Xorninin Nevroz nəzəriyyəsi

Ibtidai insan dünya üzərindəki həyatını yaxşılaşdırmağın öz əllərində olduğunu kəşf etdikdən sonra başqa bir insanın onunla birgəmi yoxsa ona qarşımı çalışacağına əhəmiyyət verməyə bilməzdi. Digərlərinin gözündə pis biri kimi görünmə ehtimalı bu qorxu insanınlığın nüfuz altına dərinliklə nüfuz etdiyi andan başlıyır nevrozluq anpulası və digər amillərin köməyi nəticəsində inkişaf edir.
Ziqmund Freyd –Mədəniyyət Sancıları əsərindən qısa parça
Nevroz — sinir sisteminin bərpa olunacaq , sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən insanın davranışında müəyyən dəyişiklik yaradan psixi vəziyyətdir. “Nevroz” termini ilk dəfə 1776-cı ildə Şotlandiya həkimi U.Qullen tərəfindən təklif edilmişdir. XIX əsrin axırlarına qədər bir sıra somatik nevroloji, psixi və s. xəstəliklər nezrozlar kimi təsvir edilirdi.
Sadə dildə desək, nevroz uzun müddət ərzində davam edən xroniki streslərin nəticəsində inkişaf edir və bu zaman müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə vəziyyətlərə bir neçə misal da çəkmək olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; ailə cütlüyü arasında uzun müddət ümumi qarşılıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər və s.
Qadınlar nevrozlara daha çox meylli olurlar ki, bu da onların kişilərə nisbətən daha emosional, həssas olmalarından irəli gəlir.
Nevrozun əsas əlamətləri həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq; tez bir zamanda, hətta kiçik həcmli işin icarə edilməsi zamanı baş verən yorğunluq, həyat aktivliyinin zəifləməsi, yuxusuzluq, çətinliklə yuxuya getmək və ya yatıb-durduqdan sonra həqiqətən istirahət edə bilməsi hissiyyatının olmaması, güclü işıqlanma və yüksək səsə ağrılı reaksiya verilməsi.
Karen Xorni 1885 ci il sentyabrın 16 doğulmuşdur. K.Horninin atası kişilərin qadınlardan üstün olduğunu düşünən dindar və sərt xasiyyətli Norveç əsilli bir gəmi kapitanı idi. Atası ona peşəsinə görə rastlaşdığı fərqli mədəniyyətlər haqqında danışardı. Bu isə K.Horniyə gələcəkdə böyük təsir göstərəcəkdir. Bədbəxt bir evliliyi olan anası isə bu halından daim Karenə danışardı. Karenin uşaqlığı ailəsinin ona olan qatı münasibəti səbəbilə yaxşı keçməmişdir. Valideynləri övladları arasında ayrı seçkiliyə yol verərək qardaşını ondan üstün tuturdu. Bu səbəbdən kiçik yaşlı Karen özünə qarşı dəyərsizlik, alçaqlıq və düşmənçilik duyğuları hiss edirdi. Valideynlərinin sevgisindən məhrum olması K.Horninin gələcəkdə inkişaf etdirəcək narahatlıq (anxiety) nəzəriyyəsi üçün zəmin yaratmışdır. Atasının əlil olmasına baxmayaraq, Karen anasının sayəsində universitetə daxil oldu 1914-1918-ci illərdə Berlin Psixoanaliz İnstitutunda konservativ psixoanaliz üzrə təhsil almış və 1920-1932-ci illər arasında İnstitutda dərs demişdir. Evliliyindən üç qızı olmasına baxmayaraq, bədbəxt evliliyi səbəbilə qeyri-qanuni münasibətlər yaşamış və ağır depressiya nəticəsində 1927-ci ildə boşanmışdır. Qeyri-qanuni əlaqələrin ən vacib və ən uzun müddətlisi Erix Fromm ilə olan əlaqəsi idi. K.Horni 1932-ci ildə Çikaqo Psixoanalitik İnstitutunun üzvü kimi Amerikaya gedir. O, çoxlu sayda alman əsilli yəhudinin mühacirəti ilə intellektuallıq qazanan Bruklində Erix Fromm və Harri Stek Sallivan kimi əhəmiyyətli psixoterapevtlərlə tanış olur. K.Horni 1934-1941-ci illərdə Nyu-York Psixoanaliz İnstitutunda müəllim kimi fəaliyyət göstərmişdir. O, Amerika Psixoanaliz İnstitutunda dekan vəzifəsini icra etdikdən sonra Nyu-York Tibb Kollecində professor adına layiq görülmüşdür. Karen Horni 1952-ci ildə Nyu-Yorkda vəfat etmişdir.
