Vur, Keç Səngəri, Azərbaycan Əsgəri!

Azərbaycanımızın dilbər guşəsi, eynilə Azərbaycanın mühim starteji dayaq mərkəzi olan Tovuz rayonumuzun ermənilər tərəfindən hücüm cəhdi, ikiüzlü siyasi rəhbərliyə sahib bir dövlət üçün elə gözlənilən bir addım da idi. Əsas məqsəd, xalqımızın koronavirusla əlaqədar xalqın qətiyyətli iqtidarına zərbə vurmaq, həmçinin ölkəmi müharibəyə təşviq edərək, sosial və iqtisadi zərbə vurmaq planı idi. Onlar Azərbaycan xalqının necə məğrur olduğunu, bu xain zərbəni heç vaxt bağışlamayacağını bilirdilər, xalqımızın da bu mövzuda olan yarası çox dərin idi, ölkənin bütün karantin tədbirlərinə baxmayaraq, meydanlara toplaşacaq və müharibə tələb edəcəkdilər, bu isə pandemiya şəraitində yaşayan bir xalq üçün daha ağır zərbə ola bilərdi. Bütün bu xain planlar, necə bir mənfur dövlətlə qonşu olmağımızın bariz təcəssümüdür.

Ernənistan dövləti Azərbaycan ordusuna qarşı qalib gəlməyin imkansız olacağını da bilirdilər, buna baxmayaraq, əllərindən gəldiyi qədər Azərbaycana zərbə vurmaq istəyirdilər, bunun səbəbləri isə çoxdur. Azərbaycanın son illər ərzində qazandığı beynəlxalq uğurları, iqtisadi yüksəliş və Azərbaycan xalqının öz hökümətinə olan bağlılığı və sadiqliyi erməniləri qısqandıran əsas səbəblər idi. Təəssüflər olsun ki, bu hücümların nəticəsində Azərbaycan ordusu şəhidlər verdi, onlarla əsgərimiz yaralandı, qarşılığında isə ordumuzun əsgərləri Ermənistanın sərhəd bölgəsindəki məntəqələrə dəqiq zərbələr endirdi, düşmən ordusunun texnikası, canlı qüvvəsi məhv edildi və həmçinin Ermənistan ordusu da bu hücümün intiqamında sayısız əsgərlər itirdi.

 

Ermənistanın bu hücümu dünya medyasında birmənalı qarşılanmadı, “BBC” və sair dünyanın başlıca xəbər saytları bu hücümu qınadı. Xarici dövlətlərdən isə buna ilk reaksiya qardaş ölkə Türkiyə respublikasından gəldi Azərbaycana hər cür dəstək olacağını bildirdi, həmçinin dünyanın əksər ölkələri bu hücümda Ermənistanı qətiyyətlə pislədi və Azərbaycanın hücuma olan  qarışılığını öz ərazi bütövlüyünü qorumaq məqsədi ilə atılan addım kimi qəbul etdi. Bütün bunlar Azərbaycanın xarici siyasət işləri üzrə atdığı addımların təcəssümü kimi hesab olunur.

 

Cavid Mübariz oğlu Şahməmmədli-ADA Universiteti, Hüquqşunaslıq ixtisası 2-ci kurs tələbəsi