Yaş psixologiyasının tədqiqat metodları

Uşaq psixologiyası uşağın psixi inkişafının öyrənilməsində uzun illər boyu sınaqdan çıxmış bir sıra etibarlı tədqiqat metodlarından istifadə edir . Görkəmli rus psixoloqu B. Q. Ananyev psixologiya elminin metodlarını dörd qrupa ayırmışdır.
Birinci qrup metodlar : təşkilati metodlar (müqayisəli , lonqityud , kompleks)
İkinci qrup metodlar: (müşahidə və özünü müşahidə; eksperimental metodlar, psixodiaqnostik metodlar, (testlər, anketlər , sorğular, sosiometriya , müsahibə, söhbət): proseslərin və fəaliyyət məhsullarının təhlili, bioqrafik metodlar (insanın həyat yoluna aid hadisələrin təhlili , sənədlərin öyrənilməsi və s)
Üçüncü qrup metodlar: əldə edilmiş faktların işlənilməsi kəmiyyətcə (statistik ) və keyfiyyətcə (materialların qruplara , variantlara ayrılması, diferensiallaşdırılması ) təhlili
Dördüncü qrup metodlar: interpretasiya metodları (genetik və struktur metodlar)
Müasir uşaq psixologiyasında uşağın psixi həyatının öyrənilməsində əsasən aşağıdakı metodlardan istifadə olunur .
Müşahidə metodu : Müşahidə metodu vasitəsilə uşağın psixi inkişafının ayrı ayrı təzahürləri, onun sensor, hərəki emosional sferası, ünsiyyət fəaliyyəti, yaşlılarla və öz yaşıdları ilə qarşılıqlı əlaqələrinin öyrənilməsində istifadə olunur. Tədqiqatçı , uşaq aləmi ilə maraqlanan hər bir şəxs bu metod vasitəsilə onun hər bir davranış və rəftar, danışıq və ünsiyyət tərzini  , başqa adamlarla qarşılıqlı münasibətini öyrənə bilər. Tədqiqatçı uşağı nə vaxt və necə müşahidə edəcəyini , müşahidəni necə aparacağını əvvəlcədən planlaşdırır . Bu zaman nəticə daha effektiv olur.
Müşahidənin keçirilməsi zamanı bir sıra tələblərə riayət olunmalıdır . Birincisi müşahidə təsadüfi deyil , sistematik şəkildə aparılmalıdır. İkincisi müşahidə bir qayda olaraq uzun müddət davam etməlidir. Müşahidə nə qədər uzun müddət aparılarsa əldə olunan faktlar bir o qədər etibarlı olar.
Uşağın psixikasının öyrənilməsində effektiv metod olan ana gündəliklərindən də istifadə olunur. Bir sıra psixoloqlar da öz övladları və nəvələri üzərində bu metodlardan istifadə edərək uğurlu nəticələr əldə etmişlər. Rus psixoloqları N. A. Meçinskaya oğlu Saşanın , Lodıgina -Kot isə oğlu Rudolfun üzərində apardıqları bu tədqiqat metoduna geniş yer vermişlər.
Uşaq psixologiyasında tədbiq olunan metodlar sırasında psixogenetik metodlar da əhəmiyyətli yer tutur. Psixogenetik metodlar sırasında özünün daha çox informasiya tutumu ilə seçilən əkizlər metodudur. Bu metod monoziqot əkizlərin (hər ikisi oğlan və ya qız )identik ,genotip olmasına , diziqot əkizlərin (biri oğlan biri qız) isə qeyri identik olması prinsipinə əsaslanır.  İstənilən tip əkizlər eyni tərbiyə mühitində olmalıdırlar.
Uşaq psixologiyasının  metodları sırasında əhəmiyyətli yeri olan metodlardan biri də söhbət (sorğu ) metodudur. Bu metoddan istifadə zamanı uşaqla verbal-sözlü əlaqə qurulur . Bu metoddan sosial , tibbi, pedaqoji, hüquqi və s.kimi elmi sahələrdə istifadə olunur. Söhbət metodu uşaqın psixi inkişafının öyrənilməsində əlverişli üsul hesab olunsa da , məhdud səviyyədə həyata keçirilir. Belə ki , dörd yaşadan aşağı uşaqlar söz ehtiyatının , təfəkkür və qavrayışın xüsusiyyətlərini nəzərə alaraq, söhbəti konkret obyektlər və obrazların üzərində aparmaq daha məqsədəuyğundur.
Son illərdə uşaq psixologiyasında istifadə olunan metodlardan biri də diaqnostik sorğudur  ( Yunanca dioünosis -müəyyən edən deməkdir).
O uşaqların psixodiaqnostik imkanlarının -psjxi funksiya, proses ,xassə və keyfiyyətlərinin ölçülüb inkişaf səviyyəsini qiymətləndirmək məqsədinə xidmət edir.
Digər bir metod isə eksperimental metodudur. O özünün diaqnostik əhəmiyyətinə , nəticələrinin daha etibarlı olması baxımından fərqlənir. Müşahidədən fərqli olaraq daha mürəkkəb təzahürlərin öyrənilməsində istifadə olunur. Uşağın fəaliyyətini daha dərindən öyrənməyə imkan yaradır. Ekspermetin təbii və laborator olmaqla iki növü vardır . Məsələn uşağın görmə qabiliyyətini ölçmək üçün müxtəlif cihazlardan istifadə olunur. Son illərdə uşaq şəxsiyyətinin öyrənilməsində videokamera və fotoaparatlardan istifadə olunur.
Uşaqlara üzərində heyvan , maşın , mebel və oyuncaqlar təsvir olunmuş kartoçkalar verilmişdir . Eksperiment zamanı uşaqların onları hansı əlamətlərə görə qruolaşdırmaları və ümumiləşdirmələrnı istinad edilmişdir . Bu təbii eksperimentdir . Hər iki eksperiment növü öyrədici və yoxlayıcı olur .