Xərçəng xəstəliyi

XƏRÇƏNG NƏDİR?

Xərçəng əlaqədar xəstəliklərə verilən ümumi addır. Bütün xərçəng növlərində, bədən hüceyrələrindən bəziləri dayanmadan bölünməyə başlayarlar və ətrafdakı toxumalara yayılarlar. Xərçəng, trilyonlarla hüceyrədən meydana gələn insan bədəninin demək olar ki, hər hansı bir yerində başlaya bilər. Normalda, insan hüceyrələri, bədən ehtiyac duyduğu anda, yeni hüceyrələr meydana gətirmək üzrə böyüyüb çoxalırlar. Hüceyrələr, yaşlandıqlarında və ya zərər gördüklərində, ölərlər və ölən hüceyrələrin yerini yeni hüceyrələr alar. Bununla birgə, xərçəng inkişaf etdiyində bu nizamlı işləyən proses pozular. Hüceyrələr getdikcə daha anormal vəziyyətə gəldikcə, yaşlı və ya zərər görmüş hüceyrələr ölmələri lazım gələn zamanda yaşayışlarını davam etdirərlər və ehtiyac duyulmasa da yeni hüceyrələr ortaya çıxar. Bu əlavə hüceyrələr dayanmadan bölünə bilərlər və şiş adı verilən yumrular meydana gətirə bilərlər. Bir çox xərçəng, toxuma kütləsi olan bərk şişlər meydana gətirir.  Leykemia bənzər qan xərçəngləri ümumiyyətlə bərk şişlər meydana gətirmirlər.

Xərçəngli şişlər bəd xassəli xüsusiyyətdədirlər və bu, yaxındakı toxumalara yayıla biləcəkləri və ya bu toxumaları zəbt edə biləcəkləri mənasına gəlir. Həmçinin, bu şişlər böyüdükcə, bəzi xərçəng hüceyrələri qoparaq an və ya limfa sistemi yoluyla bədəndəki uzaq yerlərə gedib original şişin uzağında yeni şişlər meydana gətirə bilərlər.

XƏRÇƏNGİN SƏBƏBLƏRİ NƏLƏRDİR?

Araşdırmacılar, xərçəngin bir çox faktorun təsirləşməsinin nəticəsində meydana gəldiyi qənaətindədir. Doğumdan gələn, yəni dəyişdirilə bilməyən faktorlar ilə dəyişdirilə bilən və ətraf mühit faktorlarının xərçəngin meydana gəlməsində rol aldığı fikirləşilir.

Dəyişdirilə bilməyən faktorların arasında, yaş, cins, genetika risk faktorları və ailə hekayələri yer almaqdadır. Dəyişdirilə bilən faktorlar, yaşayış tərzi – fiziki fəallığin az olması, siqaret və spirt istehlakı, nizamsız qidalanma, stress, ətraf mühit faktorları isə ətraf mühit çirkliliyi və radisiya olaraq göstərilir.

Bütün dünyada xərçəng çoxluğu bölgələrə görə dəyişməklə birgə, ən çox görülən xərçəng növləri məmə xərçəngi, ağciyər xərçəngi və bağırsaq xərçəngidirDünyada hər il 13 milyon, Türkiyəyə məxsus isə hər il 150 min yeni xərçəng hadisəsi görülməkdədir. Dünya Səhiyyə Fondu datalarına görə, 2020-ci ildə bütün dünyada xərçəngli hadisə sayının 30 faiz artaraq təxminən 17 milyarda çatacağı güman edilməkdədir.

Xərçəng riskini ən aza endirmək üçün, xərçəngin meydana gəlməsində rol alan faktorların fərqində olmaq, zəruri tədbirləri görmək və müəyyən dövrlərdə ilkin diaqnoza istiqamətli təhlillərin etdirilməsi böyük əhəmiyyətə malikdir.

XƏRÇƏNG NECƏ YARANIR?

Xərçəng bir genetik xəstəlikdir və ya digər bir sözlə, hüceyrələrimizin funksiya göstərmə formasını, xüsusən də necə böyüyəcəklərinə və ayrılacaqlarına nəzarət edən genlərdə dəyişikliklər xərçəngə yol açır.

