Yeniyetmələrin qrup aqressiyası və onların qarşısının alınması üsulları
Aqressiv davranış yeniyetmələr arasında geniş yayılıb və get-gedə artmaqdadır. Belə yeniyetmələr cəmiyyətə olan dəyər və münasibətləri deformasiyaya uğradır. Eqoizm, ətrafdakıların hislərinə laqeydlik, neqativ davranış belə yeniyetmələrin tipik xüsusiyyətlərindəndir. Bəzi tədqiqatçılar yeniyetmə aqressiyasının səbəblərini yeniyetməlik dövründə yaranan fizioloji dəyişiklikdə görür. Cinsi yetişkənlik dövründə endokrin vəzilərində olan dəyişikliklər nəticəsində yeniyetmənin davranışında emosional reaksiyalar üstünlük təşkil etməyə başlayır. Yeniyetmənin aqressiv davranışının səbəblərini araşdırarkən, nəticə aydındır: aqressiv davranışın yaranmasında bioloji, psixoloji və sosioloji amillər mühüm rol oynayır.
Yeniyetmədə aqressiyanın təzahürünə təkcə uşağın inkişafında olan problemlər deyil, həm də situativ amillərdə təsir göstərə bilər. Məsələn: bu başqalarının yeniyetmələrə verdiyi qiymət, qisas almaq və ya nəyin isə qarşılığını vermək arzusu ilə bağlı meydana çıxa bilər.
Yeniyetməlik dövründə aqressiya bir çox hallarda ətrafdakıların davranışına cavab reaksiyası və ya “qisas” arzusu ilə bağlı ola bilər.Əgər yeniyetmənin aqressiv hərəkətə cavab vermək imkanı olmursa,nəticədə yeniyetmədə frustrasiya halı yüksəlir,lakin aqressiv motivin səviyyəsi ləngiyir. Müasir dövrümüzün dinamikliyi zəminində yeniyetmələrin problemlərinin psixoloji istiqamətdə tədqiq olunmasında yeni cəhətlər özünü büruzə verir.Yeniyetməlik problemlərinə gender aspektindən yanaşmada mühüm əhəmiyyət kəsb edir. Yeniyetmələrin problemlərinə gender baxımından yanaşma onların şüurunun ,davranışının formalaşmasında böyük əhəmiyyət kəsb edir .Müasir dövrdə yeniyetmələr üçün ümumi cəhət,onların formalaşmasında maksulinizasiyanın ön plana çıxmasından ibarətdir.Bu mövqedən çıxış edərək, kişinin güclü , müstəqil, aktiv, aqressiv, şəxsi mailiyyətlərə yönəlmiş və s,qadının isə zərif , dözümlü, zəif, asılı, emosional, nəzakətli, ailənin maraqlarına istiqamətlənmiş olmasına xüsusi diqqət yetirilir. Yeniyetməlik dövrünün özü yüksək risk qrupunu təmsil edir.Bu özünü bir sıra amillərdə göstərir.
1-ci psixotermonal proseslərdən başlayaraq , “Mən” konsepsiyasının yenidən qurulması ilə tamamlanan,yeniyetməlik dövrünə keçmənin çətinlikləri
2-ci yeniyetmənin təqdim etdiyi sosial mövqenin qeyri-müəyyənliyi və məhdudluğu
3-cü sosial nəzarətin mexanizmlərinin yeniləşməsi ilə şərtlənmiş ziddiyyət: normalar və böyüklərə itaətkarlıqla əsaslanmış heç bir təsir gücünə malik olmayan uşaq nəzarət formaları, böyük nəzarət vasitələri isə təxmin edilən şüurlu intizam və özünə nəzarət isə ya hələ yoxdur və ya hələ möhkəmlənməyib. İnsan doğulduğu gündən cəmiyyət həyatına daxil olur,sosiallaşır və özünəməxsus inkişaf mərhələsi keçir.İnsanın inkişafında bioloji,sosial və psixoloji olmaqla bir çox amillər iştirak edir.Bu nöqteyi nəzərdən psixoloqlar hesab edirlər ki,uşaq və yeniyetmələrin inkişafında iştirak edən ən mühüm sosial qrup-ailədir.Ailə-sosial mövqenin formalaşmasına təsir edən ən vacib amillərdən biridir.Hər bir ailə ümumi cəhətlərlə yanaşı eyni zamanda özünəməxsus və unikal xüsusiyyətlərə malikdir. Yeniyetməlik dövrü ailənin bütün üvzlərinin sosial,şəxsi və ailəvi münasibətlərin sınağa çəkildiyi dövrdür. Şəxsiyyətin formalaşmasında valideynin rolu əvəzsizdir. Övlada qayğı ilə birgə valideynlər