Yəhudi-ərəb münasibətləri

Taleyini Axdaran Yaxın Şərq (Yəhudi-Ərəb münasibətləri)

Müasir dövrdə də Qüds məsələsinə görə İsrail və Fələstin arasında baş verən qarşıdurmalar hər bir tarixçiyə bəllidir. Ərəb Birliyi Ölkələri (Suriya, Misir, Ürdün, Fələstin) və İsrail arasında gedən bu müharibənin tarixi kökləri XIX əsrdə meydana çıxan Sionizm  və Ərəb müstəmləkəçiliyinə dayanır. Ümumiyətlə, həm bu müharibə həm də xristianlar, yəhudilər, və müsəlmanlar arasında olan digər müharibələr istər səbəb kimi, istərsə də bəhanə kimi Qüds ilə bağlı anlayışlardan yaranıb. Bu dinlərin mənsubu olanlar özlərini seçilmiş hesab edir və seçilmişlərə məxsus ərazinin, yəni Qüdsün onlara aid olduğunu iddia edirlər. Yəhudilər Tövrata görə, müsəlmanlar Qurana, xristianlar isə Bibliyaya görə. Lakin nə Tövratda, nə də Quranda Qüds termini işlənmir. Quranda Məscidi-Aksa haqqında məlumat verilir (İsra surəsi 17). Tövratda keçən Saləm şəhərinin yəhudilər Yerusəlim olduğuna inanırlar. Lakin Quranda insanın birini digərindən fərqləndirmək fikri yox, əksinə, insanı digər varlıqlardan fərqləndirmək fikri ortaya atılır. Fərqləndirilənlər isə peyğəmbərlər olur. Tarixin ən qədim şəhərlərindən biri hesab edilən Qüdsün adı ilə bağlı ən qədim mənbələr Misirdəki e.ə IX yüzilliyə aid əlyazmalardır. Orada Qüdsün adı İbranicə Erusəlim şəklində qeyd olunur. Orta çağ kilsəsi isə İsanın ölümündə yəhudiləri günahlandırırdı. Nəticədə, Qüds yarandığı dövrdən etibarən 3 dini inancın mərkəzinə çevrilir və bu da, təbii ki, müxalif dövlətlərə xeyir edəcəkdi. İddia olunan ərazi Akdeniz sahili ilə Şeria çayı və ya Lut dənizi, yəni Ölü dəniz arasındakı bölgədir. Qüds ərazisi 1517-ci ildən etibarən Osmanlı hakimiyyətində idi. Bəs yəhudilər bu əraziyə necə köç etdi?  Bu barədə Teodor Herzelin Yəhudi dövləti adlı kitabı var. Bu kitab əsasında Ali Kuzu “Mossad” əsərini qələmə alıb. Burada qeyd edilir ki, yəhudilər e.ə 1700-cü ildə Mesopotomiyadan Canaan, yəni Filistin bölgəsinə köç etmişdir. Daha sonra Misirə köç etsələr də, yenidən  Hz.Musa rəhbərliyində Fələstinə geri döndülər. Bundan sonra isə dünyanın ayrı-ayrı bölgələrində məskunlaşdılar. Hər nə qədər Sör Montefiorenin və Baron Rotşildin  rəhbərliyində Fələstində ayrı-ayrı yəhudi  qruplaşmaları yaradılsa da, yəhudilərin müstəqil bir dövlət yaratması fikrini də  Herzl vermişdir.

