XX əsrin I yarısında mübahisəli ərazilər və torpaq itkiləri
Sovet Rusiyası 1920-ci il aprel çevrilişindən sonra Azərbaycanda bütün hakimiyyəti öz əlinə aldı. İdarəetmə sahəsində bir sıra dəyişikliklər etdi. Sovet Rusiyası Ermənistan və gürcüstanı da sovetləşdirmək siyasəti yürüdürdü. Bu məqsədlə də Azərbaycan torpaqlarından şirnikləndirici vasitə kimi istifadə etdi. 20-ci əsrin əvvəllərindən etibarən Azərbaycanda rusların dəstəyi və təhriki ilə qırğınlar həyata keçirən ermənilər müstəqil dövlət yaratdıqdan sonra öz ərazi iddiaları uğrunda mübarizələrini daha da gücləndirmişlər. Bunun ilkin nəticəsi olaraq da ərazi bütövlüyünün qorunması və türk-müsəlman əhalisinə qarşı ermənilərin həyata keçirdikləri soyqırımlarının qarşısının alınmasını
mövcud dövlətin əsas prioritet məqsədi hesab edin Azərbaycandan Xalq Cümhuriyyəti 1918-ci il mayın 29-da Azərbaycana məxsus olan İrəvan bölgəsinin ermənilərə verilməsinə razı oldu.
Müasir tarixçilər bu addımın AXC-nin siyasi səhvi olduğunu düşünsələr də, əslində atılan bu addımı mövcud
vəziyyətdə mülkü əhalini erməni təcavüzündən qorumağın yeganə yolu olduğunu deməyə imkan verir. İrəvanı yeni yaradılan dövlətin paytaxtına çevirən ermənilər bunun əvəzində Dağlıq Qarabağ və Azərbaycanın digər bölgələrinə iddialarından birdəfəlik əl çəkməyi vədd etsələr də sözlərində durmadılar. 1920-ci ildən etibarən ərazi bütövlüyümüzə yeni qəsdlər baş qaldırdı. Azərbaycanın bolşevikləşməsindən sonra Qarabağ, Naxçıvan və Zəngəzur və.b bölgələrə erməni təcavüzü davam edirdi.
Əslində Azərbaycan ərazisi Rusiya tərəfindən hərraca çıxarılmışdı.1920-ci il avqustun 10-da Sovet Rusiyası ilə Ermənistan arasında saziş bağlandı. Bu sazişə əsasən:
1. Azərbaycanın Şərur-Dərələyəz bölgəsi Ermənistana verildi
2. Zəngəzur, Naxçıvan və Qarabağın dağlıq hissəsi “mübahisəli ərazi” hesab edildi.
1920-ci il avqustun 18-də Şuşada Zəngəzur qəza və sahə inqilab komitələrinin fəal iştirakı ilə Zəngəzur və Qarabağ nümayəndələrinin qurultayı keçirildi. Bu qurultayda sovetlərin təklif və təkidi ilə gələcəkdə ermənilərin bu torpaqları asanlıqla ələ keçirə bilmələri üçün Zəngəzur iki hissəyə -Bərgüşad (Aşağı Zəngəzur) və Gorus (Yuxarı Zəngəzur) rayonlarına bölünür. Beləliklə Yuxarı Zəngəzurun Azərbaycandan ayrılmasının əsası qoyuldu, 1921-ci ilin yayında Yuxarı Zəngəzurun ermənilərə verilməsi ilə bu məsələnin taleyi qismən olundu. Bununla da sovet Rusiyası Ermənistan və Azərbaycan arasında mübahisəli məsələlərin həllindən Azərbaycanı kənarlaşdırdı, onu təmsil etməyi öz üzərinə götürdü.