Xərçəngə səbəb olan genetik dəyişikliklər ana və atalarımızdan irsi yol ilə keçə bilməkdədir. Hüceyrələr bölünərkən meydana gələn səhvlərdən ötəri və ya ətrafımızdakı müəyyən təsirlərə məruz qalmağın nəticəsində DNA-da əmələ gələn zərərin nəticəsi olaraq insanın həyatı boyunca da ortaya çıxır. Xərçəngə səbəb olan ekolojik məruz qalmalara siqaret tüstüsündəki kimyəvi maddələrə oxşar maddələr və günəşin ultrabənövşəyi şüaları kimi radiasiya daxil edilə bilər.

Hər bir fərddə görülən xərçəng özünəməxsus genetik dəyişikliklərin simbiozuna malikdir. Xərçəng böyüməyə davam etdikcə əlavə dəyişikliklər meydana gələcəkdir. Fərqli hüceyrələr, eyni şiş daxilində olsalar belə, fərqli genetik dəyişikliklərə malik olurlar.

Ümumiyyətlə, xərçəng hüceyrələri normal hüceyrələrdən daha çox genetik dəyişikliyə (nümunə olaraq DNA-dakı mutasiyalar kimi) malikdir. Bu dəyişikliklərdən bəziləri xərçənglə heç bir əlaqəyə malik deyil və yaxud xərçəngin səbəbi olmaqdansa xərçəngin nəticəsi ola bilərlər.

XƏRÇƏNG NƏ VAXT YAYILIR (METASTAZ VERİR)?

Orqanizmdə ilkin başladığı yerdən başqa yerə yayılmış xərçəngə metastaz xərçəng adı verilir. Bir xərçəngin bədənin digər bölgələrinə yayılması prosesi metastaz olaraq adlandırılır.

Metastaz xərçəng, original və ya primer xərçənglə eyni ada və eyni növdə xərçəng hüceyrələrinə malikdir. Məsələn, ağciyərə yayılıb ağciyərdə bir metastaz şiş meydana gətirən bir məmə xərçəngi ağciyər xərçəngi olmayıb metastaz məmə xərçəngidir.

Metastaz xərçəng hüceyrələri mikroskop altında ümumiyyətlə original xərçəngin hüceyrələri eyni görünürlər. Bundan başqa, metastaz xərçəng hüceyrələri ilə original xərçəngin hüceyrələri əsasən, xüsusi xromosom dəyişikliklərinin olması kimi, bəzi birgə molekulyar xüsusiyyətlərə malikdirlər.

Müalicə, metastaz xərçəngin bəzi insanların həyat müddətlərinin uzadılmasına kömək ola bilər. Buna baxmayaraq, metastaz xərçəngdə müalicənin əsas hədəfi ümumiyyətlə, xərçəngin böyüməsinin nəzarət altına alınması və səbəb olduğu əlamətlərin yüngülləşdirilməsidir. Metastaz şişlər orqanizmin fəaliyyət şəklində ciddi ziyana səbəb ola bilərlər və xərçəng səbəbindən ölən çox insan metastaz xəstəlik səbəbiylə ölür.

XƏRÇƏNGİN ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

Xərçəngdən yaranan əlamət və simptomlar, bədənin hansı hissəsinin əziyyət çəkdiyinə bağlı olaraq dəyişiklik göstərir.

Xərçəng əlaməti ola biləcək ancaq təkcə xərçəngə məxsus olmayan bəzi ümumi əlamətlər və simptomlar bunlardır;

  • Yorğunluq
  • Dərinin altında hiss edilən şişlik və ya qalınlaşma
  • İstəmədən sürətli kökəlmə və ya arıqlama
  • Dərinin saralması, tündləşməsi və ya qızarması, sağalmayan yaralar ya da var olan xallardakı dəyişikliklər kimi dəri dəyişiklikləri
  • Bağırsaq və ya sidik kisəsinin vərdişlərindəki dəyişikliklər
  • Daimi öskürək və ya nəfəs çatışmazlığı
  • Udma çətinliyi
  • Səs nazikliyi
  • Yedikdən sonra daimi mədə pozuqluğu və ya narahatlıq
  • Uzunmüddətli, açıqlanmayan əzələ və oynaq ağrısı
  • Uzunmüddətli, açıqlana bilməyən qızdırma və ya gecə tərləmələri
  • Açıqlana bilməyən qanaxma və ya göyərmə

Aşağıda müəyyən hüceyrə növlərində başlayan bir neçə xərçəng kateqoriyası var:

 Karsinoma

Karsinoma xərçəngin ən geniş yayılmış növüdür. Bunlar, orqanizmin daxili və xarici səthlərini örtən epitelial hüceyrələri tərəfindən yaradılırlar. Mikroskop altında baxdıqda, əksəriyyətlə sütun şəklinə malik bir çox epitelial hüceyrəsi növü var.

