Yeni tədris ilində UNEC-də dərslərin distant formada təşkili nəzərdə tutulur

 

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ilində dərslərin distant formada təşkili nəzərdə tutulur.

Universitetdən bildirilib ki, distant dərslərin təşkili ilə bağlı UNEC Ekstern Mərkəzinin texniki imkanları hesabına müəllimlər üçün sertifikat proqramlar hazırlanacaq. Distant dərslərin tədrisinə xaricdə yaşayan professor və müəllimlər cəlb ediləcək.

 

Mənbə: azertag.az

Xəbərçi: Aytən Abbasova