivində rastlaşdıqları çətinlikləri xatırlatmaq məsləhət görülür. Valideynlərə göstərilir ki, yeniyetmələrin aid olduqları kollektivdə özlərinə qarşı xüsusi, xoş münasibətin olması ümidi əsassızdırsa onda qarşılıqlı münasibətlərin qurulması və özünü realizə etmək imkanları mürəkkəbləşir bilər. Hər bir yeniyetməyə eləcə də hər bir ailə üzvünə yanaşma dəqiq və fərdi olmalıdır.
Bununla belə, valideyn davranışının növbəti tiplərini ayırmaq olar. 1. Yeniyetmə bütün ailənin diqqət mərkəzində olur. Onun ehtiyac və arzularını tam şəkildə yerinə yetirməyə çalışır. Lakin elə bununlada tərbiyəvi təsir prosesi bitir. Belə vəziyyət az məsuliyyətli ailələr üçün səciyyəvidir. Bu valideynlərlə işləyərkən onlara evdə ailə üzvlərinə münasibətdə öz vəzifələrinə məsuliyyət hissini yüksəltmək tövsiyə olunur.2. Valideyn-yeniyetmə arasında avtonom qarşılıqlı münasibət zamanı özbaşınalıq müşahidə olunur. Yeniyetmə öz başına qalır, valideyn onunla maraqlanmır, ona nəzarət etmir, belə valideynlərlə fərdi işdə yeniyetmələrin imkanlarına, qabiliyyətinə, şəxsiyyətinə marağın yüksəldilməsi məqsədəuyğundur. Valideynlər şəxsiyyətin özünü müəyyənetmə probleminin həlli zamanı yeniyetmənin yaşadığı çətinlikləri ona göstərməli, tələbatlarının məsləhətçi və böyüklərin köməyilə ödəniləcəyinə inanmalıdır.Bütün valideynlərə yeniyetməlik dövrünün psixofizioloji özəllikləri haqqında məlumat verilir, addiktiv davranışa şərait amillər aşkarlanır, alkoqolizm, narkomaniya və toksikomaniyanın ilk klinik təzahürləri haqqında danışılır. Ailə üzvləri arasında emosional mənəvi soyuqluq , konfliktin yüksək səviyyəsi, tərbiyənin anormal formaları yeniyetmənin şəxsiyyətinin formalaşmasına mane olan, motiv və tələbatların formalaşmasında anomaliyalara gətirib çıxaran hallar onlara çatdırılmalıdır. Uşaq və yeniyetmələrin yanında alkoqol qəbulu prosesi onlara neqativ təsir göstərir. Nəticədə onlarda davranışın məqbul sosial forması kimi alkoqol qəbuluna müsbət münasibət yaranmasına şərait yaranır. Aydın olur ki, yeniyetməlik dövründə alkoqolizm və narkomaniya qorxulu xarakter daşıyır. Yeniyetmənin şəxsiyyətinin tez tənəzzülünə gətirib çıxarır. Valideynlərə yeniyetmənin yaradıcılıq qabiliyyətlərinin və ağıllı məşğuliyyətlərini stimullaşdırmaq məsləhət görülür. Addiktiv davranış meylli yeniyetmələrin valideynləri ilə psixoterapiya və psixokorreksiya işi xüsusi diqqətə layiqdir. Yeniyetmələrin çatışmamazlıqları haqqında valideynlərin xəbərdar olmasında ehtiyatlı olmaq lazımdır. Onlar maksimum qayğı və diqqət göstərməli, heç bir halda kobud töhmət və tənbeh ölçülərindən istifadə etməməlidirlər. Valideynlərlə birlikdə ailədə qarşılıqlı münasibətlərin bütün sistemini təhlil etmək və qiymətləndirmək, yeniyetmə haqqında valideynlərdə adekvat təəssürat yaratmaq, onlarla real qarşılıqlı münasibəti düzgün qiymətləndirmək lazımdır. Keçirilən tədbirlərin effektivliyi daha çox meyarlardan asılıdır.
Yeniyetmələr arasında alkoqolizm və narkomaniya əleyhinə psixoprofilaktik işin effektivliyi yeniyetmələr oxuyan tədris müəssisəsinin müəllimlərinin bu işə qoşulması zamanı yüksəlir. Bu məqsədlə müəllimlər arasında yeniyetməlik dövrünün psixofizioloji özəllikləri haqqında məlumat, inkişaf etməkdə olan orqanizmə alkoqol və narkotik maddələrin psixofarmakoloji təsiri, alkoqol və narkotik maddələrin psixofarmakoloji təsiri, addiktiv davranışın formalaşması, yeniyetmələrdə alkoqolizm və narkomaniyanın ilkin yaranma əlamətləri məzmunlu izahlı dərslər aparılması məqsədəuyğundur. Təcrübəsiz müəllimlərin isə bu uşaqlarla apardıqları işlər plansız və məqsədsiz olduqları üçün onların işləri heç bir müsbət təsirini vermir və əksinə uşaqların tərbiyəsini daha da pozur. Müsair psixologiyanın imkanları genişdir və bu imkanlara əsasən şagirdlərin bu cür hallarının qarşısını almaq olar.

Yazar: Günel Həsənova

həmçinin bax Yeniyetmələrin hüquqazidd davranışlarının psixoloji səbəbləri

https://tehsilim.org/category/xeberler/