Yeniyetmələrin hüquqazidd davranışlarının psixoloji səbəbləri

Çağdaş dövrün ən böyük problemlərinə çevrilmiş cinayət hadisələrinin yeniyetmələr arasında getdikcə daha da artması olduqca təhlükəli hal alıb. Adətən buna səbəb yeniyetmələrin lazımınca təlimə, təhsilə yiyələnə bilməmələri, sosial-iqtisadi vəziyyətlərinin pis olunması və s. Bir çox amillərdən asılıdır. Burda tək məsuliyyət valideynin üzərinə düşmür desək, yanılmış olarıq. Çünki bir gəncin yetişməsi üçün valideyndən öncə ona lazım şəraiti, təhsili vermək dövlətin vəzifəsidir. Eyni ilə dövlət, valideyn, müəllim və bunlarla yanaşı ətraf mühitin də rolu böyükdür. Düşünürəm ki, bu cür yeniyetmələrin cinayət törətmələrində hər kəsin bir nöqtədə olsa payı var. Bəlkə yoldab keçən birinin fərqli baxışı, birinin geyimini ələ salması, kiminsə ailə üzvləri haqqında sözü və s. Ancaq bilirik ki yeniyetmələrin yaş dövrü elə yaş dövrüdür ki, onların emosiaları həddən artıq qabarıq olur, tez özlərindən çıxa bilirlər. Araşdırsaq həddən artıq çox səbəblər saymaq mümkündür. Şüur, iradə, idrakın yeniyetmələrin həyatında rolu böyükdür. Əgər yeniyetmə istədiyi bir şeyə nail ola bilmir, bunun üçün düzgün yolu seçə bilmirsə, iradəsi zəif olarsa, o istəyinə çatmaq üçün yanlış vasitələrə əl atır və onun nəticələrini əvvəlcədən görə bilmir. Ancaq bir şeydə qeyd etmək lazımdır ki, şüur, iradəsi yüksək səviyyədə olmasına baxmayaraq cinayət əməli törədən şəxslərdə kifayət qədər var. Bu cür insanlarda əxlaqi şüurun aşağı olması və ya özünüdərkətmənin formalaşması xarakterikdir. Yeniyetmənin hüquqa zidd davranışının ortaya çıxması bir yandan şüurun səviyyəsi ilə bağlıdırsa, digər tərəfdən ətraf mühitlə və tərbiyə mühiti ilə bağlıdır. Bu yaş dövründə əgər onlar əxlaq normaları, qadağaları, hüquq normalarını mənimsəmələri onların daxili nəzarəti özlərini tənzimləməyə gətirib çıxarır. İnsan ətraf mühiti, cəmiyyətlə münasibəti öz aktiv fəaliyyəti nəticəsində mənimsəyir. Bu insanın şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Şəxsiyyət formalaşmadıqca insanın xarakteri də əsaslı şəkildə dəyişməyə başlayır. Bunun nəticəsində yeni tələbatlar meydana gəlir və idrak prosesləridə şəxsiyyətlə birgə dəyişməyə başlayır. İnsan psixoloji və sosial-psixoloji səbəblərdən insan davranışında bir çox pozuntular yarana bilər. Cinayət qəsdən və ehtiyatsızlıqdan, öncədən planlaşdırılmış və ya qəflətən olan fərdə görə qanunauyğun ya təsadüfən ola bilər. Bu münasibətlər ailə məişət zəminində, iş mühitundə, hər hansı vətəndaş arasında və s. törədilə bilər. İlk öncə yeniyetmənin bu cinayəti niyə törətdiyini və törədərkən hansı psixi durumunda olduğunu dəqiq aydınlaşdırmaq lazımdır. Adətən cinayət qisas, tamah, qısqanclıq və şəxsi tələbatlar nəticəsində törədilir. Yeniyetmə məqsədinə çatmaq üçün əl atdığı vasitələrinnə cür olmasına önəm vermir, əsas odur ki, o istəyinə nail olsun. Onun içərisindəki meylin güclülüyü onun bu cinayəti etməyə vadar edir. İnsanı cinayətə sürükləyən motivlərin öyrənilməsi çox vacibdir. Çünkü insanın şüurlu fəaliyyətinin nüvəsi motiv hesab olunur.
Bildirək ki, cinayətkarların çoxu bilir ki onlar bu hadisəni törətsələr əvəzində cəzalarını çəkəcəklər. Çox zaman yeniyetmələr bildirirlər ki, onlar cinayəti ətraf mühit, şərait qanunları tam bilməmək, uşaqlıqlarının pis keçməsi, yaşamaq üçün məqsəd və arzularının olmamasıdır. Bəziləri isə ətrafda onları məcbur edən birilərinin olduğunu, çarəsizlikdən etdiklərini deyirlər.
Aparılan araşdırmalar nəticəsində ümumi qərara gəlinən nəticə belədir ki, əksər yeniyetmələrin bu cür davranışlarının səbəbə yetişmə tərzi, maddi vəziyyət, valideyn nəzarətsizliyi, idrakın, şüurun, tərbiyənin çox aşağı olmasından asılıdır.
Mən düşünürəm ki, hal-hazırki dövrdə nəinki bu cür davranışların azalma ehtimalı var, əksinə getdikcə daha ağır hal alacaq. Çünki nə ətraf mühit, nə ailə münasibətləri, nə dövlətin diqqəti, təhsil sistemi ürəkaçan deyil. Azərbaycanda bu sistemlərə nəzarət edilmədikcə, düzgün qurulmadıqca və hər vətəndaşa fərd kimi qayğı göstərilmədikcə bu hallar qaçınılmaz sondur. Unutmayaq ki, hər bir millətin gələcəyi onun gənclərindən, uşaqlarının təhsilindən asılıdır.

Yazar: Həsənova Günel WCU