Xavi: “Barsa”nın baş məşqçisi olmaq mənim xəyalımdı”

Xavi: “Barsa”nın baş məşqçisi olmaq mənim xəyalımdı”

Əl-Sədd”in baş məşqçisi Xavi növbəti dəfə “Barselona”nı çalışdırmaq istəyini dilə gətirib.

Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, Xavi xəyalının katalon klubunda baş məşqçi kimi işləmək olduğunu bildirib:

“Barselona”nı çalışdırmaq istədiyimi gizlətmirəm. Həmişə bunun əsas hədəfim olduğunu demişəm. Sevimli klubumun baş məşqçisi olmaq mənim xəyalımdı. Amma hazırda diqqətimi “Əl-Sədd”ə yönəltmişəm. Bizi yeni mövsüm gözləyir.

Kike Setyenə hörmət etmək lazımdı. “Barsa”ya hər şeyin ən yaxşısını arzulayıram. Bəzən “Barselona” çox yaxşı oynayır, bəzən yaxşı, bəzən də alınmır. Lakin mən Setyenin, təməlində meydana hökm etmək və gözəl futbol oynamaq olan fəlsəfəsini bəyənirəm”.

Müxbir: kafkhaz.com
Xüsusi müxbir: Ramid Əskərov
Mənbə: Fanat.az