XX Boston film festivalı aprelin 15-dә başlayır

XX Boston film festivalı  15-30 aprel tarixlәri arasında Amerika Birlәşmiş Ştatlarında keçirilәcәk.

Yeni növ koronavirus epidemiyası sәbәbindәn onlayn qaydada keçirilәcәk festivalda Türkiyә kinosunun müxtәlif janr vә mövzularda çәkilmiş nümunәlәri nümayiş olunacaq.

Mәlumata görә, festival çәrçivәsindә Reha Erdemin ‘‘Seni Buldum Ya!’’, Reis Çelikin ‘‘Ölü Ekmeği’’, Ercan Kesalın ‘‘Nasipse Adayız’’, Serhat Karaaslanın ‘‘Görülmüstür’’, Tankut Kılıçın ‘‘Dersaadet Apartmanı’’, Ümit Ünalın ‘‘Aşk,Büyü vs’’ vә Barış Atayın ‘‘Aden’’ adlı uzunmetrajlı filmlәri, hәmçinin Deniz Tortumun ‘‘Maddenin Halleri’’ Elizabeth Lonun ‘‘Saray’’ adlı sәnәdli filmlәri nümayiş olunacaq.

Festivalda uzunmetrajlı filmlәrlә yanaşı 2006-cı ildәn etibarәn mükafata layiq görülәn filmlәr dә nümayiş olunacaq.

Boston Film Festivalı proqramı ilә bağlı daha әtraflı mәlumatı www.BostonTurkishFilmFestival.org sәhifәsindәn әldә edә bilәrsiniz.

Qaynaq: TRT

Həmçinin bax: Bacarıq və Vərdişlər

Həmçinin bax: tehsilim.org/bildiris/