İnsan Nevroz əlaqəsi
Karen Horninin fikrinə görə, nevroz nevrotik fərdlərdə digər insanlarla olan münasibətləri idarə etmək cəhdlərinin nəticəsi olaraq ortaya çıxır. Bu cür strategiyalar həm adi, həm də nevrotik insanlarda görülsə də, nevrotik fərdlər bu strategiyalardan özlərinə yaxın olanını ömürləri boyu bütün sahələrdə istifadə edirlər. Horninin fikrinə görə, sağlam səylər ilə nevrotik impulslar arasındakı əsas fərq onları idarə edən qüvvələrdə öz əksini tapır. Sağlam səylər insanlarda mövcud potensialı inkişaf etdirmək üçün qurulmuş bir meyldən irəli gəlir.
Əsas narahatlıq uşaqlıqda valideyn-uşaq münasibətlərindən qaynaqlanır. Fikrimcə, Xorninin yaşadığı vəziyyətlər onun nevrozlar nəzəriyyəsinin irəli sürməsində əsas addım olmuşdur.Valideyn sevgi dozasını yetərincə qəbul edə bilməməsi onun depresiyaya sürükləmişdir. Atasının anasına olan münasibəti onun qadın psixologiyası nəzəriyyəsini yazmasına səbəb olmuşdur.  Tutaq ki, mütləq olaraq araşdırılan bütün bu şeyləri bir sözlə “obyektiv” adlandırırıq. Onda görərik ki, eyni bir sözlə adlandırılan “insan mahiyyəti“, “kişi” anlayışları sadəliklə eyniləşdirilir. Ən müxtəlif mədəniyyətlərdə aşağı səviyyəli uğurları alçaldıcı tərzdə “qadın kimi“, qadınların yüksək nailiyyətlərini isə rəğbətlə “kişi kimi” adlandırırlar. Hər hansı elm və başqa dəyərlər kimi psixologiya da istisna olaraq kişi mövqeyindən araşdırılır. Psixoanaliz – kişi dühasının yaradıcılığıdır və onun ideyalarını inkişaf etdirənlərin demək olar ki, hamısı kişilər olmuşdur. Horniyə görə, kişilər mövcud üstün vəziyyətdən çıxış edərək obyektivliyi özünün qadına qarşı subyektiv, affektiv münasibətinin ayağına yazırdı, qadın psixologiyası isə indiyə qədər kişi arzuları və məyusluğunun əksi demək idi. Daha vacib amil o idi ki, qadınlar kişilərin arzusuna uyğunlaşaraq bu uyğunlaşmanı öz təbiəti olaraq qəbul etmişdir. Yəni qadın özünü kişinin onu görmək istədiyi kimi görərək, qeyri-ixtiyari özünü kişi ağlının təsiri altına salırdı.
