Xəzər xaqanlığı

Xəzər  türkləri  Xəzər  dənizinin  şimal  qərb  sahillərində  yaşayıb,   VII-X əsrlərdə böyük  xaqanlıq  qurub, şərqi  Avropa   tarixində  mühüm  rol  oynamışdır. Onun başında Aşina sülaləsi dayanırdı. VII əsrin ortalarında yaşamış bu xan nəslinin bütün nümayəndələrini tanıdığımızdan hakimiyyətdə olanları istisna metodu ilə Xəzəristanda taxt-taca İrbis Şequy xanın varisinin çıxdığını etiraf etmək lazım gəlir. Elə həmin dovrdə də Xəzəristan Qərb xaqanlığından ayrılmışdı. Əslinə baxanda, İşbara xanın və on ox türklərinin xəzərlərlə maraqlanmağa belə vaxtları yox idi. Bu  xaqanlıq  Qafqaz, Qara  dənizin  şimalında, Volqa  çayından  Dnepr  çayına qədər  və  quzeydə  Kiyev  şəhərinə  qədər  yerləri  tutmuşdu. Xəzər  dövlətinin  qüvvətli  təşkilatı  və  geniş  ticari  fəaliyyəti  vardı. Xalq rifah  içində  yaşayıb,  məzhəbdə  az idi.

Xəzər  xalqının əsasını sabarlar  təşkil  edirdi, onlardan  başqa hunlar,  göytürklər, oğuzlar,  bulqarlar  və macarlar da oraya daxil  idilər.

576-cı ildə  xəzərlər  Göytürk dövlətinə  tabe  oldular. Fitrət  dövründə,  yəni  630-dan  istiqlallarını  elan  etdilər. İranlıların  qarşısında dayana  bilmək  üçün  də  bizanslarla dostluq  və  ittifaq  qurdular.

665-ci ildə Böyük  Bulqar dövlətinin  süqutundan sonra,  Xəzər  dövlətinin  hüdudu  Dneprə  qədər  genişləndi. Güney  tərəfdəndə  islam  orduları  ilə qonşu  olub, ara-sıra  onlarla   savaşılar. Ərəblər bir dəfə  Dərbəndi  aşıb , xəzərlərin   paytaxtı Bələncərə qədər  irəli  getdilər, lakin  geri çəkilməyə  məcbur  oldular. Abbasilər  zamanında  ərəblərlə  savaşların   şiddəti azaldı. VIII- IX əsrlərdə  Xəzər dövləti  Şərqi Avropanın ən qüdrətli  dövləti  olub, Çin və Bizans  dövlətləri  sırasında  idi. IX  əsrdə  xaqan  25 padşahın  başında  idi və Xəzər  ölkəsi dünyanın  ən fəal ticarət  mərkəzi  idi. Xalq rifah  və əmniyyətdə  yaşayırdı, paytaxtları Volqa çayının  kənarında  İtil  şəhəri olub, Bələncər  və Səməndər  də  mühüm  şəhərlərdən idi. İtil  şəhərinin  qərb qismi, yəni xaqanın  oturduğu   yer  Xanbalıq  adlandırdı.

Xəzər  imperatorluğunda  müxtəlif  xalqlar öz  dillərində  danışır  və  öz   dinlərinə   inanırdılar. Göytürk,  Ərəb, İbrani və  kiril  əlifbaları  işlənirdi. Göy  Tanrı dininə   inanırdılar. Sonradan  islam, məsihi  və  yəhudi  dini də  yayıldı. Şəhərlərdə  məscid , kilsə və  kənisə yan-yana  tikilirdi. İslam IX  əsrin  ortalarında  xarəzimlər  tərəfindən  yayıldı. Kəlimi  dini  də  xaqan və  hakim  təbəqənin dini   olmuşdu. Xəzərlər  zamanındakı  əmniyyət  sayəsində alış-verişin  çoxalıb yayılması Rus  dövlətinin  təşkilinə yardım   etdi. IX əsrin birinci yarısında  islav-fin qarşılıqlı  qəbilələr  İlmen   dəryaçasının  ətrafında  qəsəbələr  tikib yerli  xalq  və bizanslarla  alış –veriş   edirdilər. Bu  qəbilələr   rus    adlandıran  skandinavlı bir  dəstənin  idarəsinə  girmiş  və xəzərlərlə  bənzər bir  siyasi  quruluş  qurmağa  başlamışlar.

VII əsrin başlanğıcında Ön Qafqazda iki xalq — Don çayına qədər Kubanın sağ sahilində yaşayan və tərkiblərində Uturqur, Unnoqundur, Onoqur və başqa tayfaları birləşdirən bolqarlar, habelə İtil və Terekin aşağı axınlarda yaşayan xəzərlər məskunlaşmışdılar. 589 və 626—630-cu illərin müharibələrində xəzərlər öz telelərini Aşina xanları ilə elə sıx bağlamışdılar ki, yunan və fars müəllifləri «xəzər» və «türk» anlayışlarını sinonim kimi işlədirdilər. Lakin bu xalqlar o qədər müxtəlif idi ki, Şavann onları eyniləşdirməyin qeyri-mümkünlüyü barəsində oxucunu xüsusi xəbərdar edir. Xəzərləri hətta çinlilər də tanıyırdılar, «Tanşu»da Bosının (İran) və Folinin (Rum — Bizans) şimal qonşusu «kesaların — dulqas (türkyut) nəsli» adlandırılır. Çinlilər bu adı kidanlar, yaxud telelər kimi məcburi deyil, könüllü surətdə itaətə gələn xalqlara verirdilər. İranın köhnə düşmənləri olan xəzərlər nuşibi xanlarının siyasətinə bütün qüvvə və imkanları ilə tərəfdar çıxırdılar və buradan da aydınlaşır ki, onların ehtimadı rəqibləri yalnız bolqarlar ola bilərdilər. Bu fakt mənbələrin dolayı yolla verdikləri məlumatlar vasitəsi ilə də təsdiq edilir