yeniyetmənin “Mən” konsepsiyasının, hislərinin, həyat planlarını, təfəkkürün formalaşmasında mühüm rol oynayır. Valideynlər arasında tərbiyə ilə bağlı razılıq pozulursa, yeniyetməyə mənəvi, psixoloji cəhətdən yaxın, onun dayağı olan insanların mübahisəsi ,xüsusilə bu mübahisəyə onun səbəb olması yeniyetməni narahat edir.Bəzən yeniyetmələrdə olan əsəb gərginliyinin ,həyəcanın,aqresiyanın yaranmasında məhz belə situasiyalar az rol oynamır.Yeniyetmə üçün ailə üzvləri arasındakı münasibətlərin necə olması ,valideynlərin ona münasibəti çox vacibdir.Bəzi hallarda yeniyetmənin aqressiv davranışına valideynlərin kobud cəza növlərini seçmələri də səbəb olur.Ailədə fiziki zorakılıq yeniyetmədə valideynlərinə,özünə,yaşıdlarına qarşı neqativ hisslər yaradır. Aqressivlik problemi ilə rastlaşan bir çox valideynlər yeniyetmələrin problemli olması ilə razılaşmaq istəmir.Bəzi valideynlər tez-tez birə bir sualla müraciət edirlər: “Niyə mənim övladım qəddardır?” ,”Qızımın mənə kobud cavab verməsinə nə səbəb ola bilər?” və s. Hörmətli valideynlər,əgər sizin ailədə aqressiv yeniyetmə varsa,əvvəlcə öz davranışınıza tənqidi yanaşmağa çalışın.Aqressiv davranış modeli barəsində ilk biliklərini də yeniyetmələr ailədə mənimsəyirlər.
Qruplar həmişə hər hansı bir uşaq komandasında mövcud olub. Ancaq orta və orta məktəbdə xüsusilə çiçək açırlar. 11-13 yaşlarında demək olar ki, bütün oğlan və qızlar şirkətlər və gizli cəmiyyətlər yaratmağa başlayırlar. Aşağı siniflərdə olduğu kimi bu gün bir, sabah başqasıyla oynamaq əvəzinə quruplara ayrılırlar. Həqiqətən, orta məktəbdə oğlan və qızlar dost seçməkdə daha ixtiraçı olurlar. Dostluq üçün indi təsadüfə tanışlıq kifayət deyil-maraqların və dəyərlərin üst-üstə düşməsi zəruridir. Bu oxşarlıq uşağa tanış bir təhlükəsizlik hissi verir, eyni zamanda ailədən ayrılmağa və nəslin bir hissəsinin hiss etməyə imkan verir. Uşaq qruplarının ailələr arasında çox ümumi cəhətlər var: ümumiyyətlə birlikdə çox vaxt keçirən və ən çox fərdi problemləri bir-birinə paylaşan üçdən altı nəfərə qədər insan daxildir. Çox vaxt uşaqlar böyüklərin mühitinin təsiri altında qruplar təşkil edirlər. Yeniyetməlik dövründə nəzərə çarpan mühüm xüsusiyyətlərdən biri də uşağın ünsiyyət fəaliyyətinin genişlənməsi, yoldaşları, həmyaşıdları ilə daha çox qarşılıqlı münasibətə səy göstərməsidir. Yeniyetmənin yoldaşları ilə ünsiyyəti getdikcə genişlənir və möhkəmlənir. Yeniyetməlik yaşında yoldaşa sadiq qalmaq, düzgünlük və doğruluq, bərabərlik, qarşılıqlı münasibət kimi keyfiyyətlər ön plana keçərək “yoldaşlıq kodeksi” normalarına çevrilir, əxlaqi-etik meyar məzmunu daşıyır. Eyni zamanda yeniyetmə yoldaşlarının iradlarını, tənqidi göstərişləri qəbul edir, həmyaşıdlarının rəy və qiymətləri ilə razılaşır, tədricən özünü dərk edir. Əks təqdirdə isə özünə qeyri-adekvat, həddindən artıq qiymət verən yeniyetmə nüfuzdan düşür, “yoldaşlıq kodeksinin” etik məzmununu təhlil edə bilmir və nəticədə qarşılıqlı münasibətlər pozulur. iyetmələrinrin yoldaşlığı tədricən seçici xarakterdə inkişaf edir. Adətən, yeniyetmələr yaxınlıq dərəcəsinə görə yoldaşın üç tipini fərqləndirirlər: sadəcə olaraq yoldaş, yaxın yoldaş və dost seçir, sirdaşını, həmkarını müəyyənləşdirir; seçdiyi dostunu özü ilə müqayisə edir, onu müxtəlif nöqteyi-nəzərdən qiymətləndirir. Bu baxımdan yeniyetmələrdə “oğlan-qız ”münasibətləri də formalaşır, onlar bir-birilə