Həmçinin Xorni insan şəxsiyyətinin əsasında anadangəlmə narahatlıq hissini qoymuşdu. Onun fikrincə uşaq həmin hislə doğulur. Doğulduğu gündən uşaq güclü səviyyədə narahatlıq hissi keçirməyə başlayır və həmin hislər onun bütün sonrakı həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətinin daxili xassəsi kimi özünü göstərməyə başlayır. Mövcud olduğu ilk saniyədən başlayaraq insan dünyaya qarşı düşmənçilik hissi keçirməyə başlayır. Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini insan davranışının əsas motivasiyası hesab edir və onu “köklü həyəcan” adlandırır. Onun fikrincə “köklü həyəcan” insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir. Karen Horni nevroz anlayışına qeyri-adi bir istiqamətdən yanaşmışdır. O, nevrozun formalaşmasında təkcə şəxsin bioloji xüsusiyyətlərinin deyil, eyni zamanda mədəni faktorların və ətraf mühitin də təsirli olduğunu müəyyən etmişdir. Valideynlərindən kifayət qədər sevgi görməyən bir uşağın gələcəkdə nevrotik bir şəxsiyyət kimi inkişaf edəcəyinə inanır. Kifayət qədər sevgi almayan uşaq bu çatışmazlığı aradan qaldırmaq üçün ehtiyac duyduğu məmnuniyyət hissini həyatda axtarmağa başlayır. Axtardığı bu sevgi duyğusunu başqa duyğular ilə əvəz edir. Buna misal olaraq təcavüzkarlıq və cinsi duyğuları göstərmək olar. Yaşadığı cəmiyyətin mədəni tələblərinin təsiri altında bu duyğuları təzyiq altında tutmalıdır. Əks təqdirdə cəmiyyət tərəfindən alçaldılar, qınanılar və nəticədə özünü günahkar hiss edər. Bu səbəblə də özünü və bu cür neqativ hislərini təzyiq altında tutub sıxışdıran şəxsdə narahatlıq hissi yaranmağa başlayır. Əsas narahatlıq hissi insanın özünü qeyri-kafi kimi qiymətləndirməsi və bu çatışmazlığından xəbərdar olmasıdır. İnsan özünə qarşı hiss etdiyi bu etibarsızlığı başqalarında axtarmağa başlayır və başqalarına etibar edə bilməyəndə özü ilə qarşılaşır və yenidən narahatlıq hissi meydana çıxır. Bu narahatlıq nə qədər güclü olarsa, insanın inkişaf etdirəcəyi müdafiə mexanizmi də bir o qədər güclü olur. Bu müdafiə mexanizmləri fərqli mədəniyyətlərdə fərqli quruluşlara malikdir. Karenin belə bir nevrotik izahında mədəni elementlər özünü büruzə verir. K.Horni nevrotikləri belə izah edir: “Mədəni baxımdan müəyyən edilmiş faktor və ya çətinlikləri şiddətlə hiss edən şəxslər, ya həmin çətinliklərdən çıxa bilməyən, ya da şəxsiyyətlərinin çoxunu itirərək həmin şəxsiyyətlərindən azad olanlardır”. Horninin bu izahı verməsinin səbəbi insanın göstərdiyi davranış və rəftarların onu əhatə edən mədəniyyətə görə məna qazanması və mədəniyyətə görə normal olub olmadığı haqqında məlumatları mədəniyyət ünsürlərindən əldə edə bilməsidir. Münasibətlər və davranışlar hər mədəniyyət quruluşunda fərqli şəkildə meydana gəlir və bu nümunələr nevrozu anlamağımıza istiqamət verir.

