Xərçəng xəstəliyi barədə ümumi məlumat.

Hüceyrə çoxalan (bölünən) zaman onlara bəzi züallar nəzarət edir. Zülal nəzarəti normal olmazsa bölünmə zamanı bəzi çatışmamazlıqlar yarana bilər. Bu zaman ortaya çıxan problemlərdən, ən çox yayılanı şişlərdir. Bildiyimiz kimi, hüceyrə bölünən zaman, hazırlıq prosesində tənzim edici zülalların miqdarı artır. Bunun nəticəsin də hüceyrənin növbəti bölünməsi sürətlənir. Zülalların müxtəlif növlərinin öz vəzifələri var. Bunlardan bir qismi “dayan” bir qismi “davam et” siqnalları ilə tənzim edilir. Bildiyimiz kimi züallalrın funksiyaları DNT-nin təsiri altındadı. Yəni DNT redublukasiya edir; amma bu zaman ola bilər ki bəzi pozulmalar (yəni mutasiya; məsələn gen mutasiyası) baş versin. Yənii ki, bu zaman hüceyrənin normal bölünməsi pozulur, eyni zamanda züalların nəzarəti itir. Bəzən, hüceyrənin bölünmə faktorunun pozulmasına baxmayaraq bölünmə davam edir. Belə halda, toxumalarda patologiya baş verir, bu da öz növbəsin də şişlərin əmələ gəməsinə səbəb olur.

Deməli şişlər normal toxuma hüceyrələrindən inkişaf edir. Ancaq şiş əmələ gətirən hüceyrələr quruluşuna və böyümə xüsusiyyətinə görə normal hüceyrələrdən fərqlənir.

Şiş: mutasiya dəyişikliklərinə məruz qalmış hüceyrələrin proliferasiyasının və diferensiasiyasının pozulması, onların böyük sürətlə nizamsız və nəzarətsiz artıb-çoxalması ilə xarakterizə olunan patoloji prosesdir. Buna blastoma, neoplazma, yenitörəmə, tumor və ya onkos da deyilir. Kilinik baxımdan şişlər 2 yerə bölünür: bədxassəli və xoşxassəli şişlər. Orqanimzdə əmələ gələn bədxassəli neoplazmatik şiş xərçəng adlanır.

-İlkin klinik baxımdan bədxassəli şişi xoşxassəli şişdən necə fərqləndirmək olar?

Bədxassəli şiş: sürətlə artır, ətraf toxumaları dağıdır, metastaz verib digər orqanlara keçir, maddələr mübadiləsi pozulur, orqanizm zəhərlənir, nəzarətsiz çəki itkisi və ya artımı baş verir.

Xoşxassəli şiş: yavaş böyüyür, toxumaları dağıtmır, metastaz vermir, toxumaları sıxır, digər orqana keçmir, orqanizmi zəhərləmir, çəki də dəyişiklik baş vermir.

QEYD: Bütün şişlərin toxumaları bir qayda olaraq xolisterinlə, lipidlə, qlikogenlə və nuklein turşuları ilə zəngin olur. Şişlər əmələ gəldiyi toxumalara görə qruplaşdırılır:

Şişlər Epiteli toxuması

şişləri

Birləşdirici

toxuma şişləri

Sinir toxuması

şişləri

Əzələ toxumsı

şişləri

 

Xoşxassəli

    papilloma

adenoma

kista

    fibroma

lipoma

     nevrinoma

qlioma

 

mioma

Bədxassəli karsinoma sarkoma neyrosarkoma miosarkoma

 

-Xərçəng nədir?

Xərçəng şiş xəstiliyinin bir növü olub, bədxassəli neoplazma kimi də tanınır, məlum olduğu yerdən əlavə bədənin digər hisslərinə hücum edən, yayılma potensialı ilə anormal hüveyrə böyüməsini əhatə edən xəstəliklər qrupudur. İnsanlara təsir edən yüzdən çox xərçəng növü vardır. Lakin bütün şişlər xərçənglidir (bədxassəli) deyə bilmərik; belə ki, bütün şişlər bədənə yayılmır. Xərçəngin mümkün əlamət və simptomları arasında kütlənin meydana gəlməsi, anormal qanaxma, uzun sürən öskürək, izahsız kilo itkisi, bağırsağın fəaliyyətində dəyişiklik və.s kimiləri olasa da, bu əlamətlər başqa xəstəliklər zamanıda büruzə verə bilər.

-Xərçəng nə vaxt və necə yarandı?