maraqlanır, bir-birinin xoşuna gəlməyə cəhd edirlər. Oğlan və qızların qarşılıqlı münasibəti onların bir-birinə tələbkarlığında, qayğı və hörmətində, inam və etibarında ifadə olunaraq kollektivçilik hissinə çevrilir. Lakin yeniyetmə yaşının ayrı-ayrı dövrlərində “oğlan-qız” münasibətlərində fərqli cəhətlər özünü göstərir. Psixoloji tədqiqatlar göstərmişdir ki, kiçik yeniyetməlik dövründə oğlan və qızların davranışı hələ ambivalent (ikili) xarakter daşıyır: onlar bir tərəfdən, bir-birilə maraqlanır, digər tərəfdən isə xüsusiləşməyə meyl edirlər. Ona görə də bu dövrdə oğlanlar əksər hallarda oğlanlarla, qızlar isə qızlarla oynamağa, oturub-durmağa, yoldaşlıq etməyə meylli olurlar. Hətta qızlar ad gününü keçirəndə oğlanları həmin təntənəli mərasimə, şənliyə dəvət etmirlər. Psixoloqlar bu cəhəti, birinci növbədə, oğlanlarla qızların aralarında cinsi fərqlərin olması ilə əlaqələndirirlər. Oğlanlarla qızların bu cür xüsusiləşmə halları tədricən aradan qalxır, onların arasında qarşılıqlı münasibətlər yenidən əsl yoldaşlıq münasibətinə çevrilir. Hər iki cinsdən olan yeniyetmələr təlim prosesində müxtəlif əxlaqi anlayışlara yiyələndikcə özlərinin yoldaşları qarşısında borcunu və məsuliyyətini daha aydın dərk edirlər. Deyilənlərdən göründüyü kimi, yeniyetməlik dövründə yoldaşları ilə ünsiyyət yeniyetmənin bir şəxsiyyət kimi formalaşmasında həlledici rol oynayır. Onlar bir-birləri üçün nümunəyə çevrilir, bir-birlərinə fəal təsir göstərirlər. Yeniyetmənin davranışı adətən dostlardan təsir alır “Yeniyetmə yaşlarında dostlar məlumat və təsirin mühüm mənbəyidir. “Əgər yeniyetmələrin siqaret çəkmək və ya içki içmək, yaxud narkotik vasitələr sınamaq risklərindən narahatsınızsa, unutmayın ki, yeniyetmələr bunları təklikdə heç vaxt etmirlər. Ancaq dostları ilə birlikdə sınayırlar. “Yeniyetmə illərində sosial təsir ən yüksək səviyyədə olur.” Aparılmış tədqiqatlar göstərir ki, özünün aqressiv davranışı ilə fərqlənən yeniyetmələr, bütün mənimsənilən informasiyanın içərisindən məhz zorakılıq elementlərinə daha çox diqqət yetirirlər. Əslində bu fakt cəmiyyət üçün həyəcan siqnalıdır. Məlumdur ki, insanlar öz davranışında iki prinsipə daha çox üstünlük verirlər: ağrıdan qaçma, həzzə üstünlük vermə (Ziqmund Freyd). Bu prinsiplər yeniyetməlik dövründə daha qabarıq formada özünü göstərir. Belə ki, yeniyetmələr boş vaxtlarını xoş keçirmək üçün küçədə, həyətdə qrup halında toplaşırlar və qeyri-formal küçə qrupları meydana çıxır. Bir çox yeniyetmələr üçün qeyri-formal qruplarda birləşmək və asosial yaşam tərzi keçirmək həyatın adi axınına, yaşlıların himayəsinə qarşı yönəlmiş etiraz formalarındanbiri kimi, müstəqilliyə meyl, yaşlılıq hissinin meydana çıxması kimi özünü biruzə verir. Bu dövrdə həmyaşıdları ilə intim-şəxsi ünsiyyət yeniyetmələrin aparıcı fəaliyyətinə çevrildiyi üçün təlim, ictimai-təşkilati, idman, bədii, əmək fəaliyyəti də özünəməxsusluq xarakter kəsb edir.. Belə ictimai-faydalı fəaliyyət növlərindən istifadə etməklə yeniyetmələrdə sosial cəhətdən əhəmiyyətli işlərdə şüurlu şəkildə iştirak etmək meyli baş qaldırır. Onlar müxtəlif qruplarda qəbul olunmuş qarşılıqlı münasibət normalarına uyğun ünsiyyət yaratmağı öyrənirlər.Bu zaman yeniyetmə «mən»i və özünüqiymətləndirmə formalaşır. Kiçik mədəniyyətlər nəzəriyyəsinin nəzəriyyəçilərinə görə, yeniyetməlik yaşında cinayətkar davranışlar cinayətkar qruplar vasitəsilə, əsasən,cəmiyyətin aşağı təbəqələrinin kiçik mədəniyyətli toplumlarında formalaşır və həyata keçirilir. Bu nəzəriyyənin tərəfdarları cinayətkar oğlanları araşdırmış, aşağı təbəqədən olan oğlanların cinayətkarlığı üzərində daha çox dayanmışlar (Kohen-1955, Miller-1958 və b.