Vətənin qürurlu övladları
Vətənin qürurlu övladları
1. Tarixin bütün dövrlərində,doğma yurdun başı üzərini qara buludlar alanda müqəddəs
torpaqlar naminə canından keçmiş vətən övladları öz sinələrini düşmənə sipər etmiş , millətimizin
qəhrəmanlıq salnaməsinə şanlı səhifələr yazmışdır. Onlar şəhadətləri ilə ölümü ucaldıb ölümsüzlüyə ,
əbədiyyətə qovuşurlar. Azadlıq ağacı o zaman bar verər ki, bu ağac gərək qəhrəman gəncliyinin qızıl
qanı ilə suvarılsın.
2. .Mən sizə bu məqalədə həyatı nəsillərə örnək olan qəhrəman – Azərbaycan milli ordusunun
gənc zabiti ,şəhidliyi ilə tarix yazan , erməni təxribatının qarşısını alarkən həlak olmuş mayor Aqşin
Abdullayevin həyat və döyüş yolundan söhbət açacağam.Vətən , torpaq və əsgəri uğrunda öz canını
əsirgəməyən qəhrəman zabitin ömür yolu gənc nəslin vətənpərvərlik , insansevərlik , torpağa bağılıq
uğrunda tərbiyəsində örnək rolunu oynayacaqdır.
3. Kimdir bu ölməz qəhrəman? Kimdir vətənin vətən daşı olan bu zabit? Kimdir ölümü
ölümsüzlük qədər yaşayan bu şəxsiyyət? Kim? Kim? ………
4. Aqşin Şəkinin Kiş kəndində İsmayıl kişinin ailəsində dünyaya göz açmışdır.Hərbiçi olmaq onun
uşaqlıq arzusu olub. O 2004-cü ildə uzun illərdi qəlbində yaşatdığı zabit olmaq arzusunu reallaşdıraraq
Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə “ kəşfiyyat tağım komandiri” kimi işə başladı.2013-
2016-cı illərdə o , Cəlilabad , Masallı , Lənkəran rayonlarında xidmət göstərmişdi.Aqşin 2016-ci ildə
baş vermiş aprel döyüşlərinin iştirakçısı olmuşdur . Növbəti ilin fevralin 26-da Xocavənd istiqamətində
, Nərgiztəpə ətrafında Aqşinin başçılıq etdiyi hərbi hissələrimizin kəşfiyyat qrupu erməni təxribatının
qarşısını almağa çalışırdı. Necə olursa qrup tələyə düşür və düşmən onları görür.Aqşin heç
düşünmədən sonunda ölüm olduğunu bilə-bilə özünü dostlarına yetirir.Bacardığı qədər yaralı və
həlak olmuş əsgərləri arxaya gətirir. Lakin ermənilər onu dərhal gülləbaran edirlər.Aqşin bilirdi ki, bu
döyüşdə geri dönməmək var , lakin onlar döyüşdən əvvəl dost andı içiblər. İnamdır bu andın adı!!!
5. Aqşinin dəfn olduğu gün Kiş kəndi belə izdiham görməmişdi. Zabitin tabutunu qucaqlayan
anası Dursun və həyat yoldaşı Xuraman saçlarını yolurdu.
Kişilər ağlamaz deyirlər.Dağ boyda İsmayıl kişi yumağa dönmüşdü.Oğlu Aqşini məzara tapşıranda
bütün bədəni lərzəyə gəldi, daşa döndü.Dursun ananın şəhid oğluna yazdığı məktubunda bir ananın
fəryadını ürək acısını görə bilərik: “insan üçün ən böyük dərd öz yaxınlarını– anasını , atasını , bacısını
, qardaşını itirməkdir. Doğmalarını itirənlər yalnız balasına baxaraq təsəlli taparlar. Bes hanı mənim
təsəllim ? Bax ürəyim belə parçalanır. Sürünün həşəratlar, mənim balamı əlimdən alan , üç körpəni
yetim qoyan ilbizlər , bitlər siz nə vaxta kimi qan soracaqsınız?.. Həmişə yalvardım ki, Allaha dörd
övlad verdim torpağa , mənim bu iki balama dəymə , Allahım !!!…”
6. Əziz şəhid valideyinləri! Unutmayın , hər bir insanın ömür kitabında iki tarix olur: doğum və
ölüm. Şəhidlərin həyatında yalnızca doğum tarixi olur. Mirzə Cəlildən sitat gətirsək :”Elə yaşamalısan
ki, öləndən sonra ölməyəsən”. Ölümün özünə meydan oxuyan İgidlərimiz real həyatı tərk etsədə ,
şirin bir xatirəyə çevrilərək minlərlə insanın qəlbində yuva qurur. ŞƏHİDLƏR ÖLMƏZDİRLƏR , ÖLMƏZİ
AĞLAMAZLAR!!!!!!!
YAZAR: Vəsilə Allahverdiyeva
Həmçin bax:
Həmçin bax: Qarabağ qazisi ilə müsahibə