Keçmişə nəzər salsaq görərik ki, hər əsrin, insanları kütləvi şəkildə yoluxduran və həttda məhv edən öz xəstəliyi olub. Qədim dövrlərdə bu infeksional və bakterial xəstəliklər, orta əsirlərdə isə taun və vəba olub. Qədim zamanlarda ortaya çıxıb bu gündə belə hər il, milyonlarla insanın tələf olmasına səbəb olan ən məşhur xəstəlik isə xərçəngdir.

Bədxassəli şişlər  barədə istinadlar 1.7 milyon il əvvəl qeyd olunmuşdu. Bundan sonra şişlərin növləri, onların müalicə üsulları və cərrahi yolla aradan qaldırılması öyrənilməyə başlanmışdır. Xəstəliyin cərrahi yolla aradan qaldırılmasında misirlin həkimlərin böyük töhvəsi olmuşdur. Misirlilərdən sonra bu iş də hind həkimləri uğur qazanmışlar.

Amma xərçəngin öyrənilməsi sahəsində əsas iş Hippokratın işləri oldu. O özünün humoral nəzəriyyəsində bunu qeyd edirdi: “ insan orqanizmində bir neçə maye növü var və qara maye bədxassəli şişlərin formalşmasına gətirib çıxarır”. Təbii ki, əslində heç bir qara maye yoxdu və onun xərçənglə əlaqəsi yoxdur. Amma o sübut etdi ki, şişlər çoxalır, yəni metastaz verir. Bunu da qeyd etmək lazımdır ki, xərçəng insanlarla yanaşı heyvanlarda da rast gəlinir. Heyvanlardan sonra, təxminən 3 milyon bundan qabaq ilk homosapiens insanlarda, bundan sonra misir mumiyalarında və qədim Romanın insan qalıqlarında da şişlərə rast gəlinib.

-Bəs xərçəng necə yaranır?

Xərçəng xəstiliyi hüceylərimizin funksiya göstərmə formasını, xüsusən də necə böyüyəcəklərinə və ayrılacaqlarına nəzarət edən genlərdə və hüceyrələrdə baş verən dəyişikliklər nəticəsin də yaranır. Bu xəstəlik zamanı xərçəng hüceyrələri yarandığı yerdən yayılaraq kök (rişə) atır və yeni toxumaları zədələyir. Rişə xərçəng ayağına bənzədiyi üçün belə adlanır.

Bir müqayisə edək: labaratoriya şəraitində süd vəzinin normal hüceyrələri 20-50 dəfə bölündüyü halda, qidalı mühitdə xərçəng  hüceyrələri sonsuz sayda bölünə bilir. Belə nizamsız bölünmə nəticəsin də digər toxumalarda da bədxassəli şişlər yaranır.

Xərçəng bəzən genetik xəstilik kimi qeyd olunur. Belə ki, xərçəngə səbəb olan genetik dəyişikliklər ana və atalarımızdan irsi yol ilə keçə bilməkdədir. Hüceyrələr bölünərkən meydana gələn səhvlərdən və ya ətraf təsirlər nəticəsində DNA-da əmələ gələn zərərin nəticəsi olaraqda insanın həyatı boyunca da ortaya çıxır. Xərçəngə səbəb olan ekoloji məruz qalmalara tütün və nikotin tərkibli kimyəvi maddalər, spirtli içkilər və radiasiyalar daxil edilə bilər. Düzgün qidalanmadıqda da xərçəng yarana bilər. Spirtli və tütün məmulatlı qidaların artıq istifadəsi və ya orqanizmdə turşuluğu artıran qidaların qəbulu zamanıda şişlər əmələ gələ bilər. Məsələn, mədənin tərkibi turş mühitdir, turşuluğu artıran qidaların qəbulu zamanı (hər gün istifadə etdiyimiz tərkibin də maya göbələyi olan çörəklər, çiy süddən hazırlanmış mayalı pendir məhsulları və.s) orqanizimdə pH 7-dən kiçik olur (yəni orqanizmdə turş mühit yaranır), bu da xərçəngin yaranmasına səbəb olur.

-Şişlərin etiologiyası (yaranma səbəbləri):

Bu elmə hələ aydın deyil. Ancaq, şişlərin müəyyən endogen (irsi) və ekzogen mənşəli və ekoloji xarakterli patogen amillərin təsirindən genetik dəyişikliklər və neoplazmatik transformasiya nəticəsin də əmələ gəldiyini bilirik. Bu amillər xarakterindən , mənbəyindən, məzmunundan asılı olmauaraq kansorogen (şiş doğuran) amillər deyilir. Kansorogen amillər xarakterindən asılı olaraq müxtəlif olur: viruslar, kimyəvi, fiziki, mexaniki və s. Bundan başqa şiş xəstəliklərinin baş verməsində fon rolunu oynayan və blastogen, təkan verici, stimulaton kimi qiymətləndirilən amillərdə aid edilir. Bu amillərin içərsində daha çox təsadüf edilən və daha çox öyrənilən prekanserogen patologiyalar və irsi amillərdir.