1897-ci ildə İsveçrənin Bazel şəhərində Sionistlərin ilk konqresi  keçirildi və məhz bu konqresdən sonra Sionist hərəkatı geniş vüsət alır. Hətta 1901-1902-ci illərdə onlar Osmanlı rəhbərliyinin xarici borclarını ödəmək şərtiylə  Fələstində bir yəhudi dövləti qurulması təklifini irəli sürmüş, lakin Osmanlı bu təklifi qəbul etməmişdir. Məsələnin böyüməsi isə Birinci Dünya müharibəsi dövrünə təsadüf edir. Bu zaman ərəblər hələ müstəqil bir ulus deyildi və bədəvilər adlanırdı. İngiltərə bu müharibədə  ərəblərə müsdəqil bir ulus olmaq vədini verərək onları Osmanlıya qarşı çıxarırdı, həmçinin yəhudiləri buraya köçürürdü. Məqsəd beynəlxalq aləmdə yəhudi dəstəyi almaq və ABŞ-ı öz tərəfinə çəkmək idi. Yəhudilər isə soyqırımdan qaçırdı. 1917-ci ildə isə Balfur bəyannaməsini qəbul edərək  Fələstində yəhudilər üçün milli bir vətən qurulmasına razı olduqlarını bildirdi. 1919-cu ildə Fələstində 60 min yəhudi yaşayırdısa, 1932-ci ilə kimi onların sayı 192 minə qədər artırıldı. Siyasətin əsas təbliğatçısı isə ingilis-ərəb Lavrens idi.. Müharibədən sonrakı anlaşmaya görə SSRİ Türkiyənin bir hissəsini İngiltərə və Fransa isə Şərqi bölüşməli idi. Lakin Rusiyadakı inqilabdan sonra Lenin bu gizli anlaşmanı ifşa etdi və bundan sonra nə yəhudilər, nə də ərəblər ingilislərin verdiyi vədlərə inanmadılar. Fransa bölgədə az ərazi ələ keçirdi. Əvvəlcə Suriyanı tutan Fransa daha sonra müsəlman Suriyaya qarşı durması üçün xristian Lübnanı yaratdı. Qüdsə aid ilk hərəkətli kadrlarda məhz ingilis hegemonluğu dövründə yaradılmışdır. Mandat sistemi, əslində, ərəb ölkələrini asılılıqda saxlamaq üçün “parçala və hökmranlıq et” siyasəti idi. Məsələn, hər hansı bir regionun ölkələrinə baxdıqda biz görürük ki,  dövlətlər əksəriyyəti bir-birindən fərqlənir. Lakin Yaxın Şərqdə bu, belə deyil. Dövlətlər eyni mədəniyyətə, eyni dinə malikdir, amma süni xətlərlə ayrılıb. Bir müddət sonra Fələstində yəhudi-müsəlman qarşıdurması yaşandı. İngiltərə yatışdırma siyasəti edərək yəhudi köçünü ayda 5500 kişiyə endirdi. Əslində isə İngiltərə yəhudilərin böyük bir qisminin 1933-cü ilə kimi Fələstinə köçdüyünü bilirdi. Yəhudilər Kizbut adı verilən  Yəhudi şəhərciklərində  kommunizmə bənzər  kolonyalar yaradırdılar. Bu, müsəlmanları daha da əsəbləşdirirdi. Hətta yəhudilərin məşhur ağlama divarı da Məscidi Aksa yaxınlığında yaradılmış  bu da  müsəlmanlarda belə bir fikir yaratmışdı ki, yəhudilər müqəddəs yerləri ələ keçirmək istəyir. Ərəblər bu zaman Fələstinə bağımsızlıq isdədilər. Yəhudiləri isə köç üsdündəki ən böyük təhdid belə əsəbləşdirirdi. İngiltərə bilirdi ki, gec-tez yeni dünya müharibəsi başlayacaq və bu dəfə Almaniya hər yolla ərəbləri öz tərəfinə çəkməyə çalışacaq. Nəticədə, 1939-cu ildə  yeni bir qərar qəbul edib  5 il ərzində yəhudi köçünü 75 minlə sınırlayacağını dedi. 5 il sonra isə  Fələstinin taleyi ərəb və yəhudilərin səsverməsi ilə həll ediləcəkdi. Lakin bölgədə müsəlman çoxluğunu bilən yəhudiər buna qarşı çıxdı. Sionistlərin məşhur qruplaşması Haqana  ingilislərlə mübarizəyə başladı  və Qüdsdəki King David otelinə bomba atıldı. BMT bundan sonra məsələyə qarışdı və Taksim planını qəbul etdi. Buna əsasən Fələstində Ərəb və Yəhudi torpaqları xüsusi hissə ilə bölünməli, Qüds isə neytral qalmalı idi, lakin ərəblər bunu qəbul etmədi. 1948-ci ildə BMT Taksim planının işə yaramadığını elan etdi və ingilislər yavaş yavaş bölgədən çıxmağa başladılar. Bu dəfə də ingilislərin çəkildiyi strateji mövqelər uğrunda mübarizə  başlandı. 1949-cu ildə axırıncı İngilis ordusu ölkəni tərk etdikdən sonra İsrail ilk Yəhudi dövlətinin-İsrailin yarandığını  elan etdi. Fələstinlilər hələ də 15 may gününü Əl Nakba, yəni “fəlakət günü” adlandırırlar. Dünyanın dörd bir yanından sionistlər İsrailin silahlanmasına dəstək oldu. Xüsusilə, Çexoslovakiya  ən böyük silah satıcısı idi.

