Xarici sekresiya vəziləri
İnsan orqanizmində fizioloji funkusyaları bir çox orqanlar tərəfindən sintez olunan kimyəvi maddələrin köməyi ilə sintez olunur.Belə maddələrə bioloji fəal maddələr deyilir.Bioloji fəal maddələr hazırlayan vəziləri 3 qrupa ayırırlar daxili sekresiya vəziləri,xarici sekresiya vəziləri,qarışıq vəzilər.
Xarici sekresiya vəzilərinə ekzokrin vəzilərdə deyirlər.Xarici sekresiya vəzilərinin xüsusi axarları olur.İfraz etdiyi sekresiya məhsulu orqan və ya bədən boşluğuna və ya dərinin səthinə açılır.Xarici sekresiya vəzilərinə ağız suyu vəziləri,tər vəziləri,piy vəziləri,gözyaşı vəziləri,qulaq kiri vəziləri,qaraciyər,mədə vəziləri,bağırsaq vəziləri,prostat vəzi və süd vəziləri aiddir.
Ağız suyu vəziləri
Ağız suyu vəzilərinin 2 funksiyası vardır:
– sekretor funksiya
– inkretor funksiya.
sekretor fəaliyyətin məhsulu ağız suyu qidanı islatmaqla udma aktını asanlaşdırır. Ağız suyunun tərkibində polisaxaridləri hidrolitik yolla parçalamaq qabiliyyətinə malik olan ferment – amilaza olur. Bundan əlavə ağız suyunda aşağıdakı fermentlər var:
– lizosim
– karbonhidraza
– nukleaza
– fosfataza
– peroksidaza.
Bu fermentlərin bir hissəsi orqanizmə zərərli maddələrin daxil olmasının qarşısını alır, amma bəzilərinin bioloji rolu hələ də aydınlaşmayıb. Məsələn, lizosim bir sıra mikroorqanizmləri, nukleazalar isə virusları parçalamaq qabiliyyətinə malikdir.
Normal şəraitdə insanın ağız suyu vəziləri gündə 1-2 litr şirə ifraz edir. Ağız suyunun ifrazının artmasına hipersalivasiya, azalmasına isə hiposalivasiya deyilir.
Hipersalivasiya sekretor sinirlərin bilavasitə və ya reflektor yolla qıcıqlanması hesabına baş verir. Buna aşağıdakı hallarda rast gəlinir:
– bulbar iflic
– stomatit
– qinqvit
– mədənin selikli qişalarının iltihabı
– qida borusu xəstəlikləri
– qurd xəstəlikləri
– hamiləlik toksikozları
– vegetativ zəhərlərlə zəhərlənmə.
Hiposalivasiya isə çox vaxt orqanizmin susuzlaşması səbəbli baş verir. Bu adətən şiddətli tərləmə və ishal zamanı baş verir. Bəzən parasimpatik sinir sisteminin xəstəlikləri də ağız suyu ifrazının azalmasına səbəb olur. Hiposalivasiyaya aşağıdakı xəstəliklər səbəb ola bilir:
– parotit
– emosiona stress
– ishal
– ağız suyu vəzilərinin şiş xəstəlikləri
– vəzləri axacağının daşla tutulması.
Tər vəziləri
Tər vəziləri sadə borulu, şaxələnməyən vəzilər olub, uc şölələri yumaqcıqlar şəklində tor qatın dərin zonasında yerləşir. Vəzin uc şöbəsində kubvari-sekretor və çıxıntılı mioepitelial hüceyrələr yerləşir. Mioepiteliyal hüceyrələr öz çıxıntıları ilə vəzin uc şöbələrini əhatə edir onları sıxır və təri çıxarıcı axara ötürür.Tər vəzləri merokrin və apokrin tipli olur. Merokrin vəzilər tüksüz dəridə yerləşir, onların axarları dərinin buynuz qatının üstünə açılır. Apokrin tər vəziləri tüklü dəridə olur bunların axarları piy vəzilərindən yuxarıda tük folikuluna açılır. Aporkin vəzinin sekreti zülallarla zəngindir.
Süd vəziləri
Süd vəzi apokrin tipli vəzi olub, funksional cəhətdən dişi cinsiyyət sisteminin endokrin tənzim edici sistemi ilə üzvü surətdə əlaqədardır. Bu vəz embrional inkişafın ilkin mərhələsində epidermisin 2 boylama qalınlaşması kimi rüşeym gövdəsi boyunca əmələ gəlir.Epidermis hüceyrələri çoxalaraq, süd qabarcıqları əmələ gətirir. Həmin qabarmalar kolbayabənzər olub, gələcəkdə yelinpaycıqlarının bünövrəsini təşkil edir. İnkişafın 3-cü aylığında süd vəzinin hüceyrələri çoxalaraq, mezenximin daxilinə uzanıb, içərisində boşluq olan konusvarı çıxıntılar əmələ gətirir. Bu çıxıntılar məmələrin bünövrəsini qoyur.İlk məmə kanalından çoxlu şaxələr və boşluqlar inkişaf edir. Bu kanalların birləşməsi nəticəsində süd sisternasının mayası əmələ gəlir. Bu mayadan gələcəkdə məmə daxilində birbirinə paralel yeni borular əmələ gəlir. İnkişaf davam etdikcə borucuqların arakəsmələri yox olur, bir-biri ilə birləşərək, ümumi axara çevrilir. Süd vəzi üstdən zərif dəri ilə örtülüdür.
Piy vəziləri
məməlilərin bütöv dəri örtüyündə yayılmışdır. Piy vəzləri yelinin məmələrinin dərisində, burun-dodaq aynasının dərisində, donuzların barmaq yumşaqlıqlarında olmur. Piy vəzisi sadə şaxələnən alveolyar vəz olub, çıxarıcı axarı daxildən çoxqatlı epiteli ilə örtülüdür və tükün qıf hissəsinə açılır.Vəzin uc şöbələri holokrin sekresiyanın müxtəlif mərhələlərində olan çox qatlı epitel hüceyrələrindən əmələ gəlmişdir. Vəzin asinuslarını bazal zarda yerləşən kanbial hüceyrələr təşkil edir, bunlar isə çoxalaraq, piy deqenerasiyasına uğramış hüceyrələri əvəz edir. İribuynuzlu heyvanlarda ən böyük piy vəziləri preanal nahiyədə, burundodaq aynası ətrafında buynuzların əsasında və dırnağın tac nahiyəsində yerləşir.Tüksüz dəridə bu vəzilər olmur. Vəzin çıxarıcı axarı tük kanalına açılır, qoyunlarda piy vəzi iki və daha çox paycıqdan təşkil olunmuşdur.
Göz yaşı vəzisi
Göz yaşı vəzisi (glandula lakrimalis) – göz yuvasının yuxarı – xarici divarında
yerləşir. O orbital və paepebral hissələrdən ibarətdir. Vəzisinin axarları konyuktivanın yuxarı bayır tağına açılır.
Qulaq kiri vəzisi
Qulaq kiri vəzilər xüsusi maddə ifraz edir. Qulağı infeksiyadan,yad cisimlərdən qoruyur,xarici qulaq keçəcəyində müdafiə rolunu oynayır.
YAZAR: Mahizər Əsədzadə
Həmçinin bax: https://kafkazh.com/boyrekler/
Həmçinin bax: https://tehsilim.org/musabiqe-ve-olimpiadalarin-teskili-elektronlasdirilir/