Yakop Yordans
Yakop Yordans yaradıcılığı realizm ənənələri ilə çox sıx bağlı idi. Həmçinin rəssam Karavacconun yaradıcılığına önəm verirdi. Biz bunu ilk əsərlərində hiss edirik. Yordansın yaradıcılığı təmamilə flamand xarakteri daşıyır. Rəssam heç vaxt İtalyaya getməyib və öz əsərlərini İtalya nümunələrinə uyğunlaşdırmamışdı.
Yordansın dini və mifoloji süjetdə işlədiyi əsərlər belə məişəy planında şərh olunurdu. Obrazlar real fonda verilirdi. Eyni zamanda Yordansın yaradıcılığında bayram əhval ruhiyyəsi duyulurdu. Bu xüsusiyyət isə onu Rubensin yaradıcılığı ilə yaxınlaşdırır. Sadəcə Rubensdən fərqli olaraq Yordansın yaradıcılığı planlaşdırılıb sanki.
Çobanların Təzimi
•Yordansın yaradıcılığının erkən dövrlərində yaratdığı əsərlərdən biri olmuşdur. Əsər kətan üzərində yağlı boya ilə 542•455 sm ölçülərində təsvir edilib. Əsərddə sadə,səmimi insanlar adi Flamand qadının başına yığışıb. Təsvir edilən Virgin gözəl bir gənc qadındır. O parça ilə bələnmiş uşağı qucağında tutmuşdur. Qara bir şal üzünün bəyazlığını və yanaqlarının parlaqlığınə tənzimləyir sanki.Uşaq yatmış formada çəkilmişdir. Əfsanəyə görə isə uşağa doğru başınə əymiş çobanlar sayqıdan səssizdilər. Ancağ rənglər çox parlaqdır. Fiqurlar çox iri ölçüdə təsvir edilmişdir. Obrazların və əşyaların maddiliyi ifadə olunmuşdur. Obrazların geyimləri qara tünd qəhvəyi tonlarında təsvir olunmuşdur.Çox incə formada Yordans sol tərəfdən verilmiş işıq-kölgə effektindən istifadə etmişdir. Bu xüsusiyyət həmçinin digər əsərlərinədə xasdır. (Yupiterin tərbiyə olunması və s)
Adəm və Həvvanın Günahı
•Əsər 185•221 sm ölçüyə malik kətan üzərində yağlı boya ilə işlənmişdir. Əsərin digər adı Payız əsəridir. Burada onların qadağan olunmuş meyvəni yemələri səhnəsi təsvir olunub. Qadağan olunan meyvənin alma olduğu bilinir. Əsərdə ağacın altında dayanan bir qoç təsvir edilmişdir. Əsər fikrimcə nəfsin güc gəlməsi ilə baş verən bəlaya dəlalət edir
Hollanda ənənəsinə görə 6 yanvar “Üç Kral” günündə paxla bişirilir. Yanında bir parça olan kişi şənliyin kralı olur. Ona saxta tac qoyulur və özünə kraliçə seçir. Hərkəs krala itaət eliyir və əmirlərinin şərəfinə içirlər. XVll yüzillikdə Yordans zamanında bu cür ziyafətlər günortadan sonra başlıyar və gecə yarısına kimi davam edərdi.
Güclü və sağlam insanlara rahat atmosferdə əylənmək üçün fürsət yaradılır. Bu mövzuya aid bir çox rəsimlər bilinməkdədir. Əsərdə bir müddət sonra yaşlı insanlar və uşaqlara qarşı nəzakət unudulur,səıtənət hökmdarlığı baş verir. Rəssam bu səhnəni heç bir şəkildə yumşaltmayaraq və bəzəmədən olduğu kimi təsvir edir. Və sanki fiqurlar əsərin kənarına doğru çəkilir hətta bəziləri izləyiciyə çevrilir. Yüksək səslə mahnılar oxunur və qəhqələr atılır. Obrazların bir birinə dəyməsi isə əsərdə dinamikanı artırır. Bütün obrazlar qızılı rəng işıq ilə rəngləndirilir. Paxla Kralı rəsmi Ermitajda saxlanılır
Yordans bu janrda usta olmasına baxmayaraq onun portretləri nadirən boyanmışdır. Bu rəsm sadəcə rəssam ailəsinin bir qrup portreti deyil həmçinin o dövrün həyat tərzinin rəsmidir. Əsərdə rəssamın həyat yoldaşı,meyvə səbəti tutan xidmətçi,qızı olan Elizabeth və əlində bir ud ilə rəssam özünü təsvir etmişdir. Həm kompazisiya həm də rənk çalarları ilə sakitliyi və uyğunluğu yansıdır.
Rəssam və yoldaşı qara rəngli,xidmətçi isə parlaq qırmızı rəngli geyimdədir. İşıq-kölgə effektini sol tərəfdən verilmişdir. Yoldaşının sakit üz ifadəsi İspanyol geyimində olan yaxalığa dayanmışdır. Əsərdə perspektivadan bir o qədər də istifadə edilməmişdir. Hər bir fiqur incə detalına qədər mükəmməl verilmişdir. Yoldaşının başı üzərində təsvir edilən heykəl fiquru belə özünəməxsus estetikası ilə fərqlənir. Dekorativlikdən düzgün və gözəl istifadəni xidmətçinin,həçminin körpə Elizabethin paltarların qatlarında belə görə bilirik. Əsər Prado Milli muzeyində mühafizə olunur.
Yazar: Aydan Ələmdarzadə
Həmçinin bax: Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
Həmçinin bax: tehsilim.org/adpu-thik-telebelere-adli-teqaud-ve-internet-paket-desteyi-vermekde-davam-edir/