İrsi meyillilik – bütün onkoloji patologiyaların təxminən 10% – də təsadüf edilir.

 

     Yumurtalıq şişləri.

Yumurtalıq sisti olduqca çox blastoma, xüsusən adenomalardan əmələ gəlir. Bu şişlər yumurtalığı təşkil edən epitel hüceyrələrdən inkişaf edir. Belə sistoz şişlərə sistoma, adenosistoma ya adenosistoma deyilir. Bunlar yumurtalıq adenomasında bəzi boruların genəlməsindən əmələ gəlir. Hüceyrənin növlərindən, yəni histogenezindən asılı olaraq yumurtalıq şişləri 6 qrupa bölünür: epitelial şişlər, cinsi zolaq stromasının şişləri, herminogen şişlər, lipid hüceyrəli şişlər, təsnif olunmayan şişlər, şişəbənzər törəmələr.

Epitelial mənşəli şişlər diferensiasiya dərəcəsinə, yəni xassələrinə görə 3 növ olur:  xoşxassəli, bədxassəli, qarışıq. Yumurtalığın əksər xoşxassəli şişlərinə, xüsusilə də sistadenomalarına həm də yumurtalığın kistaları deyilir. Sistadenoma seroz mənşəli olanda, şiş seroz sistadenoma, psevdomusinli, yeni seliyəbənzər kolloidli olanda – mutsinoz sistadenoma adlanır. Belə şiş sistələrinin içi silindirəbənzər epiteli ilə örtülü olur. Sistadenoma bəzən çox böyük olur, hətta 15 kq qədər ağırlıqda olur və çox vaxt yumurtalığın birində müşahidə olunur. Sistadenoma partlarca, sidik qarın boşluğuna axır. Bunlar adalarla inkapsulasiyaya uğrayaraq, miksomayabənzər şəkil alır ( yalan periton miksomaları).

Yumurtalıq sistadenomaları çox vaxt məməcikli xarakterde olur. Məməciklər artdıqca müxtəlif şəkil alır, bəzən ( epitelin sürətli inkişafından) gül kələmə bənzəyir. Belə məməcikli sistadenomalar çox vaxt yumurtalığın ikisində də müşahidə olunur. Bunun ən böyüyü uşaq başı boyda olur. Papilloz xarakterli inkişaf sistin bir yerindən və yaxud bir çox nahiyyəsindən başlayır. Nəticədə sistlər ola bilər bir-biri ilə bitişik və məməciklər ilə dolu şəkil alsın. Belə sist bəzən partlayır, məməcikli kütlələr qarın boşluğuna, bağırsaq ilgəklərinin arasına yığılır və burada inkişaf edərə, qarın üzvlərini, xüsusilə bağırsaq ilgəklərini bir-biri ilə bitişdirir, hətta bəzən dağıdır və deşir. Deməli, papilla kütlələri sistadenomadan ayrıldıqda periton qişanın üzərinə elə bir əkilmiş olur, sonra inkişaf edir. Bela hal, adətən, seroz, seroz-fibrinoz və başqa bu kimi peritonit reaksiyalar ilə nəticələnir. Yumurtalıqda sisttadenoma kimi şişər başqa ağırlaşmalar da verir, məsələn, sistin burulmasından şişdə limfa və qan dövranın pozulması, qanaxma, distrofiya, iltihab, nekroz və qanqrena kimi dəyişikliklərin əmələ gəlməsi və s.

Yumurtalıqlarda nadir olaraq borucuqlar inkişaf edərək adenomiyabənzər şəkil alır. Bunlar fibroz toxumaları və bəzən zəngin solid epitelli sist şəklini alarsa, fibroma adenosutisum membranae granulose hüceyrələrindən əmələ gələrsə qranuloz hüceyrələri şiş yaxud follikulloma adlanır. Follikuloma hətta yaman şəkil alır. Belə şiş qızlarda olduqda cinsiyyət üzvləri tez yetişir.

      Arrenoblastana isə qadında çox vaxt xarici kişi cinsiyyət əlamətlərinin əmələ gəlməsinə səbə olur.

