Vəziyyət Ermənistan üçün fəlakətlidir”- Arutyun Mesrobyan

“Vəziyyət Ermənistan üçün fəlakətlidir”- Arutyun Mesrobyan

Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri Ermənistan günadəminin əsas müzakirə mövzusudur. Ermənistan İctimai Şurasının sabiq üzvü və idarəetmə mütəxəssisi Arutyun Mesrobyan ermənilərin bağrını yaran fikirlər səsləndirib.

Erməni ekspert son hərbi təlimləri şərh edərkən iddia edib ki, hazırda Türkiyənin strateji məqsədi Böyük Turan yaratmaqdır. Merobyan deyib ki, bu manevrlərə əvvəlcə Böyük Turan nöqteyi-nəzərindən baxılmalıdır, daha sonra digər müstəvilərdən. Ekspert sonun ermənilər üçün faciəli ola biləcəyindən də bəhs edib.

Ölkəsinin təklənməkdə olduğunu etiraf edən A.Mesrobyan deyib ki, Ermənistana münasibətdə gərginlik yalnız Rusiya tərəfindən artmır, bu münasibət həm də supergüclərə, o cümlədən qonşu Gürcüstan və İrana aiddir. Bunun subyektiv və obyektiv səbəblərinin olduğunu vurğulayan ekspert subyektiv səbəblərdən danışarkən hazırkı hakimiyyətin bir sıra diplomatik səhvlərinin olduğunu da söyləyib. Obyektiv səbəblərə gəldikdə, qlobballaşan dünyanın son 2-3 ildə dəyişdiyinə diqqət çəkib.

“Ermənistanla və ermənilərlə əlaqədar mənfi dinamika məni narahat edir. Rusiyanın Ermənistana münasibətilə bağlı onlarla material təqdim edə bilərəm. Özü də bu, təkcə Rusiyada baş vermir, məsələn, ABŞ-da da baş verir. Xahiş edirəm, deyin, son illərdə nə vaxt ABŞ-ın yüksək çinli rəsmi şəxsləri ilə Ermənistan rəhbərliyi arasında heç olmasa bir görüş olub?”-ekspert sual edib.

O, deyib ki, dünyada qlobal və dərin tektonik dəyişikliklərin cərəyan etdiyi bir dövrdə vəziyyət Ermənistan üçün fəlakətlidir. “Bizim başımızın üstündə problemlər yığılıb, biz isə axmaqcasına “ağlar” və “qaralar” oyununu oynayırıq”,-Mesrobyan ümidsizcəsinə əlavə edib.

Mənbə: Musavat.com
Müxbir:Jalə Hüseynova