Qarşıdurmalarda nevrozlar tez-tez müşahidə olunur. Lakin nevrotiklər bu münaqişələri rədd edirlər. Belə qarşıdurmaları başa düşmək üçün bəzi əlamətləri müşahidə etmək lazımdır. Müşahidə olunan bu simptomlar yorğunluq və qərarsızlıqdır. Bunlar sağlam insanda da baş verə bilər, ancaq nevrotiklərdə tez-tez və yüksək səviyyədə müşahidə olunur. Məsələn, övladlarını çox sevdiyini söyləyən bir ananın, uşaqlarının ad günlərini unutması qərarsızlıq əlamətidir. Münaqişələrin əsas mənbəyi eqoist impulslarımızla qadağan edici şüurumuz arasındakı qarşıdurmadır. Beləliklə, arzular və qorxular arasında toqquşma baş verir. Qarşıdurmalar uşaqlıq vaxtından etibarən uşağın ətrafındakı narahat stimulların öhdəsindən gəlməyə çalışdığı dönəmdə yaranır.  Belə uşaqlar bu strategiyalardan ailənin xaricindəki şəxslərlə ünsiyyət qurarkən də istifadə edirlər və yetkin olduqda bu davranış nümunələri davam edir. Əslində, bu tip nevrotik fərdlər sosial əlaqələrin narahatlığa səbəb olduğunu öyrənir. Çünki, bu strategiyalar qısa müddətdə narahatlığı azaltmağa kömək edir. Karen Horni uşağın mübarizə strategiyalarını üç başlıq altında təsnif edir:
İnsanlara yönəlmiş tip (itaətkar, uyğunlaşan tip)
Təcavüzkar tip (insanlara yönəlmiş olur)
Sınıq tip (insanlardan uzaqlaşmış olur)
İnsanlara yönəlmiş tip (itaətkar, uyğunlaşan tip) Bu insanlar sevilmək və təsdiqlənmək hissinə ehtiyac duyurlar. Yəni, hər zaman bir dost, aşiq və həyat yoldaşı axtarışında olurlar. Hər bir araşdırmada yaxınlıq və aid olmaq istəyi vardır. Bunlar məcburi ehtiyaclardır. Bu axtarışlar ilk baxışdan normal görünsə də, əslində çarəsizlikdən xilas olub, etibar və sədaqətə yönəlmiş sarsılmaz impulslardır. Onlar daim bu impulsları izləyirlər. Altruistik davranış qarşısında başqalarından çox şey istəmir əksinə, başqalarının onlardan gözlədiklərini kor-koranə şəkildə təqdim edən tərəf olurlar. Hər hadisədə özlərini günahlandırırlar və davamlı olaraq üzr istəmək potensialına sahibdirlər.  Nevrotik bir insanın ehtiyacları və ətrafındakı insanların gözləntiləri onu onlardan daha çox asılı olmağa vadar edir. İnsan sevgi, qoruma, dəstək, mehribanlıq və yaxınlıq istəyir. Nevrotik asılılığı olan insanlar qarşısındakı insanı itirmək qorxusu ucbatından səhvi daim özlərində axtarırlar. Buna görə daha çox sevən və anlayışlı olmağa məcbur olan tərəf olduqlarını düşünürlər. Nevrotik tip insan hər şeyə dözməyi bacarmalı, anasını, atasını sevməli və ya heç kimsənin qəlbini qırmamalı, daima rahat və sakit olmalıdır. Heç vaxt yorulmamalı və xəstələnməməlidir. Bu tip insanın düşüncələri bu dərəcədə sərtdir.  Özünü qeyd-şərtsiz həsr etdiyi insan heç vaxt onu tərk etməməlidir. Ancaq nevrotik qarşı tərəf üçün hər şey etməlidir. Çünki, o, yalnız, köməksiz və zəifdir. Belə olduqda öz keyfiyyətlərini alçaldaraq dəyərsizlik hissi inkişaf etdirirlər. Həmişə başqasının daha güclü olduğunu düşünürlər. İnsanlara yönəlmiş nevrotiklərin özünə inamı başqalarının onları təsdiq edib-etməməsindən asılı olaraq dəyişir. Yəni ya artır, ya da azalır. Nevrotiklər üçün sevgi həyatında əldə etmək istədiyi yeganə məqsəd kimi görünür. Münaqişələri həqiqi mənada həll etməyincə sevgi və onu kimdənsə almaq üçün yönəlmiş olan sonsuz ehtiyac heç vaxt ödənmir. Onun üçün sevmək bu və ya digər şəkildə özünü itirmək, bu duyğulara köklənmək, bu hissin içində ərimək, başqa bir insanla birləşmək, özündə bir tapa bilmədiyi keyfiyyətləri onda tapmaq deməkdir. Sevgi bu tip üçün özünəməxsus bir dəyərə malik olduğundan, aşiq olmaq özünü qiymətləndirməyi müəyyən edən amillər arasında birinci yeri tutur.
