Vətənin qürurlu övladları

Vətən,hər bir insan üçün doğmadır,əzizdir. Elə bir insan olmaz ki, Vətənini sevməsin. Biz hər birimiz hər bir uğurumuzu Vətənimizin və anamızın sayəsində qazanırıq.
Vətənimizin zaman-zaman qürurlu evladları olub indi də var. Bu müəllim, həkim,hərbiçi,siyasətçi, sıravi bir insan da ola bilər. Azərbaycanın tarixinə baxsaq qürurlu evladları Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi,ötən yaxın əsrlərin şairləri,generalları, milyonçularını misal göstərmək olar. Elə iyirminci əsrin əvvəllərində Azərbaycanı işğaldan xilas edib müstəqilliyə qovuşduran Məmməd Əmin Rəsulzadəni,ondan sonra 30-cu illərin qürurlu qurbanlarını Mikayıl Müşfiq, Hüseyn Cavid və s.ni nümunə göstərmək olar. 41-45 in ikinci dünya müharibəsində minlərlə qəhrəmanlarımız oldu.
Bunlar hamısı tarix boyu itirdiyimiz qürurlu qəhrəmanlardır.
Mənim fikrimcə insanın nə savadı, nə diplomu, nə də pulu insan edə bilməz. Qüruru, vicdanı olan insan, insan ola bilər.
Vətənimizin belə oğullarından biri də bizim hamımızın sevimlisi,hamımızın atası,xilaskarı, ümummilli liderimiz Heydər Əliyevdir. O, xalqın ən qürurlu evladlarından biridir. Onun Azərbaycan üçün etdikləri göz qabağındadır. O, Sovet dönəmində də millətinə arxa dayaq olub.Heydər Əliyev 90-cı illərin çətin vaxtlarında xalqını tək qoymadı. Baxmayaraq ki, o çox çətinliklərlə üzləşdi. Sovet hakimiyyəti Heydər Əliyevə çox çətinliklər yaratdı. Bu çətinliklərə baxmayaraq Azərbaycan xalqının yanında oldu. O zaman Azərbaycanda Vətəndaş müharibəsi vardı. Bəlkə də, Azərbaycan son günlərini yaşayırdı. Milli məclis də oturanlar vəzifə davası edirdilər. Heç xalqı düşünmürdülər. Maaşlar,pensiyalar verilmir,iş yerləri bir- bir bağlanırdı. Xalq aclıq,səfalət, müharibə şəraitində yaşayırdı. Torpaqlarımız işğal olunur. Hər gün şəhidlərimiz artırdı.
Həmin vaxt Heydər Əliyev xalqını darda qoymadı, Azərbaycanı çiçəkli bir Azərbaycana çevirdi. Məktəblər tikildi, yollar çəkildi. Azərbaycanı dünyaya tanıtdı.

Qeyri-neft sahəsi inkişaf etdi. Heydər Əliyev tarixi bir şəxsiyyət, ilahi bir insandır, vətənpərvərdir, qürurludur,o xalqımızın xilaskarıdır. Mən Heydər Əliyev kimi ümumilli liderimiz olduğu üçün fəxr edirəm, necə ki o Azərbaycanlı olduğu üçün fəxr edirdi.
Ancaq,heyif ki,indi aramızda yoxdur. O qürurlu insan cismən aramızda yoxdur,amma xalqımızın qəlbində yaşayır.
Lakin,çox şükürlər olsun ki, onun davamçısı İlham Əliyev Heydər Əliyevin yolunu davam etdirir. Prezidentimiz də qürurlu, vətənpərvər insandır.
Mən bu yazını yazmağım 12-15 iyul 2020 ci il hadisələri olduğu zamana təsadüf etdi.
Yenə qürurlu evladlarımız şəhid oldu, qürurlu xalqımız yaralandı. Bu fürsətdən istifadə edib xalqın fikirini yayındıran, vətəni sevməyənlər üzə çıxdı.
Mən üzümü Azərbaycanın ağıllı, savadlı, qürurlu, vətənpərvər ancaq təcrübəsiz gənclərinə tuturam. Biz bir olaq, dövlətimizin, prezidentimizin, ətrafında bir olaq, həmrəy,həmfikir olaq. Özünü xalqın canına yanar kimi göstərib, qürurlu evladlarıyıq deyib, ancaq nə qürurdan, nə də xalqdan xəbəri olmayan,düşmənin dəyirmanına su tökənlərin şirin dillərinə inanmayaq. Biz tarixə,həqiqi faktlara baxaq. Dövlətimizə,İlham Əliyevə güvənək.

Yazar: Gülər Məmmədova ADPU Şəki filialının tələbəsi (kafkazh.com saytı və ADPU TGT IBT fakultəsinin təşkilatçılığı ilə “Ən Yaradıcı Məqalə” müsabiqəsinin iştirakçısı)