1920-ci ilin yayında Azərbaycanda siyasi vəziyyətin gərginliyindən istifadə edən Ermənistan hökuməti təcavüzü gücləndirdi. İyulun sonlarında erməni hərbi hissələri Zəngibasarı dağıtdı və Naxçıvana doğru irəlilədi. Lakin türk qoşunları tərəfindən Naxçıvanın nəzarətə alınması ermənilərin qabağında sipər oldu. İyunun 6-da XI ordu hissələri Zəngəzur istiqamətində hücuma keçən erməni qoşunlarının qarşısını aldı. Lakin iyulun axırları avqustun əvvəllərində Ermənistanda məğlub olmuş üsyançıları təqib etmək bəhanəsi adı altında erməni qoşunları yenidən Zəngəzura daxil oldu. Zəngəzurun böyük hissəsi zəbt olundu. Bütün bunların qarşısında XI ordu səssiz qaldı(yerli əhali ermənilər tərəfindən nə qədər çox sıxışdırılsa əhalinin XI ordudan asılılığı daha da artardı). 1920-ci il noyabrın 29-da ermənistanda inqilab baş verdi.1920-ci il noyabrın 30-da Azərbaycan Ali partiya rəhbərliyinin qəbul etdiyi qərarda sovet Azərbaycanı və sovet ermənistanı arasında heç bir sərhədin olmaması vurğulandı. Bu iclasda Nəriman Nərimanova xüsusi bəyanatla çıxış etmək tapşırıldı. Bəyanatda bildirilirdi:
“Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir; Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir. Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır, Sovet Azərbaycanının qoşunları isə buradan çıxarılır” Əslində bu, o demək idi ki, Azərbaycan Zəngəzurun bir hissəsinin və Naxçıvanın işğalı ilə razılaşır. Bəyanatın digər prinsipinə əsasən Azərbaycan Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verirdi.
Sovet Rusiyası Gürcüstanla ərazi-sərhəd mübahisələrini dinc yolla həll etməyə nai oldu.1921-ci ildə Borçalı qəzasının mərkəzi hissəsi Gürcüstana verildi. Az sonra mahal Gürcüstan və Ermənistan Sovet Respublikaları arasında bölüşdürüldü.1921-ci ildə respublikalar arasında bağlanmış sazişə əsasən, Gürcüstan Zaqatala dairəsinə aid bütün iddialarından əl çəkdi. Lakin, Zaqatala dairəsinə məxsus əkin və otlaq sahələrinin bir hissəsi az sonra gürcüstanın Sığnaq qəzasına verildi. Zaqatalanın Azərbaycanın tərkibində qalmasında həlledici rol oynayan bəzi amillər olmuşdur:
• Əhalinin mütləq əksəriyyətinin (92-95%-nin) müsəlman olması.
• Əhalinin Azərbaycan tərkibində yaşamaq iradəsini ortaya qoyması.
Gürcüstan Zaqatala bölgəsini ələ keçirə bilməsə də,1922-ci ildə iki yerə bölünən Qarayazının yuxarı hissəsi onlara verildi. 1921-ci ilin II yarısında Yuxarı Zəngəzur-Gorus Ermənistanın əlinə keçdi. Azərbaycanlılar buradan
sıxışdırılaraq öz doğma torpalarından didərgin salındılar. Ermənistan Aşağı Zəngəzuru –Bərgüşadı da ələ keçirməyə çalışırdı. Hacısanlıda Sultan bəyin dəstələri, Sovet Ordusu tərəfindən 1921-ci ilin iyununda tərksilah edildikdən sonra buna daha münasib şərait yaranmışdı. Qubadlı qəzasına Ermənistanın səlahiyyətli nümayəndə təyin etdiyi Ocaqqulu
Musayev özünü yerli silahlı dəstələrin baş komandanı elan etmişdi. Lakin düşmən bu dəfə istəyinə nail ola bilmədi.
Əhalisinin milli ruhu hələ də yüksək olan Azərbaycanı parçalamaq, onu ciddi problemlər qarşısında qoyub tam asılı
vəziyyətdə saxlamaq üçün Moskva yeni tədbirlər görürdü. Yuxarı Qarabağda milli münaqişə ocağı qızışdırılırdı.
Ermənistan hökuməti 1921-ci ilin iyununda Azərbaycanın suveren hüquqlarını kobudcasına pozaraq, guya onun razılığı ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında dekret verdi. Azərbaycanın razılığı haqqında fikrin ağ yalan olduğu AKP MK siyasi təşkilat bürosunun iclasında ifşa olundu. 1921-ci il iyunun 27-də AK(b)P MK özünün siyasi və təşkilat bürosunun birgə iclasında bu məsələyə baxmağa məcbur oldu. Bu dəfə milliyyətcə
azərbaycanlı olan kommunistlər birləşərək yekdilliklə Ermənistanın iddialarını rədd etdi.
Lakin PK(b)P-nin Qafqaz bürosu rəhbərliyinin erməni və gürcü çoxluğu Qarabağ məsələsini Ermənistanın xeyrinə həll etmək fikrindən əl çəkmədi. 1921-ci il iyulun 4-5-də PK(b)P Qafqaz burosunun iclasında Qarabağ məsələsi müzakirə edildi. İclas səs çoxluğu ilə Dağlıq Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək haqqında qərar qəbul etdi. Lakin iclasda N.Nərimanovun təkidi ilə Qarabağ məsələsinin Azərbaycan SSRİ üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq bu məsələnin PK(b)P MK-nın qəti qərarına keçirilməsi haqqında qərar qəbul edildi. N.Nərimanov V.İ.Leninə bu məsələ ilə bağlı teleqram göndərdi . Bu teleqramda Azərbaycandakı mövcud vəziyyətin gərginliyindən bəhs edilir və mərkəzi hakimiyyəti bir sıra addımlar atmağa çağırırdı.