Fərqli epitelial hüceyrə növlərində başlayan karsinomaların xüsusi adları vardır:

Adenokarsinomq, maye və ya selikli qişa istehsal edən epitelial hüceyrələrində yaranan xərçəngdir. Bu növdəki epitelial hüceyrələrinə malik toxumalar bəzən glandular toxuma olaraq adlandırılır. Məmə, yoğun bağırsaq və prostat xərçənglərinin bir çoxu adenokarsinomadır.

Bazal hüceyrəli karsinoma, insan dərisinin xarici təbəqəsi olan epidermanın alt və ya bazal (əsas) təbəqəsindən başlayan bir xərçəngdir.

Skuamoz hüceyrəli karsinoma, dərinin xarici səthinin dərhal altında olan epitelial hüceyrələri olan skuamoz hüceyrələrdə yaranan bir xərçəngdir. Skuamoz hüceyrələr eyni zamanda mədə, nazik bağırsaq, ağciyərlər, sidik kisəsini və böyrəkləri ehtiva edən bir çox digər orqanı da döşəyən hüceyrələrdir. Skuamoz hüceyrələr, mikroskop altında baxdıqda, balıq pulcuqları kimi yastı görünürlər. Skuamoz hüceyrəli karsinoma bəzən epidermoid karsinoma olaraq adlandırılır.

Transisyonel hüceyrəli karsinoma, transisyonel epiteli və ya urotelium olaraq adlandırılan bir epitelial toxuması növündə yaranan bir xərçəngdir. Böyüyüb kiçilən epiteli hüceyrələrinin çox saydakı təbəqəsindən ibarət olan bu toxuma, sidik kisəsinin, ureterlərin, böyrəyin bir qisminin (renal pelvis) və bir neçə fərqli orqanın örtüyündə və ya əhatəsində olur. Sidik kisəsinin, ureterlərin və böyrəklərin bəzi xərçəngləri transisyonel hüceyrəli karsinomalardır.

Sarkoma

Sarkoma əzələ, yağ, qan damarları, limfa damarları və fibroz toxuma (vətər və liflər kimi) da daxil olmaqla sümük və yumşaq toxumalarda əmələ gələn xərçəng.

Osteosarkoma ən geniş yayılmış sümük xərçəngi növüdür. Ən geniş yayılmış yumşaq toxuma sarkomalarının arasında leiomyosarkoma, Kaposi sarkoma, xəbis növ fibroz histiositoma, liposarkoma və dermatofibrosarkoma protuberans var.

Leykemiya

Sümük iliyinin qanı yaradan toxumasında meydana gələn xərçənglər leykemiya olaraq adlandırılır. Bu xərçənglər bərk şişlər əmələ gətirməzlər. Bunun əvəzinə, qan və sümük iliyində anormal dərəcədə çox sayda ağ qan hüceyrələri (leykemiya hüceyrələri və leykemiya blast hüceyrələri) meydana gələrək normal qan hüceyrələrinə yer qoymurlar. Normal qan hüceyrələrinin sayının aşağı düşməsi, orqanizmin normal toxumalara oksigen daşımasını, qanaxmaya nəzarət etməsini və infeksiyalarla mübarizə etməsini çətinləşdirir.

Leykemiya, xəstəliyin ağırlaşma sürətinə (akut və ya xroniki) və xərçəngin başladığı qan hüceyrəsinin növünə (lenfoblastik və ya mieloid) görə təsnif edilən 4 geniş yayılmış növü vardır.

Linfoma

Linfoma, limfositlərdə (T hüceyrələri və ya B hüceyrələri) başlayan xərçəng növüdür. Bunlar, immunitet sisteminin bir hissəsi olan xəstəliklərlə mübarizə edən ağ qan hüceyrələridir. Linfomada, limfa nodlarında, limfa damarlarında və bədənin digər orqanlarında anormal sayda limfosit meydana gəlir.

Linfomanın iki əsas növü vardır:

Hodgkin lymphoma – bu xəstəliyə malik şəxslər, Reed-Sternberg hüceyrələri şəklində adlandırılan anormal limfositərə malikdir. Bu hüceyrələr adətən B hüceyrələrindən əmələ gəlirlər.

Hodgkin olmayan linfoma – limfositlərdə başlayan geniş bir xərçəng qrupudur. Xərçənglər sürətli və ya yavaş böyüyə bilərlər və B hüceyrələrindən və ya T hüceyrələrindən əmələ gələ bilərlər.

