Vətənin qürurlu övladları
Həyatda hər şeyi zövqə və imkana görə dəyişmək olur, bircə Vətəndən və anadan başqa .Vətəni və ananı seçmirlər .Yer üzünün bütün xalqları “Vətən” sözünün müqəddəsliyinə uyğun epitet axtaranda “Ana” kəlməsinin üstündə dayanıblar ,”Ana Vətən” deyiblər.Çünki Vətən bəşər övladının şan-şöhrəti, qeyrəti və namusudur. Vətən müqəddəsdir,Vətən əzizidir.Bizim bütün sevgilərimizin əvvəli də ,axırıda Vətənlə bağlıdır.
Mənim doğma vətənim Azərbacandır.Mən bu ölkənin ,vətəndaşıyam, bu diyarda doğulub boya –başa çatmışam.Azərbaycan bizə ulu babalarımızın müqəddəs əmanəti,ərməğanıdır.Əsrlər boyu yağılar doğma yurdumuzun barlı-bəhrəli torpaqlarına ,tükənməyən sərvətlərinə göz dikib,tamah salıblar .Vətənimizin başı bəlalar çəkib .Ancaq ,igid,yenilməz, oğullarımız düşmənə sipər olub.onlara layiqli cavablarını vermişdir.Anamız Tomris bir qılınc zərbəsi ilə Keyxosrovun başını kəsəndə dünya heyran qaldı türk qadının hünərinə ,igidliyinə.Bəli,bu torpaq özünəlayiq ər oğullar yetirmiş, erkək tinətli qızlar ,qadınlar tərbiyə etmişdir .Elə igidlər ki ,əsrlər keçsə də onların adı xalqımızın qan yaddaçında əbədi iz buraxmış ,bu günümüzə qədər xatirələrdən silinməmişdir.Bu gün öz keçmişi ilə -Cavanşir,Tomris,Koroğlu,Qaçaq Nəbi,Qaçaq Kərəm ,Babəki ilə və daha neçə neçə igid oğlu, qızı ilə fəxr edir Azərbaycan.
Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi. Mübariz ona qoyulan adı doğrultdu. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid olmuş M.Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur.2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılmışdır. 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir.Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Atası Ağakərim İbrahimovun dediklərindən: “Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar…2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması:
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.”
Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalamışdır.Gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.
Təkcə Mübariz İbrahimov yox neçe –neçe belə qəhramanlarımız ,qürurlu övladlarımız var .
Belə bir haşiyəyə çıxmaq istərəm. Mən Azərbaycanın gözəl guşələrindən biri olan Tərtər rayonunda yaşayıram .Bildiyiniz kimi Tərtər cəbhə bölgəsidir.Mənim anam tez-tez bizə 1992-1993 cü illərdə baş verən Qarabağ müharibəsi haqqında danışır.Həmin vaxtlarda anam yeniyetmə olsada baş verən hadisələr onun yadaşından silinməyib.O, çətin zamanlarda insnların necə bir həmrəy olduğunu ,gənclərin hamısının silaha sarılıb cəbhəyə yola düşməsindən söhbət edir.Anam söyləyirki , insanlar top səslərindən,güllə səslərindən qorxmurdular.Hətda çoxlu sayıda evlərədə top mərmiləri düşmüşdü .Bizim kəndimizdədə hələdə var o mərmilərin izi var .Bizim kəndimizində çoxlu şəhid verib .Çoxlu sayda yaralılar olub.Buna baxmaaraqa qəhrəman əsgərlərimiz bir çox kəndləri ermənilərdən azad edib. Vüqar Məmmədov,Rəhman Almuradov,Yaqub Heydərov,Mehrac Mahmudov,Faiq Əliyev,Pərviz İsmayılov,Ceyhun Ağayev,Nizami Niftalıyev,Mənsur Ağayev,Asəf Qasımov vətən uğrunda canlarından keçib ,şəhidlik zirvəsinə ucalan kəndimizin qürurlu övladlarıdır.
Mən özümdə belə qanlı döyüşlərin şahidi olmuşam . 2016-cı il aprelin 1-dən 2- nə keçən gecə top səslərinə yuxudan ayıldıq .Adətən biz atəş səsləri çox eşidirdik,ancaq bu səslər heçdə digərlərinə bənzəmirdi.Sanki göydə işıqlar sayrışırdı.Atılan mərmirələrdən bizim kəndimizədə düşmüşdü,lakin xoşbəxtlikdən zərər çəkən olmadı.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.Həmişə oldğu kimi aprel döyüşlərindədə ermənilər Tərtər cəbhəsində böyük itki verdilər . Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Biz bu gündə ermeni təxribatının şahidi oluruq.Son günlərdə baş verən ermeni təxribatıa qarşı əsgərlərimizin layiqli cavbı hər kəsi sevindirdi ,təəssüf ki ,şəhidlərimzdə oldu ,ancaq vətən uğrunda ölən varsa vətəndir. Tovuzda bu müharibə bir daha sübut etdiki,Azərbaycan ordusu torpağımızın hər qarışını qorumağa qadirdi.Demək olar ki ,dünyada bir çox dövlətlər ən başda qardaş Türkiyə,Pakistan Azərbaycana öz dəstəyini nümayiş etdirdi,ermenistanın isə necə bir təxribatçı dövlət olduğunu bir daha şahidi oldular.Mən bu gün düyna Azərbaycanların həmrəy olduğunu çox alqışlayıram.Dünyanın bir çox ölkələrində Azərbaycanlıların etiraz nümayişləri keçirilir bu isə xalqımızın həmrəylik anlamına gəlir.
Mən cəbhə bölgəsində yaşayan bir vətəndaş kimi , əlində silah səngərdə qışın soyuğunda ,yayın qızmar istisində bizi qoruyan əsgərlərimizə öz təşəkkürümü bildirrəm.Mən xalqımızın qəhraman əsgər və zabitləri ilə qürur duyuram və inanıram ki , onların sayəsində işğalda olan torpaqlarımız tezliklə ermeni terrorçularından azad olunacaq.Üç rəngli bayrağımız Şuşada,Xankəndində dalğalanacaq.Şəhidlərimizin qanı yerdə qalmayacaq.
Yazar: Aynur Kazımova ADPU tələbəsi (kafkazh.com saytı və ADPU TGT IBT fakultəsinin təşkilatçılığı ilə “Ən Yaradıcı Məqalə” müsabiqəsində 1ci yerin sahibi)