Xəbərin döyünən ürəyi Tovuz: AzTV kameraları döyüş xəttini göstərir

Xəbərin döyünən ürəyi Tovuz: AzTV kameraları döyüş xəttini göstərir

AzTv-də yayımlanan “Əsas məsələ” verilişinin çəkiliş qrupu yerli əhali ilə birgə müşahidə aparmaq və real vəziyyəti ictimaiyyətə çatdırmaq məqsədilə Tovuz rayonuna ezam olunub.

Musavat.com xəbər verir ki, verilişdə Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Yeni Müsavat” Media qrupunun rəhbəri Rauf Arifoğlu iştirak ediblər.

Onlar ərazidəki mövcud durum haqqında öz fikirlərini bölüşüblər.

Vaqif Dərhalı gərginliyin əvvəlki günlərə nisbətən azaldığını bildirib. Lakin Ermənistan silahlı bölmələrinin hələ də müxtəlif silahlardan istifadə edərək dövlət sərhədimiz istiqamətində atəş açdıqlarını, iriçaplı silahlardan isə istifadə olunmadığını deyib.
Qənirə Paşayeva Vaqif Dərgahlının sözlərini təsdiq edərək bunu ordumuzun düşmənə ağır zərbələr vurub, susdurması ilə əlaqələndirib.

Rauf Arifoğlu düşmənin darmadağın edildiyini vurğulayıb. O, düşmənin təxribatlarına layiqincə cavab verildiyini bildirib.

R.Arifoğlu insanların ordumuza, dövlətimizə inandığını qeyd edib.

Mənbə: Müsavat.com
Jalə Hüseynova