YARAT” uşaqlar üçün növbəti dəfə virtual sərgi açacaq

 

“YARAT” uşaqlar üçün növbəti dəfə virtual sərgi açacaq

“YARAT” Müasir İncəsnət Məkanının təşkilatçılığı ilə bu həftənin şənbə və bazar günləri uşaqlar üçün “Virtual Artım” sərgisi həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində uşaqlara yeni sərgi ilə tanış olmaq, öz robot- avatarlarını yaratmaq, habelə əsərlərini hazırlayıb, izləyicilərlə bölüşmək şansı veriləcək.
Qeydiyyat və virtual məkanın tətbiqindən istifadə barəsində məlumat üçün 0502469292 nömrəsinə bazar ertəsindən cümə gününə kimi saat 10:00-18:30-dək müraciət etmək olar.
Layihənin moderatoru Mina Abbasovadır.
Mənbə:azertag.az
Müxbir:Aytac Cəfərova