1921-ci il 5 iyul MK-nın qərarına əsasən müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyi, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqəsi əsas götürülərək Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanıldı; ona inzibati mərkəzi muxtar vilayətin tərkibindəki Şuşa şəhəri olmaqla, geniş vilayət müxtariyyatı verildi. 1921-ci il sentyabr ayında AKP MK-nın Təşkilat və Siyasi Bürosunun iclasında Qafqaz Bürosundan Dağlıq Qarabağa geniş vilayət Muxtariyyatı verilməsi haqqında qərarına yenidən baxılmasını xahiş edən qətnamə qəbul edildi. 1921-ci ilin oktyabrında Qarabağın məsul işçilərinin konfransının qəbul etdiyi qərarda Dağlıq Qarabağa ayrıca vilayət Muxtariyyatının verilməsi məqsədəuyğun hesab edilmədi. PK(b)P MK-nın Zaqafqaziya ölkə komitəsinin 1923-cü il iyunun 23-27-də keçirilmiş plenumu Q.Orconikidzenin təzyiqi ilə ultimatum formasında bir aylıq müddət ərzində Dağlıq Qarabağa vilayət muxtariyyatının verilməsi barədə AK(b)P MK-ya tapşırıq verdi.
Həmin qərarı yerinə yetirməyə məcbur olan Azərbaycan MİK 1923-cü il iyulun 7- də Azərbaycan SSRin tərkibində mərkəzi Xankəndi olmaq şərti ilə “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verdi. Lakin ermənilər 1923-cü il 10 avqust tarixli fərmanla bu qədim Azərbaycan şəhərinə xalqımızın qəddar düşməni olan
Şaumyanın şərəfinə Stepanakert adını verdilər. Ermənilərin siyasi təsirlərinə baxmayaraq 1924-cü il fevralın 9-da Azərbaycan MİK-in Rəyasət heyəti Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında dekret imzaladı. Beləliklə, bölgənin Azərbaycan əhalisinin və Türkiyə dövlətinin qətiyyəti nəticəsində Naxçıvanı Ermənistan
birləşdirmək planları iflasa uğradı. Lakin Naxçıvan məxsus bir çox ərazilər Ermənistana güzəşt edildi. Belə ki,1929-cü ildə y13 min hektar Azərbaycan ərazisi – Nüvəndi, Tutut və Ernazar kəndləri, habelə Naxçıvandan 9 kənd (582,9 des.), Qaymaqlı və Kürümüzlü arasında sahələr (228, 9 ha) Ermənistana verildi. Eyni zamanda 1929-1930-cu illər də Ordubad və Zəngəzur qəzasının cənub hissəsinin-indiki Zəngilan rayonunun bir sıra kəndlərinin Ermənistana
verilməsi və bu ərazilərdə Mehri rayonunun yaradılması nəticəsində Naxçıvanla Azərbaycanın digər torpaqları arasında olan quru sərhədləri bağlandı.
XX əsrin 20-ci illərində Ermənistan SSR ilə yaylaqlar və sudan istifadə hüququ zəmnində yaranmış sərhəd mübahisələri nəticəsində Qazax və Cəbrayıl qəzalarının birbdıra torpaqları itirildi Tarixi torpaqlarımızın itirilməsi bununla da bitmədi. 1938-ci ildə Ermənistanla Azərbaycan arasında sərhəddi dəqiqləşdirmək bəhanəsi ilə «bərabərtərəfli» komissiya yaradıldı. Azərbaycan tərəfdən də komissiyaya erməni, torpaq komissarlığının sədri İsaxanyan rəhbərlik edirdi. Martın 5-7-də imzalanmış protokola əsasən Laçının Qaragöl yaylası, Qubadlının Çayzəmi adlanan sahəsi, Qazağın Kəmərli kəndi və Kəlbəcərin Zod sahəsi Ermənistana verildi.
YAZAR: Aytac Əhmədova
HƏMÇİNİN BAX: Böyük Səlcuqlu dövləti
HƏMÇİNİN BAX: Tehsilim.org/magistratura-seviyyesi-uzre-tehsil-mussiselerien-elektron-qeydiyyat-davam-edir/