(ABŞ)[ 64, 241] Amerika alimi V.Foks yadlaşmaya, asosial davranışa anomiyanın kəskin formada təzahürü, yəni normal cəmiyyətdən uzaqlaşmaq kimi baxır. Bu halda yeniyetmə cəmiyyətdən təcrid olunmuşlar qrupuna qoşulmağa can atır. Bir çox hallarda cinayətkar qruplar bu zəmində yaranır. yeniyetmələri cinayət törətməyə vadar edən amillər müxtəlifdir. Bu amillərdən ailə, məktəb, eyniyaşlı qruplar, kütləvi informasiya vasitələri və s.göstərmək olar. – Müəyyən edildi ki, ailə üzvlərinin bir-birinə olan mənfi münasibəti, ailədə nəzarətin olmaması, kobudluq və digər amillər yeniyetmələrin cinayət törətməsinəgətirib çıxarır. Müəyyən edildi ki, cinayətkar qrupun üzvüləri olan yeniyetmələrin şəxsiyyətində aqressivlik qeyri adekvatdır. Müəyyən edildi ki, cinayətkar qrupun üzvüləri olan yeniyetmələr sosial adaptasiyada çətinliyi hiss edir, gec uyğunlaşırlar.
Hüquqazidd davranışlı yeniyetmələrə təsir üsulları necədir? Bunun üçün hansı yol və vasitələrdən istifadə edilir?
Hüquqazidd davranışlı yeniyetmənin ilkin olaraq daxil olduğu qrupa diqqət yetirilməlidir. Həmin qrupda və ya dəstədə bu və ya digər yeniyetmənin asosial davranışına qrup üzvlərinin münasibəti necədir?Burada asosial davranışa görə qrup üzvü ittiham edilir,təqsirləndirilir,ona olan münasibət mənfi istiqamətdə dəyişdirilir,ya əksinə,asosial davranışına görə bu və ya digər yeniyetmə təqdir edilir,həvəsləndirilir.Hətta ona xüsusi təkan verilir? Bütün bu cəhətlər yeniyetmələrin yaxın sosial əhatəsinin,münasibətlər mühitinin asosial davranışına hansı istiqamətlərdə təsir edə bilmək meyllərini müəyyən edir.Məhz buna görə də yeniyetmələrdə asosial davranışın tənzimi üçün bu sosial amilləri nəzərə almaq vacibdir. Bir qrup yeniyetmələr isə nə valideynlərinin, nə cəmiyyətin, nə həmyaşıdlarının, nə də dostlarının dəyərlərini qəbul edirlər. Belə yeniyetmələrdə şəxsiyyətin formalaşması prosesi çox çətin və gec baş verir. Çünki onlar hansı qrupa, hansı dəyərə aid olduqlarını müəyyən edə bilmirlər. Beləliklə, həmin yeniyetmələrdə öz öhdəliklərinə qarşı məsuliyyətsizlik hissi yaranmağa başlayır. Yeniyetmələr öz dostlarını adətən onların maraqlarına, dünyagörüşlərinə uyğun insanlar arasından seçirlər. Yeniyetmə qızlar əksər hallarda onların hislərini başa düşən və dəstəkləyən insanlarla vaxt keçirməyə üstünlük verirlər. Yeniyetmə oğlanlar isə öz hislərini başqaları ilə bölüşməyi bir o qədər də xoşlamırlar. Yeniyetmə oğlanlar eyni zamanda onları çətin vəziyyətlərdə müdafiə edən şəxslərlə dostluğa üstünlük verirlər. Orta yeniyetməlik dövründə (qızlar üçün 14-16 yaş, oğlanlar üçün 15-16 yaş) yeniyetmələr əks cinsdən olanlarla vaxt keçirməyə meyl göstərirlər. Kim olduqlarını təsdiqləmək üçün onlar elələri ilə oturub-durmağa başlayırlar ki, həmin insanlar onların şəxsiyyətini təsdiq etsin və gücləndirsin. Yeniyetmələr vaxt keçirdikləri, onlar üçün “unikal” olan bu qrupu əvəzolunmaz bir dəyər kimi toplumdan ayırırlar. İdraki inkişaf yeniyetmələrdə öz şəxsiyyətlərinə uyğun xüsusiyyətlər formalaşdırır.
Yazar: Həsənova Günel WCU
Həmçinin bax Diqqət haqqında anlayış
https://turaz.org/bugunku-imtahanlara-1719-muellim-nezaret-edib/