Vyana Konqresi

Bir sıra müharibələrdə (Napoleon müharibələri) Napoleonun devrilməsində rol oynayan dörd güc olan Avstriya, Prussiya, Rusiya və Böyük Britaniya, 1814-cü il sentyabr – 1815-ci il tarixləri arasında Vyana’da Vyana Konqresini çağırdı.  Avropada sülhü bərpa edən və Avropa daxilində imperializmin qarşısını almaq üçün ictimai və siyasi düzəni yenidən qurulması üçün Avropanın yeni siyasi xəritəsi müəyyən edildi.  Lakin Konqres mühafizəkar siyasi və sosial baxışlarla formalaşdırıldı.  Konqresin məqsədi siyasi cəhətdən qazandığı güc və legitimlik balansını bərpa etmək idi.  Sosial olaraq Konqres əksər üsyan və qiyamları dayandırdı.  1815-1848-ci illərdə Vyana Konqresi bölgədə sülh və asayişi təmin etməkdə müvəffəq oldu.  Avtokratik Avstriyanın baş naziri və ölkənin Konqresdəki nümayəndəsi Metternix, Fransanı tamamilə istəyirdi. Fransanın siyasi və hərbi cəhətdən zəif qalmasını təmin etmək üçün Vyana Konqresi məqsədyönlü şəkildə ölkəni daha güclü millətlər tərəfindən mühasirəyə aldı.  Metternix də bu ölkələrdə qanuni hökumətlər istədi.  Beləliklə, Fransa, İspaniya və Napoli Burbonları bərpa edildi, Hollandiya, Sardiniya, Toskana və Modena’daki hakim sülalələr də bərpa edildi.  Rusiya, Avstriya, Prussiya və İngiltərə inqilablar baş verərsə, bir-birlərinə dəstək verəcəyini vəd edən Avropanın Konsertini qurdular.  Rusiya, Avstriya, Prussiya və İngiltərənin Dördlü İttifaqı, güc tarazlığına qarşı hər hansı bir təhdidə qarşı mövcud status-kvonu qorumağa razılıq verdilər. İspaniyada 1820-ci ildə başlayan üsyan  və inqilab Fransız birlikləri tərəfindən yatırıldı.  1820-ci ildə də Avstriya qoşunlarına Napoli inqilabını dayandırmaq əmri verildi.  Bu bölmədə, Vyana Konqresi haqqında, Napoleonun dörd böyük düşməninin Fransanın gücünü əlindən almaq və bu müddətdə Avropa xəritəsini yenidən çəkmək üçün göstərdiyi səyləri öyrənəcəksiniz.

VYANA HÜQUQLARI VƏ İŞİNİN KONQRESİ:
Vyana Konqresinin dərhal arxa planı Fransanın məğlubiyyəti və 1814-cü ilin mayında Napoleonun təslim olması oldu. Bu iyirmi beş illik müharibəyə son qoydu. Napoleonun şərqə doğru Rusiyaya yürüşü onun məğlubiyyətini yazdı. 422.000 əsgərdən ibarət güclü Fransız ordusu, 1812-ci ildə Rusiyanın
sərt qışına dayana bilməyib məhv oldu. Napoleon 30.000 əsgərlə Fransaya qayıtmağı bacarsa da, 1814-cü ildə Paris itirildi və Napoleon qaçmağa məcbur oldu. Müttəfiqlər (Avstriya, Prussiya, Rusiya və İngiltərə) danışıqlara başladı və Napoleon Fransanı Yüz Gün ərzində idarə etmək üçün dramatik bir qayıdışa baxmayaraq Avropa ərazilərinin yenidən qurulmasını tələb etdi (Mart-İyul, 1815). Konqres, Napoleonun 18 iyun 1815- ci il tarixində Vaterloda məğlub edilməsindən doqquz gün əvvəl Yekun Aktı (Parisin İkinci Barışı) imzaladı.

Napoleonun devrilməsi özü ilə birlikdə dövrün diplomatları üçün ən mürəkkəb və çətin günlərdən birini gətirdi. Bütün Avropa xalqlarının hamısı
onun yıxılmasından çox təsirləndi. Napoleon rejiminin məhv edilməsini Avropanın yenidən qurulması izlədi. Bu yenidənqurma işi Avropa tarixinin
ən vacib diplomatik toplantılarından biri olan Vyana Konqresi tərəfindən həyata keçirilmişdi (1814 sentyabr – 1815 iyun). Məşhurların belə bir yığıncağı əvvəllər heç görülməmişdi. İndiki dövrdə Avstriya və Rusiya imperatorları, Prussiya, Bavarya, Vurttemberg, Danimarka padşahları, çoxsaylı kiçik şahzadələr və Metternix və Taleyranın ən çox diqqət çəkdiyi Avropa diplomatları idilər. Konqresdə Türkiyə ( Osmanlı ) xaricində bütün güclər təmsil olunurdu.

Müddəalar — Konqresin işi:

Konqresin əsas vəzifəsi Fransanın imtina etmək məcburiyyətində qaldığı ərazilərin paylanması idi. Müəyyən tənzimləmələr müttəfiqlər tərəfindən Vyanaya getmədən əvvəl 30 May 1814-cü il tarixli Paris Müqaviləsi ilə razılaşdırılmışdı. Napoleonun hakimiyyəti dövründə Sardiniya adasında
qaçqın olan Piedmont Kralı taxtına döndü və Cenova ona geri qaytarıldı. Avropanın yenidən qurulmasını təyin edərkən legitimlik doktrinasına riayət edilməli olduğuna dair ümumi bir anlayış var idi. Yəni Napoleon tərəfindən taxtlarından məhrum edilmiş və dövlətlərindən qovulan hökmdarların hakimiyyəti bərpa edilməli idi. Lakin müttəfiq güclərin uyğunluğuna görə bu prinsip nəzərə alınmadı.

QAYNAQ: Venkateshwara Open University- History of Europe ( 1453-1815 )
TƏRCÜMƏÇİLƏR: Güllü İsmayılova və Bəhriyyə Əhmədova
HƏMÇİNİN BAX: Coğrafiyanın inkişaf tarixi
HƏMÇİNİN BAX: tehsilim.org/emek-bazarinin-tehlili-movzusunda-videokonfrans-kecirilib/