Yeni baş meşqçi-“Kalyari”de
Yeni baş məşqçi – “Kalyari”də
İtaliyanın “Kalyari” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu A seriyası təmsilçisi rəsmən açıqlayıb.
Eusebio Di Françesko “qırmızı-göylər”in yeni baş məşqçisi olub. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, 2022-ci ilin yayına qədər “Kalyari”nin “sükanı arxası”nda olacaq.
Sonuncu komandası “Sampdoriya” olan Di Françesko 2019-cu ilin oktyabrından işsiz idi. Yeni postunda Valter Zenqanı əvəzləyən mütəxəssisin vergilər çıxıldıqdan sonra ildə 1,8 milyon avro qazanacağı iddia edilir.
Qeyd edək ki, “Kalyari” 2019/20 mövsümündə A seriyasında 13-cü olub.
Mənbə: apasport.az
Jalə Hüseynova