Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü ilə xüsusi təyinatlı müsahibə
Vətənpərvər, Vətənini, yurdunu sevən, dövlət atributlarına hörmətlə yanaşan, onu qoruyan, hər
vaxt üçrəngli bayrağını uca tutan cəsur oğullar millətn qürur mənbəyidir. Belə oğullar sayəsində biz
bugün rahat yaşaya bilirik. Onlardan biri də Günnüt əməliyyatnda iştrak etmiş xüsusi təyinatlı
qüvvələrin döyüşçüsüdür.
1. Özünüz haqda məlumat verə bilərsiniz?
– Xüsusi təyinatlı qüvvələrdə xidmət edənlər yalnız şəhid olduqdan sonra tanınır. Hələ şəhidlik nəsib
olmadığı üçün şərt adla danışaq. Xüsusi təyinatlı qüvvələrin döyüşçüsüyəm.
2. Peşəniz Sizi şəxsiyyət kimi necə dəyişib?
-Ümumiyyətlə insanın formalaşmasında yaşadığı, rastlaşdığı çətnliklər böyük rol oynayır. Hər halda 12
il xüsusi təyinatlı qüvvələrdə xidmət etmək məni də düşmənə qarşı qəddar, nifrət hissi ilə dolu bir
döyüşçü edib. Bunun sayəsində demək olar, hər çətnliyə daha da dözümlə yanaşmaq olur.
3. Peşənizdə indiyə kimi ən çətn anı necə xatrlayırsınız?
– Bizim hər anımız çətnliklərlə doludur. Birini qeyd edim. İyul ayında əhəmiyyətli bir mövqeyin ələ
keçirilməsi tapşırığı ilə dəniz səviyyəsindən 3600 m yüksəkliyə qalxdıq. Mövqeyi nəzarətə götürdük.
Aşağıda yay olmasına baxmayaraq olduğumuz yerdə hava çox soyuq idi, dolu yağırdı. Hamımız
soyuqdan donurduq. Allaha yalvarırdıq ki, səhər açılsaydı, Günəşin işığı ilə isinərdik. Həmin gecə
yaşadığım ən çətn anlardan biri idi. Bunu yaşayanlar daha yaxşı başa düşər.
4. Bildiyimiz kimi, Günnüt əməliyyatnda iştrak etmisiniz. Bu əməliyyatn əsas strateji əhəmiyyət
nədən ibarət idi?
– 90-cı illərdə Şərur rayonunun Günnüt kəndi də düşmən hücumuna məruz qalaraq işğal olunmuş və
tamamilə dağıdılaraq xarabalığa çevrilmişdi. 2018-ci il may ayında Günnüt kəndi və onun ətrafndakı
strateji əhəmiyyətli yüksəkliklər və Laçın dəhlizinə gedən yol tam nəzarətə götürüldü. 11000 ha
ərazini azad etdik.
5. Günnüt əməliyyat zamanı maddi texniki və psixoloji təminat hansı səviyyədə idi?
– Ordumuzun maddi texniki təminat 90-cı illərdəki kimi deyil. Artq bizim gücləndirilmiş və çox yüksək
səviyyədə olan maddi texniki bazamız var. Ona görə də, bu əməliyyatlar zamanı maddi texniki
təminatlarla bağlı heç bir çatşmazlığımız olmadı.
Psixoloji təminatmız da həmçinin çox yüksək səviyyədə idi. Orda iştrak edən hər bir əsgər, döyüşçü
şəhid olmağı gözə alaraq döyüşürdü.
6. Bu əməliyyatda yaralanan və şəhid olanlar oldumu? Onları elə gördükdə hansı hisləri keçirirdiniz?
– Günnüt əməliyyat zamanı birinci şəhid əsgər Tatarov Adil Əli oğlu oldu, sonra baş leytnant Hümbətov
Orxan, gizir Həsənli Novruz, çavuş Seyidov Raman şəhid oldular.
Əlbətə, onlar bizim çiyin-çiyinə döyüşdüyümüz qardaşlarımız idi. O an çox sarsıdıcı olurdu, amma bir
tərəfdən də biz elə anlara hazır idik. Çünki belə hallar üçün hər an hazır vəziyyətdəyik. Çətndir
əslində, o anı, o an yaşadığın hisləri izah etmək çətndir. Bəlkə bunu oxuyan insana təəccüblü gələ
bilərki, axı bu insanların hissiyat yoxdurmu? Amma həqiqətən o hisləri izah etmək olmur.
7. Cənab Prezident tərəfndən igidliyə görə medalı ilə təltf oıunmusunuz. Bunun üçün Sizinlə qürur
duyur və Sizi təbrik edirik. Bu sizə mənəvi olaraq nə qazandırdı?