Yumurtalığın adenomaları, xüsusilə sistadenomaları xərçəngə çevrilə bilər. Bunlara çox vaxt papillar sistadenomalar zamanı rast gəlinir. Papillar sistadenoma metaplaziyaya uğrayıb yastı epitel şəklini də ala bilər. Papillar sistadenokarsinomaların müalicəsi vaxtında aparılarsa, proqnoz başqa xərçənglərin proqnozuna nisbətən qorxulu olmur. Sonra bu nə metastaz, nə də resitiv vermir. Yumurtalığın solid, massiv xərçəngi yaman follikuloması yaxud qranuloz hüceyrələri şişi, karsinosarkoması, psevdokarsinoması və başqa bu kimi yaman blastemalarının gedişi isə ağır olur. Solid xərçəng yumurtalığının birində əmələ gəldikdə çox vaxt o nirinə metastaz verir.

Ümumiyyətlə, yumurtalıq xərçənginin hər hansı forması olursa-olsun, əsasən, limfatik düyünlərə və regionar peritona, nisbətən az başqa üzvlərə metastaz verir. Xərçəng metastazları yumurtalığa mədə, bağırsaq, öd yolları, döş vəzisi kimi başqa üzvlərin xərçəngindən keçə bilər. Yumuurtalıqda metastatik xərçəng, adətən, tez inkişaf edir, hətta ilk xərçəng, məsələn, mədə xərçəngi yeni başlarkən, yeni mikroskopik dövrünü keçirən zaman ola bilər makroskopik görünməsin, ya çox çətinliklə görünsün, bunun metastazı isə yumurtalıqda tez inkişaf edib, yumurtalığın ilkin xərçənginə bənzər şəkil alsın.

Yumurtalıq şişlərinin öyrənilməsində bir çox alimin töhfələri olmuşdur. Onlardan biri də, alman alimi Harald zur Hausendir. O, uşaqlıq ağzı xərçənginə səbəb olan Human Papilloma Virusunu (HPV) kəşf etdiyi üçün 2008-ci ildə tibb sahəsində Nobel mükafatına layiq görülmüşdür.

Qeyd: Yumurtalıq xərçənginin növləri barədə Ə.B.Həsənovun “Patoloji Anatomiya” kitabından məlumatlar əldə edə bilərsinzi.

 

-Xərçəngin müalicəsi varmı? Hansı müalicə üsulları effektivdir?

Xərçəngin müalicəsi xərçəngin növündən, mərhələsindən, xəstənin yaşından, sağlamlıq durumundan və əlavə şəxsi xüsusiyyətlərindən asılıdır. Xərçəngin müalicəsi zamanı xəstəyə adətən müalicələr kombinasiyası və palliativ qayğı göstərilir. Müalicələr əməliyyat, şüalanma, kimyaterapiya, immunoterapiya, hormon yaxud gen terapiyası ilə aparılır.  Bəzi qidalar xərçəng xəstəliyinə güclü profilaktika ola bilər. Məsələn, bildiyimiz kimi xərçəng göbələk xəstəliyi ola bildiyi fikri irəli sürülmüşdür. Buna əsaslanaraq: maya göbələyi qatılmış çörəyin, çiy süddən mayalanmış pendirin insan orqanizmi üçün mənfi təsir göstərdiyini deyə bilərik. Məlumdur ki, sərbəst radikallar hüceyrələrin hüceyrələrin sağlamlığına mənfi təsir göstərərək onları parçalayır. Bu da xərçəngin əmələ gəlməsinə səbəb olurşğ. Qaragilə bitkisi sərbəst radikalları neytrallaşdırmaq qabiliyyətinə malikdir. Yəni, qaragilə bu xəstəlik üçün müalicəvi əhəmiyyət daşıyır. Bundan başqa tərkibində C vitamini ilə zəngin olan qidalar, yaşıl çay, tərəvəzlər (tərkibind olan sulforafan adlı maddə bu xəstəliyin müalicəsi üçün xeyirlidir), ədviyyat (zəncəfil, darçın və.s), tərkibində fitin turşusu olan dənli bitkilər (fırın turşusu bağırsaq xərçənginin qarşısını alır), xərçəng əleyhinə göbələklər və.s xəstəliyin müalicəsi üçün əhəmiyyət kəsb edir. Bəzi xərçəngləri peyvənd üsulu ilə də müalicə edirlər. Belə ki, qadın uşaqlıq boynu xərçənginin əmələ gəlməsində rol oynayan papilomavirus əleyhinə xüsusi peyvənddən istifadə olunur.

