Vətənin qürurlu övladları
Vətən sadəcə 5 hərfdən ibarət olmayıb, özündə bir bütünü əhatə edən kəlimə, uğruna qanlar tökülən,can alınan doğma yurdumuz.Təbii ki Vətəndən danışdığımız zaman onun uğruna canından keçmiş Şəhidlərimi əsla unuda bilmərik.
Vətənimizin ordusu yenilməz və güclüdür! Bunu döyüşlərdə qanı bahasına qoruyan Şəhidlərimiz “Aprel döyüşlərində” bir daha sübut etdilər. Bu döyüşlərdə Şəhidlik zirvəsinə ucalmış Qabil Orucəliyev, Kamran Şirəliyev, Vüqar Yusifov,Sərxan Bayramov,Emin Babayev,Rasim Məmmədov,Elnur Əliyev,İnqilab Quliyev, Nurlan Əsgərov,Orxan Müstəcəbov,Tural Qurbanov bu siyahı bitmir və bitməz ! “Aprel döyüşləri” bizə kədər bəxş etsədə Tarixdə bir daha qəhrəmanlıq səhifəsi təkrarlandı. Sübut olundu ki,biz hər zaman hazırıq! Biz hər zaman güclüyük! Vətən övladları xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi yazdılar.Onlar bu vətəni yaşatdıqlar!
Vətən uğrunda canından keçmiş, Azərbaycanın Milli Qəhrəmanlarından biri də Çingiz Mustafayevdir. Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18sənədli film çəkmişdir. Mustafayev döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı . O, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Çingiz Mustafayev sayəsində Qarabağ döyüşlərini dünya ictimaiyyəti birliyinə çatdıra bilmişik.
Vətənimizin digər igid Qəhrəmanlarından biri də Mübariz İbrahimovdu.Biləsuvar rayonunda dünyaya gələn , torpaq, vətən sevgisini dərk etdiyi gündən torpaq eşqi ilə yanan Mübariz bir canım var o da vətənimə qurban deyib! Mübariz son məktubunda da bunu bildirib:
Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.Vətən uğrunda igidlərin adlarını çəkdiyimiz zaman qanlı “20 Yanvar” döyüşlərini əsla unutmaq olmaz . Həmin gün xalqımızın birliyi, millətin tək yumruq kimi birləşməsi ,vətəni uğrunda mübarizə meydanına qalxması tarixin silinməz vərəqlərindən biridir. Acı amma müstəqilliyi bizə bəxş edən bu dönəmdə Ana Vətəni qoruyub şəhidlik zirvəsinə qalxan qəhramanlarımızı Unutmadıq! Unutmayacayıq!
“20 Yanvar “ döyüşləri zamanı şəhid olan igidlərimiz haqqında məlumat verəcəm:
Azər Ələkbərov Bakıda dünyaya şəhid olduğu zaman 23 yaşında idi. Azərbaycan Dövlət incəsənətUniversitetinin rejissorluq fakültəsinə daxil olub. III kursda oxuyurdu.Azər Ələkbərovun acısını atası Nəsib Ələkbərov belə təsvir edərək qeyd edib: Aman allah, oğul dərdi nə yaman olurmuş. O bizi od-alova salıb
getdi. Onun yeri soyuq məzar, odlu-alovlu bu gen dünya bizim qəbrimiz!
“20 Yanvar “ döyüşləri zamanı şəhid olmuş Cavad İsmayılov haqqında yazacam:
Cavad İsmayılov 1962 -ci ildə Bakı şəhərində dünyaya göz açmışdı. Bakı şüşə zavodunda fəhlə işləyib. Hadisədən sonra iki qız övladı yadigar qalıb.Cavad İsmayılov tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin qohumudur.
İndi isə dünyasını dəyişərkən daha həyatının ən gözəl çağında olan İlqar İbrahimovdan danışmaq istəyirəm: O , dünyasını dəyişərkən 13 yaşında idi.Hələ 7-ci sinif şagirdi olan İlqar Qanlı gecədə şəhid olmuşdu.
Daha bir şəhidimiz isə Kamal Məmmədovdur. O, 1955-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. Həmin gecə Sabunçudan Suraxanı
benzindoldurma məntəqəsinə gedərkən Suraxanı qəsəbəsi yaxınlığında əsgərlər
tərəfindən atəşə tutulmuşdur. Mərhumun bədənində çoxsaylı güllə yarası olmuş, kəskin qanitirmədən vəfat etmişdir.
Namiq Əliyev isə həyatının ən gözəl çağında 24 yaşında dünyasını dəyişib. Namiq Əliyev 1965-ci il 19 iyulda Bakıda anadan olub. «Zümrüd» restoranında aşpaz işləyib. Subay idi.3 bacının bir qardaşı olan Namiq amansızcasına Qanlı döyüşlərdə öldürülmüşdür.
Erkən yaşlarında şəhidlik zirvəsinə ucalan digər bir qəhramanımız isə Yusif Sadıqovdur.
Yusif Sadıqov universiteti fərqlənmə ilə bitirib,aspiranturaya daxil olmuşdu.Və təzəcə nişanlanmışdı.Ailənin sonbeşiyi olan Yusif qanlı döyüşdə ,24 yaşında həyatını itirdi.
Azərbaycanın Qəhrəmanları çoxdu.Yazmaqla bitən deyil.Onlar hər zaman olub ,və olacaq!
Yazar: Günel Qurbanova ADPU tələbəsi (kafkazh.com saytı və ADPU TGT IBT fakultəsinin təşkilatçılığı ilə “Ən Yaradıcı Məqalə” müsabiqəsində 5ci yerin sahibi)