– Bəli, Günnüt əməliyyatnda mən və digər hərbi qulluqçular Cənab Prezident İlham Əliyev, Naxçıvan
Muxtar Respublikasının Ali Məclisinin sədri və Müdafə naziri tərəfndən yüksək qiymətləndirilmişik.
Bu Cənab Prezidentn Azərbaycan ordusuna göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Əlbətə
bu bizi daha da ruhlandırır. İşimizə, vətənə qulluğa dörd əllə sarılmaq üçün daha da həvəsləndirir.
8. İşinizdə ən yaddaqalan hadisə nə olub?
– Bir dəfə biz dağda idik, təxminən 3000 m yüksəklikdə. Möhkəm qar yağmışdı. Qar olanda da
istqamət tapmaq olmur. İki zabit və bir əsgər istqamət səhv salıb itmişdilər. Bizə təxminən 3-4saat sonra xəbər verildi,
axtarmağa başladıq. Bütün qruplar axtarışda idi. Qruplardan biri də mənim qrupum idi. Səhərə yaxın
idi, hava işıqlanmağa az qalmışdı. Bizə xəbər verildi ki, səhər açılan kimi vertalyotla onları axtaracağıq.
Orda da 30-35 dərəcə mənf temperatur var idi, biz ehtmal edirdik ki, onlar səhərə sağ qalmazlar.
Səhər açıldı, vertalyotla da axtardıq, yenə tapa bilmədik. Yay aylarında da orda postu mən qurduğum üçün o əraziləri yaxşı tanıyırdım. Hara ki səhv salıb gedə bilərlər, təxmin etdim, getdik, tapdıq. Biz çatanda biri artq ölmüşdü, biri soyuqdan donmuşdu, digəri isə nisbətən yaxşı idi. Biz ora çatanda soyuqdan ayaqları, əlləri, üzləri donmuşdu. Biri bizi görəndə, tapıldıqlarını biləndə necə sevinirdi, gözlərindəki sevinci heç vaxt unuda bilmirəm. Sevinirdi, üzü
donmuşdu deyə gülə bilmirdi. Sevinci gözlərində elə hiss olunurdu ki, heç vaxt unutmaram.
9. Ölkəmizdə hərbçilərə, müharibə iştrakçılarına, şəhid ailələrinə dövlət qayğısı ilə bağlı atlan
addımlar, sizc, yetərlidirmi? Bu sahədə görüləsi hansı işlər var?
– Hər şeydən öncə biz tam varlığımızla şəhidlərimizə borclu olduğumuzu bilməliyik. Çünki vətənin
millətn, bayrağın var olması şəhidlərimizin qanı ilə əldə olunub. Dövlətn öz şəhidlərinin ailələrinə,
müharibə iştrakçılarına, həmçinin hərbçilərə diqqət və qayğısı daimidir.
Sualın ikinci hissəsi var, hansı ki, görüləsi işlər barədə deyə bilərəm ki, ibtdai sinifdən başlayaraq
bütün orta məktəblərdə, universitetlərdə, yəni hər bir təhsil müəssisəsində şəhid ailələrinə,
müharibə iştrakçılarına dövlətn qayğısı öyrədilsin ki, yeni yetşən nəsil vətənpərvər olsun. Çünki
yalnız bu məsələyə dövlət qayğısı ilə bağlı kifayətlənmək olmaz. Xalq, insanlar özləri də bunu dərk
etməlidirlər.
10. Müharibəyə münasibətniz?
– Biz hərbçidən tutmuş mülki əhaliyə kimi hamımız müharibəyə hazır olmalıyıq. Çünki bizim
torpaqlarımız işğalda ola-ola rahat ola bilmərik. Bizim nə qədər şəhidimiz var. Onların qanı yerdə
qalmayıb, qalmayacaq!
11. Son olaraq, gənclərə tövsiyələriniz nələrdir?
– Sonda hər kəsə vətənpərvər olmağı və vətəni təmənnasız, qarşılıqsız sevməyi arzu edirəm. İşindən,
peşəsindən asılı olmayaraq hər bir insan vətənpərvər ola bilər. Bunu şahid olduğum bir hadisə ilə
əsaslandırım. Aprel döyüşləri zamanı televizorda bir yaşlı adam göstərirdilər. Təxminən 80-ə yaxın
yaşı var idi. O deyirdi ki, mənim yaşım çoxdur, istəsəm də məni müharibəyə aparmazlar. Amma
mənim 120 kq təmiz balım var, Müdafə Nazirliyindən xahiş edirəm, bu balı aparsınlar, əsgərlərimiz
yesin, döyüşsünlər və biz də özümüzü müharibəyə xeyri olan biri kimi hiss edək.
O kişinin dediyi sözlərə çox kövrəldim. Həqiqətən də, başa düşdüm ki, mövqeyindən, yaşından asılı
olmayaraq hər bir insan vətənpərvərliyini göstərə bilər.
Müsahibəçi- yazar: Nərmin Əsgərli