Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb

 

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş cari il üzrə II sənəd qəbulunun müddəti uzadılıb.

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 16 avqust saat 23:59-dək uzadılıb.

 

Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

 

Mənbə: Təhsil Nazirliyi

Xəbərçi: Zahidə Nəbizadə