XVIII əsrdə Qafqazda Gürcüstan Rusiya yaxınlaşması

1446-cı ildən davam edən parçalanma  XVIII əsrdə  Gürcüstanda siyasi hakimiyyətə təsir edirdi. XVIII əsrin sonlarında Gürcüstan ərazisində müstəqil olan bir neçə dövlət vardı. Kaxeti hakimi II İrakli 1762-ci ildə Kartli ərazisini də özünə tabe etmişdir. Bundan sonra o, İran və Osmanlı dövlətlərinin güclü təyziqinə məruz qalmışdır. O,Gürcüstanı vahid dövlətdə birləşdirmək uğrunda mübarizədə fəal rol oynamışdır. Ancaq Osmanlı-Rusiya müharibələri ortasında qalan Gürcüstan bu vəziyyətdə öz tərəfini seçməkdə çətinlik çəkirdi. Osmanlı dövləti Qərbi Gürcüstan ərazisində hakimiyyətini saxlamağı bacarmışdı. Rusiya isə burda aktiv hərbi əməliyyatlar keçirmədikcə qüvvə saxlamırdı.

II İraklı mövcud şəraitdə Osmanlı dövlətinə qul və digər hədiyyələr göndərərək dostluq münasibətlərini qorumağa çalışırdı. Ancaq 1762-ci ildən etibarən güclənən II İrakli artıq Osmanlı hakimiyyəti ilə hesablaşmaq istəmirdi.

1768-1774-cü illəri əhatə edən Rus-Osmanlı müharibəsi dövründə hərbi əməliyyatların getdiyi əsas cəbhələrdən biri də Qafqaz, Gürcüstan ərazisi idi. Bu cəbhədən Osmanlı-Krım hərbi qüvvələri xüsusi fəallıq göstərsələr də müvəffəq ola bilmədilər. Osmanlı sultanı III Mustafa bir çox Qafqaz və İran hakimlərinə xristianlara qarşı müqəddəs müharibədə Osmanlını dəstəkləməyi təklif etmişdir, gürcü hakimlərinə isə müharibədə Rusiyanı dəstəkləyəcək hərəkətlər etməməyin onların xeyrinə olacağını bildirən məktublar yollamışdır. Gürcü hakimləri müharibənin ilk illərində sabit mövqe saxlasalar da  1770-ci ildən etibarən kəşfiyyat məlumatlarında Qafqazın və İranın müsəlman hakimlərinin Osmanlının təhriki ilə Gürcüstan üzərinə hücuma başlaması xəbəri aldı və  Gürcüstana Rus qüvvələrinin yeridilməsi hadisəsi baş verdi.

Bu hadisə və sonrasında Gürcüstanın Rusiya təsirinə düşməsi sürətləndi. Müharibənin sonrakı dövründə Osmanlı nəzarətində olan bölgələrə hücum edən Rus qüvvələrinə Gürcü hakimlərdə dəstək oldu,  Kutayisi qalasının alınmasında gürcü hakimlər fəallıq edirdi. Bu həmdə gürcü hakimlərin Osmanlı ərazisində olan Qərbi Gürcüstan ərazisinə niyyətlənmələrindən xəbər verirdi. Belə ki müharibə dövründə fəallıq göstərən qüvvələr həmdə II İraklinin başçılığında Gürcüstan ərazisini birləşdirməyə çalışırdı.

Osmanlı dövləti müharibədə məğlub oldu.1774-cü il iyulun 10-da Kiçik Qaynarca adlı bolqar kəndində sülh bağlandı. Sülh müqaviləsi 28 maddədən və iki məxfi əlavədən ibarət idi. Sülhün şərtlərinə görə, Krım müstəqil elan edildi, Azov sahilləri, Kerç, Yeniqala, Dnepr və Cənubi Buq çayları arasındakı torpaqlar Rusiyaya keçdi. Taman yarımadası Osmanlı dövlətinin əlində qaldı. Gürcüstanda Rusiyanın ələ keçirdiyi ərazilər “qədimdən məxsus olduğu dövlətə aid edildi”. Osmanlı tərəfi Qərbi Gürcüstandan xərac (cizyə vergisi ləğv edildi) almaqdan imtina etdi. Müqavilənin 21-ci maddəsinə görə Kabardanın taleyi Krım xanının ixtiyarına verilirdi.

Kiçik Qaynarca müqaviləsi sonrasında Rusiyanın Şimali Qafqazda irəlilədilər və Kazak xətti üzərində işlər daha da sürətləndi. Bütün bunlar Rusiyanın Qafqazın cənubuna doğru genişlənməsini və mövqeyini gücləndirməsini təmin ediridi. Ancaq müharibədən sonrakı nəticə II İraklini o qədər də razı salmamışdı. O,bölgədə hələdə güc sahibi olan Osmanlı və İrana arxa çevirmişdi, buna baxmayaraq Rusiyadan elədə böyük dəstək görməmişdi. Müharibədən sonrakı dövrdə Osmanlı sultanı bölgəyə diqqətini və təyziqini artırmışdır. İran dövləti də Gürcüstanın Rusiyaya meyl etməsindən  narahat idi. Ancaq Rus diplomatiyası İran hakim dairələrini bunun müvəqqəti olaraq, Osmanlı dövlətinə qarşı tədbir kimi qələmə verirdilər.

Rusiyanın Gürcüstanla bağlı qətiyyətli addımları  olmadığı üçün 1768-1774-cü illərdə baş verən yaxınlaşma hərəkəti yerini qütbləşməyə vermiş və tərəflərin arası 1778-1780-ci illərdə daha da pisləşmişdir. Bu dövrdə Qafqazda Rus-Gürcü ittifaqı mümkünsüz görünürdü.

Potyomkinin səyləri nəticəsində 1780-ci ildən sonrakı dövrdə Qafqazda Rusiya-Gürcüstan yaxınlaşması yenidən başlandı.1782- ci il 3 oktyabr tarixində  II İrakli  Rus çariçası II Yekatrinaya yazdığı məktububda ittifaq tələb edirdi. İrakli məktubunda İran təhdidinə qarşı himayə tələb edirdi, bundan əlavə öz siyasi rəqibi olan Aleksandr”a qarşı da Rusiyanın dəstəyini istəyirdi. Bu məktubun ardınca Rusiya tərəfi addım atdı və müzakirələr üçün heyət göndərdi. Bundan sonra Rusiyanın Gürcüstan barədə siyasəti qətiyyəli mövqedə oldu.

YAZAR: İzzət Zeynallı
HƏMÇİNİN BAX: Çiçerinin Azərbaycan Cümhuriyyətinə notaları və Denikinlə münasibətlər
HƏMÇİNİN BAX: Tehsilim.org/elmi-suranin-sosial-meseleler-uzre-komissiyasinin-uzvleri-telebe-yataqxanasina-bas-cekibler/