“Xorazmilər izini axtararaq…” — gözəl töhfə

Vətən azadlığı uğrunda canını qurban edən cəsur döyüşçü, həqiqi vətənpərvər, milli qəhrəman, dünya xalqlarının tarixində silinməz iz qoymuş böyük sərkərdə, Xarəzm dövlətinin son hökmdarı Cəlaləddin Manguberdi haqqında yazılan kitabların sayı XIII əsrdən bu günə qədər olan kitabların mindən də çox olub, eyni şeyin özu də onun misilsiz şərəf və hörmətə layiq olduğunu göstərir. Keçmiş rejim dövründə Cəlaləddin Manguberdi haqqında həqiqətləri açıq yazmağa icazə verilmirdi, uzaq keçmişin illik təbəqələrində ad bəzən unudulur, gizli saxlanılır, tarixinin öyrənilməsi qadağan edilmişdir.

Bu gün “Cəlaliddin Manguberdi Vəqfi” və Mənəviyyat və Maarifləndirmə Mərkəzinin Xorazm regional bölməsi tərəfindən Xarəzm dövlətinin tarixi ilə əlaqəli, ölkəmizin oxucularına məlum olmayan əsərlərin tərcüməsi və nəşri ilə bağlı yaxşı işlər aparırlar. Xüsusilə, Bayhaqinin “Bayhaqi tarixi” əsərinin Xarəzmlə əlaqəli hissələri tərcümə edilərək nəşr olundu, Cürcani’nin “Taboqati Nasiri”, Məryəm Gürbüzün “Xarazmşahlardaki dövlət təşkilatı”, Fuad Kupruluzodanın “Türk ədəbiyyatında ilk aydınlar” kimi əsərlər türk, ərəb və fars dillərində çap olunmağı də nəzərdə tutulub. Urganç Dövlət Universitetinin tədqiqatçısı Bekzad Abdirimov və Pakistanlı Vasim Sajjadın həmmüəllifliyindəki “Xarazm şeri — Cəloliddin Manguberdi” kitabı özbək, urdu və ingilis dillərində çapa hazırlanıb.

Uzun illər davam edən elmi tədqiqatların nəticəsi olaraq Bekzad Abdirimovun “Xorazmilər izini axtararaq…” əsəri bu yaxınlarda işıq üzü gördü. Əsərdəv VIII-XIII əsrlərdə Avrasiya bölgəsindəki siyasi və etnik proseslərdə Xarəzmlilərin rolundan bəhs olunur. Önümüzdəki günlərdə müəllifin araşdırmalarının məhsulu olan “İki Böyük komandan: Cəlaləddindən Kutuza qədər” adlı başqa bir kitab oxucuların ixtiyarına veriləcək. Burada Sultan Cəlaləddin Manguberdinin siyasi və hərbi fəaliyyəti, habelə Pakistandakı yaradıcılıq işləri barədəki bilmədiyimiz həqiqətlər yer alıb.

 

Özbək türkcəsindən Azərbaycan türkcəsinə tərcümə etdi: Rəhmət Babacan

Həmçinin bax: Etel Voyniçin “Cek Reymond” əsəri

Həmçinin bax: turaz.org/koronaya-yoluxanlarin-sayi-yeniden-artdi/

Həmçinin bax: https://tehsilim.org/vetendaslarin-videoqebulu-davam-etdirilir/