Yeni mövsüm avqustun 21-de başlayacaq?

Yeni mövsüm avqustun 21-də başlamayacaq?

Azərbaycanda yeni futbol mövsümü planlaşdırıldığı kimi avqustun 21-də başlamaya bilər.

Sportal.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün açıqladığı qərarlar bunu deməyə əsası verir. Ölkə ərazisində avqustun 31-dək bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsi qadağan olunub. Bu isə həm də avrokuboklarda iştirak edəcək Azərbaycan klublarının rəqiblərini evdə qəbul etməsinə imkan vermir.

Əgər o zamana qədər yeni bir qərar qəbul edilməsə avqustn 21-də Premyer Liqanın atart götürməsi və ayın sonunadək klubların avrokubok oyunlarını keçirməsi mümkün olmayacaq. Ya da məcburən Qəbələdə meydana çıxmalı olacaqlar.

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” ilk oyununu avqustun 18-i və ya 19-u keçirməlidi. Komandanın evdə, yaxud səfərdə oynayacağını püşk müəyyənlədirəcək.
Mənbə:sportal.az
Müxbir:Ramid Əskərov