-Xərçəng olmayan toxuma dəyişiklikləri nələrdir?

Bədən toxumalarında hər bir dəyişiklik xərçəng deyil. Buna baxmayaraq, bəzi toxuma dəyişiklikləri müalicə edilməzlərsə, xərçəngə çevrilə bilər. Xərçəng olmayıb, lakin bəzi faktlarda təqib edilən toxuma dəyişikliklərinə nəzər yetirək:

Hiperplaziya bir toxuma daxilindəki hüceyrələr normaldan daha sürətli bölündükdə və yeni hüceyrələr əmələ gəldikdə və ya çoxalanda əmələ gəlir. Hiperplaziya xroniki pozmaya səbəb olur.

Artım pozulmas (displaziya), hiperplaziyadan daha ciddi haldır. Displaziyada əlavə hüceyrələr yaranır və hüceyrələrdə anormal dəyişikliklər nəzərə çarpır. Hüceyrə və toxumalarda anormallıq nə qədər çox nəzərə çarpırsa, xərçəngin əmələ gəlmə ehtimalı bir o qədər yüksəkdir. Displaziyanın nümunəsi dərinin üzərində meydna çıxan qeyri-normal xaldır. Bu xal “displastik nevus” olaraq adlandırılır. Displaziyanın bəzi növlərini müalicə etmək olur.  Bəzən displastik xal melanomaya çevrilə bilər.

Daha ciddi vəziyyət isə “karsinoma in situ”- dur. Xərçəng kimi adlandırılsa da karsinoma in situ xərçəng deyil çünki, anormal hüceyrələr original toxumanın xaricinə yayılmır. Başqa sözlə, xərçəngdə olduğu kimi ətraf toxumaları zəbt etmir. Bəzi karsinoma in sitular xərçəngə çevrildiyi üçün, müalicəsinə tez başlanılır.

 -Sağ yumurtalıq xərçəngi olan qadının diaqnoz və müalicə üsuluna nəzər yetirək:

Yekun Histopatoloji Diaqnoz:

  1. Endometrium – vəzili polip (endometrium – uşaqlıq yolunun selikli qişasının daxili epiteliya təbəqəsi).
  2. Miometrium – transmural leyomioma
  3. Uşaqlıq boruları – atrofik
  4. Yumurtalıq 1 – fibrotekomatoz
  5. Yumurtalıq II – papillyar, aşağı differensiyalı sistadenokarsinoma. Kapsulaya invaziya vardır. Ekzo – endofit inkişaf. Verikal və horizontal invaziya. Anqioqenez yüksəkdir.

Cərrahi sərhədlər: intakt (yəni, sağ yumurtalıqdan əməliyyatla xərçəng şişləri götürülmüş, cərrahi sərhədlərdə heç bir xərçəg hüceyrəsinə rast gəlinməyib).

Limfa-damar invaziyası: damar mənfəzində şiş embolları vardır (invaziya – zədələnmiş, yayılmış mənasına gəlir. Yəni, yumurtalıq daxili nahiyyədə, qan və limfa damarlarında xərçəng hüceyrələri nəzərə çarpır).

Perinevral invaziya: qeydə alınır

Qonşu orqanlara invaziya: peritona invaziya qeydə alınır.

  1. Uşaqlıq boynu – senil kolpit
  2. Peritonda – sistadenokarsinoma MTS (uşaqlığın çox hissəsi peritonla örtülü olur).
  3. Piylik- intakta ( yəni, hüceyrələrdə zədələnmə və ya digər dəyişikliklər izlənilmir).
Histoloji dərəcə: + G3: zəif differensasiyalı

Əlavə patoloji tapıntılar: Maye – proses ikincili, metastatik mənşəlidir. Vəzli (sistadenokarsinoma) quruluşludur. İlkin mənbə yumurtalıqda yerləşir.

Müalicə zamanı aparılmış:  cərrahi müdaxilələr: radikal histerektomiya, omentektomiya, peritondan biopsiya.

Müalicənin gedişatı: əməliyyatdan sonrakı etapda xəstəyə antibakterial və infeksiyon terapiya aparılır.

Sağlam və xoşbəxt olmağınız diləyi ilə.

 

YAZAR: Hüseyn Ağazadə Qafqaz Maarif Birliyi “Xərçəng xəstəliyi” müsabiqəsinin II yer qalibi

 

Həmçinin bax: https://kafkazh.com/xerceng-xesteliyi-beyin-xercengi/

Həmçinin bax: https://tehsilim.org/unikal-kod-ile-imtahan-neticeleri-haqqinda-elektron-arayis/