Linfoma haqqında daha ətraflı məlumat almaq üçün linfoma səhifəmizi ziyarət edin.

 Multipl Mieloma

Multipl mieloma, başqa bir immunitet hüceyrəsi olan plazma hüceyrələrində başlayan bir xərçəng növüdür. Mieloma hüceyrələri adlandırılan anormal plazma hüceyrələri sümük iliyində əmələ gəlir və bütün bədəndəki sümüklərdə şiş əmələ gətirirlər. Multipl mieloma, plazma hüceyrəli mieloma və Kahler xəstəliyi kimi də adlandırılır.

 Melanoma

Melanoma, melaniya (dəri rəngini verən piqmenti) istehsal edən xüsusiləşmiş hüceyrələr olan melanositlərə çevrilən hüceyrələrdə başlayan xərçəngdir. Çox sayda melanoma dəridə başlayır, ancaq melanomalar göz kimi digər piqmentli toxumalarda da meydana gələ bilərlər.

 Beyin və Onurğa Şişləri

Beyin və onurğa şişlərinin müxtəlif növləri var. Bu şişlər, yarandıqları hüceyrənin növünə və şişin mərkəzi sinir sistemi içərisində ilk dəfə meydana gəldiyi yerə görə adlandırılırlar. Məsələn, bir astrositik şiş, sinir hüceyrələrinin sağlam qalmasına köməkçi olan ulduz şəklində beyin hüceyrələri olan astrositlərdə başlayır. Beyin şişləri xoş xassəli (xərçəng deyil) və ya pis xassəli (xərçəng) olur.

 Digər Şiş Növləri

 Germ Hüceyrəli Şişlər

Germ hüceyrəli şişlər, sperma və ya yumurtaya xüsusiləşən hüceyrələrdə başlayan bir şiş növüdür. Bu şişlər, bədənin hər yerində əmələ gələ bilərlər və xoş xassəli və ya pis xassəlidirlər.

 Neyroendokrin Şişlər

Neyroendokrin şişləri, sinir sistemindən gələn bir siqnala cavab olaraq qan daxilinə hormon ifraz edən hüceyrələr əmələ gətirirlər. Normaldan yüksək miqdarda hormon istehsal edə bilən bu şişlər bir çox fərqli əlamətə yol aça biməkdədirlər. Neyroendokrin şişlər xoş xassəli və ya pis xassəli ola bilirlər.

Karsinoid Şişlər

Karsinoid şişlər, neyroendokrin şişin bir növüdür. Yavaş böyüyən şişlər olub adətən mədə-bağırsaq sistemində (ən çox düz bağırsaqda və nazik bağırsaqda) olurlar. Karsinoid şişlər qara ciyərə və ya bədənin digər nahiyələrinə yayıla bilərlər və serotonin və ya prostaglandinle oxşar maddələri ifraz edərək karsinoid sindroma səbəb ola bilərlər.

XƏRÇƏNGİN ƏN ÇOX YAYILAN NÖVLƏRİ?

Alimlərdən ibarət beynəlxalq qrup  195 ölkəni əhatə edən elmi tədqiqatlarında dünyada hazırda daha çox yayılan xərçəng növləri, xəstələrdən sağ qalan və ölənlərin, eləcə də sağqalma müddəti, xəstəliyin xarakteristikası barədə bütün statistik məlumatları toplayıb və işləyiblər. Nəticələr Onkology dərgisində çap olunub.
Alimlər xəstələrin daha çox hansı xərçəng növlərindən öldüyünü də dəqiqləşdirib.
Beləliklə rəqəmlər xərçəngin dünyada 33% artdığını göstərib.
2017-ci ildə 24,5 milyon insan xərçəng olub, 9,6 milyon onkoloji xəstəlikdən ölüb.
2007-2017-ci illərdə onkoloji xəstəliklərin aşkarlanması, diaqnozu 33% artıb və bu rəqəm 40%-ə doğru gedir. Ən az artım iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə olub.
Ən geniş yayılmış növləri isə melanoma olmayan dəri xərçəngi, traxeyaların şişi, ağciyər xərçəngi, süd vəzi xərçəngi, mədə-yoğun bağırsaq, prostat xərçəngidir.
Ən ölümcüllər melanoma, ağciyər və bağırsaq şişləridir.

YAZAR: Fidan Əmirəliyeva ( OYU-Biologiya tələbəsi)