625-ci ildə o, Andrey adlı «ağıllı və tədbirli bir şəxsi hədsiz sərvətlər vədi» ilə xəzərlərin yanına göndərdi. «Şərq hökmdarının canişini Cebqu-xaqanın, hökmdarlıqda ikinci adamın adından böyük məmnuniyyətlə belə cavab verdi: «Mən onun (İraklinin düşmənlərindən qisas almaq üçün səfərə çıxacağam, özüm igid qoşunlarımla onun köməyinə gələcəyəm, lazım olan işləri öz qoşunumla, qılınc və oxumla onun istədiyi kimi görəcəyəm». Min nəfər süvarinin müşayiəti ilə göndərilən cavab səfirliyi fars gözətçi məntəqələrinin əhatəsindən keçərək İraklinin düşərgəsinə gəldi və müqavilənin bağlandığını təsdiq etdi. O biri il vəd olunan qoşunlar Albaniyada və Atropatenada təxribatçılıq əməliyyatlarına başladılar.  Həmin dövrdən etibarən Bizans tarixçiləri türkyutlarla xəzərləri eyniləşdirirlər. Ehtimal ki, bu xəzərlərin Xəzəryanı çöllərdə xaqanlığın əsas istinadgahına çevrilməsi ilə əlaqədardır.

Fars əyanları 628-ci il fevralın 29-da saray çevrilişinə əl atdılar. Onlar Xosroyu taxtdan salıb edam etdilər, onun oğlu Kavad Şiruyəni taxta çıxardılar və Bizansla sülh istədilər, İrakli gözlənilmədən çox asanlıqla farsların xahişi ilə razılaşdı. Əslində bu separat sülh müqaviləsi idi, çünki türk-xəzərlər müharibəni davam etdirirdilər. İraklinin qəribə hərəkətini təhlil edərkən ona diqqət yetirmək lazımdır ki, Bizans imperatoru düz beş il etibarlı arxası olmadığına görə düşmənə həlledici zərbə endirə bilməmişdi. Suriya və Kiçik Asiyanın bir hissəsini farslar işğal etmişdilər, Qafqazdakı xristianları ya monofizit idilər və yalnız buna görə Xosroy Pərvizin dinədözən hökuməti ilə asanlıqla barışırdılar, ya da Stefan İveriyalı kimi siyasi motivlərə əsaslanaraq İranla mülah müqaviləsi bağlayırdılar. Yalnız xəzərlərin yardımı İrakliyə əl-qol açmağa imkan verdi. Qafqazdakı fars təmayülünün qarşısını alan türk-xəzərlərin köməyi olmasaydı, Ktesifon üzərinə yürüş çətin ki, müvəffəqiyyətlə nəticələnə bilərdi.

 

839-cu  ildə  ilk  dəfə qurulan  rus birliyində  baş  vəzirin adı  xaqan  idi. 862-ci ildə  rus xanı Rurik  xəzərlərə  tabe idi. Onun yerinə  oturan oğlu  Oleq  Kiyevi  adlı və  qurduğu  təçkilatda   xəzərləri  özlərinə  nümunə  kimi götürmüşdü. 988-ci  ildə   məsihiliyi  qəbul  edən  knyaz  Vladimir  sonra  knyaz  Yaroslav  hələ də  özlərini   xaqan adlandırırlar. Xəzər dövləti  X  əsrin    ortalarından zəifləməyə  başladı. Çünki  ticari  fəaliyyət  üçün  alınan  muzdlu  yad  əsgərlərin  sayı  artdı  və   ordu  milli  olmaqdan  çıxdı. Dil  və  din  birliliyi  olmaması  da  dağılmaq    üçün  zəmin  hazırladı. Ordunun  zəifliyi  əmniyyət    və  ticarət  işlərini    pozdu. Get-gedə  tabelikdə  olan   ellər  də  ayırdılar. Nəhayət ,  Kiyev   knyazı  dənizdən  və qurudan  xəzərlərə   hücum   edib paytaxtlarını aldı. Xəzərlər  dağılıb ,  bir  qismi  Krıma  çəkildi, bir  qismidə  Azərbaycana  gəldi  və  yerli  xalqa  qarışdı

 

Ədəbiyyat:

1.Əsməd Muxtarova-Türk Xalqlari Tarixi- ELM 1999

2.Lev Qumilyov-Qədim Türklər Elm 1967

3.Türklərin Tarix və Mədəniyyətinə Bir Baxiş. Baki 2009

YAZAR: Samirə İbrahimli

HƏMÇİNİN BAX: Viruslar Nədir?
HƏMÇİNİN BAX: Tehsilim.org/musteqilliyin-ebdi-olsun-azerbaycanim/