Təcavüzkar tip (insanlara yönəlmiş olur)İnsanlara qarşı yönəlmiş aqressiv tip, digər insanları düşmən olaraq görür. Bu aqressiv tip həmişə güclü olmağa və ya heç olmasa güclü görünməyə çalışır. Başqalarından üstün olub, güc qazanmağa ehtiyac duyurlar. Həyatlarına daxil edəcəkləri insanların nə qədər güclü, yüksək mövqeyə sahib olmalarına diqqət edərək onlardan necə faydalanıb istifadə edəcəklərini düşünürlər. Qorxularını qəbul etməkdən çəkinir və onların üzərinə gedirlər. İnsanlara yönəlmiş itaətli tipin əksinə qələbə qazanmaq üçün mübarizə aparan və qələbə qazanmaq istəyən insanlardır. Bu məqsəd üçün lazımi bacarıqlarından istifadə edirlər. İtaətli və aqressiv tiplər bir-birlərinin tam əks qütbləridir. Birinə xoş olan davranış digəri üçün naxoş ola bilər. Biri hamı ilə razılaşmaq istəyərkən, digəri hər kəsi potensial düşmən olaraq görür. Bu seçimlər şüurlu və azad şəkildə deyil, daxili məcburiyyətlərdən qaynaqlanır.
Sınıq tip (insanlardan uzaqlaşmış olur) Əsas münaqişənin başqa bir tərəfi, emosional təcrid və insanlardan uzaqlaşma ehtiyacıdır. Mütəmadi olaraq tək olmaq istəyi hər hansı bir insanda baş verə bilər. Ancaq nevrotizmdə başqaları ilə birlikdə olmaq onlar üçün gərginlik mənbəyidir. Belə insanlar ümumiyyətlə həyatda tamaşaçıdır. Duygusal bir vəziyyət yaradan, istər sevgi, istər bir mübarizə, istərsə də əməkdaşlıq, rəqabət və ya emosional vəziyyətdən qaçmaq istəyirlər. Yalnız bir şeyə çox əhəmiyyət vermədən və başqasına bağlanmadan uğur qazanmaq istəyirlər. Zövq aldıqları şey öhdəlik tələb edirsə, onlardan imtina edirlər. Özlərinə kəskin məhdudiyyətlər qoya bilərlər. Həyatlarını gizli yaşamağı sevirlər. Sənəd tipindən fərqli olaraq, paylaşmağı sevmirlər. Həddindən artıq müstəqillik ehtiyacı məcburi bir ehtiyacdır. Nəyisə gözləmək, vaxtında çatmağın lazım olduğu kimi hallar onları narahat edir. Ənənəvi dəyərləri, ad günlərində alınacaq hədiyyələri sevmirlər. Çünki bunlar onlar üçün gözləntilərdir. Üstünlük səyləri, digər nevrotiklər kimi, bunlara da malikdir. Ancaq bu üstünlüyün heç bir səy göstərmədən gəlməsini və kimisə gerçəkləşdirməsini istəyirlər. Özlərini unikal bir varlıq kimi təsəvvür edə bilərlər. Öhdəlik tələb edən hər hansı bir vəziyyət onu emosional olaraq geri itələyir. Terapevtlərin fikrincə nevrotik hər hansı bir qoşma nevrotikdə sinir pozuntularına səbəb ola bilər. Nəticədə izolyasiyaya ehtiyacı olan neyrotiklər, digər neyrotiklər kimi, bu ehtiyac ödənildikdə özlərini təhlükəsiz hiss edirlər. Əks təqdirdə, onların narahatlığı artır.  Qürur sistemi hər şeydən əvvəl nevrotik fərdini özünə yönəldir – onu digər insanlardan təmizləyir. Qeyd etmək lazımdır ki, Eqosentrizm ilə, insanın yalnız öz maraqlarını düşündüyü mənada eqoistlik və ya səfehlik mövzusunda bir sual yoxdur. Nevrotik insan həmişə özünə batırılmış mənada özünü göstərir. Fərdi üçün səy göstərməyin, yerləşdiyi mühitin olub-olmamasının əhəmiyyəti yoxdur; Hər mövzuda ən böyük olmaq üçün bacarıqlarının yetərli olub olmaması bu maraq və təqdir mərkəzidir. Həqiqət harada gizlidirsə, hər mübahisədən qalib çıxmalıdır.