BMT bir neçə dəfə müharibəni dayandırmaq istəsə də, nəticə əldə edə bilmədi. Yekun olaraq, 1967-ci ildə 6 günlük müharibə ilə İsrail Qüdsü paytaxt elan etdi. Lakin bu, hələ də dünya səviyyəsində qəbul edilməyib. 1995-ci ildə ABŞ  Konqresi Qüdsü İsrailin paytaxtı kimi tanıyan bir yasa qəbul etmiş, lakin o dövrdən etibarən hakimiyyətdə olan prezidentlər  konsulluqları  Qüdsdə yox, Tel Avivdə tutmuşdular. Təkcə 2017-ci ildə Donald Trump seçki əvvəlində B.Natanyahu ilə birgə çıxış edərək Qüdsü İsrailin paytaxtı olaraq tanıdığını və tezliklə səfirliyin Tel Avivdən Qüdsə köçürüləcəyini bildirdi. Amerikanın daxilində sionistlərin mövqeyini bilməyənlər yoxdur. Hətta məşhur Kennedi cinayətinin altında belə yəhudi təşkilatı  Mossadın barmağı olduğu qeyd edilir. Kennedinin atası İngiltərədə konsul olarkən belə İsrailə qarşı fikirlər irəli sürmüşdü. Sionist birlikləri Kennedi-Conson seçkisi zamanı Con Kennedidən Şərq məsələsində yəhudiləri dəstəkləyərsə, seçkilərdə köməklik göstərəcəklərini bildirmiş, lakin rədd cavabı almışdılar. Digər tərəfdən, Kennediden sonra  prezident olan Lindon Conson hər çıxışında İsraili dəstəkləmiş və ABŞ İsrailə geniş miqyasda silah satışına başlamışdı. Kennedi Cəzayirin Fransadan ayrı (müstəqil) olması gərəktiyi fikrini söyləyən ilk prezident idi.

Amerikanın bu çıxışından sonra Türkiyə “İsrail bizim qırmızı xəttimizdir”, -deyə bir açıqlama verdi. Bəs Türkiyənin İsrail məsələsindəki  bu tutumu nədən asılı idi? İsrail, ümumilikdə, yəhudilər regionda oyuncaq yəhudi dövlətləri qurmaq istəyərsə, bu zaman  müxtəlif alt qruplaşmalardan isdifadə edirdi. Türkiyədə də yəhudilərin ən böyük dəstəkçiləri Kürt Barzanilər idi. Mossadın Kürt yəhudisi Barzaniyə yardımı 1970-ci ildən bu yana kəsintisiz şəkildə davam edir. Bu əlaqələri araşdıran Uğur Mumcu belə bir fikir bildirmişdi: “Orta Doğunun qaranlıq bir quyu olması məsələsi hər keçən gün daha da aydınlaşır. Sübut edilən son  əlaqə İraq-Barzani əlaqəsidir. Barzaninin CİA ilə olan bağlantısı artıq hamıya bəllidir. İraq-Barzani əlaqəsi isə hələki məlum deyildi. Əgər kürtlər  sömürgəçiliyə qarşı mübarizə aparırdılarsa,  Mossadın Kürtlər arasında nə işi var?”. Bu yazısından 17 gün sonra Uğur Mumcu məchul bir partlama nəticəsində həyatını itirdi. Dünya sionist örgütünün  mətbuat orqanı olan  Kivumin  jurnalı fevral 1982-ci ildə çıxan 14-cü nüsxəsində İsrail üçün önəmli bir yazı yayımlamışdı. Qeyd olunurdu ki, İsrail əgər bölgədə hakim olmaq istəyirsə, parçalama siyasətindən isdtifadə etməlidir. Yazıya görə İraq içində Bəsrə çevrəsində  Şiə bölgəsi, Mosul çevrəsində bir Kürt bölgəsi, mərkəzdə-Bağdatda isə bir  Sünni bölgəsi yaradılmalı idi. Xəritəyə baxsaq, bu parçalanma bu gün gerçəkləşdirilib. Planda Misiri zəif düşürmək planı isə sonrakı dövrlərdə Hüsnü Mübarək vasitəsilə həyata keçirildi. Rəsmi Ankara isə məhz buna görə İsrail bizim qırmızı xəttimizdir deyir. Çünki Türkiyə kürdlərinin arxasında məhz yəhudi əlaqələrinin olduğunu bilir. Bu gün isə “Amerika dünyanı, Yəhudilər isə Amerikanı idarə edir”.

İstifadə olunmuş ədəbiyyat:

  • Ali Kuzu “Mossad”
  • Theodor Herzl “Yahudi Devleti”
  • Diran Acemoğlu “Millətlər niyə tənəzzül edir”.

YAZAR: Müşviqə Quliyeva

Həmçinin bax: Ərəb Xilafətinin tənəzzülü

Həmçinin bax: https://turaz.org/sabah-qafanin-13-kendi-azerbaycana-tehvil-verilecek/

Həmçinin bax: https://tehsilim.org/qarabagin-meshur-muellimleri-esref-abbasov/