Müxtəlif mənfi təsirlərin birləşməsi nəticəsində uşağın özünü aşkar etməsinin qarşısı alınır və uşağın sosial mühitdən öyrəndiyi şey dünyanın düşmənçiliklə dolu olması fikridir. Uşaq nevrotik meyilləri inkişaf etdirərək bu şərtlərin öhdəsindən gəlmək üçün bir yol tapır. Bunlardan biri standartlara uyğunluqdur. Bu Freydin superego anlayışına uyğundur. Bunlardan biri mazoşist meyilləri olan başqalarından asılılıq, digəri isə özünü böyük görmək adlandırılan narsissizmdir. Horninin fikrinə görə, narsissizmi qısaca “özünə aşiq olan” kimi təsvir etmək olar. Narsissizmdə özünü son dərəcə vacib hesab etmək və başqalarından həddən artıq heyranlıq gözləmək, kiminsə həqiqətən həzz aldığı şeyləri qiymətləndirməmək və ya başqalarını qiymətləndirməmək meyli vardır. Bu ikisi həmişə mövcuddur, lakin bəzi tip insanlarda onlardan biri digərindən üstün ola bilər. İnsanların özünün həddən artıq yüklənməsinə ehtiyacının ən böyük töhvəsi uşağı başqalarından uzaqlaşdırır. Çünki, narsissistik meyilli insanlar həm özlərinə, həm də başqalarına yad olduqları üçün nə özlərini nə də başqalarını sevmirlər. Narsissistik davranışları gücləndirən üç nüans vardır:
1. İstehsal bacarığının yoxluğu;
2. Dünyanın özünə borclu olması ilə bağlı həddən artıq gözləntilərin inkişafı;
3. Ətrafdakı insanlar ilə olan münasibətlərinin zəifləməsi.
Həqiqi ideal mən-İdeal mənlik nevrotik insanın özünün əsl xüsusiyyətlərini gizlətmək üçün istifadə etdiyi bir maskadır. Bu cür nevrotik öz daxilində baş verən münaqişələrdən xəbərdar deyil. Onlar ideal mənliklərinin təsiri ilə özlərini olduqlarından daha üstün hesab edirlər. [7] Müxtəlif aspektlərdə özünü optimallaşdırma Horninin hərtərəfli nevrotik həll adlandırdığı nüansdır. Başqa sözlə, bu, yalnız müəyyən bir münaqişənin həllini deyil, ehtiyacları da tam olaraq təmin edəcək bir həll yoludur. Öz-özünə idealizasiya insanın sonrakı inkişafına mütləq və geniş əhatəli təsir göstərəcəkdir.
İnsanlıq duyduğu xoşbəxt olmaq istəyi qədər xoşbəxt olacaq…

Yazar: Arzu Mirzəliyeva

həmçinin bax Ballıqaya soyqırımı

həmçinin bax https://turaz.org/