Vegetativ çoxalma
İnsanlar onlara lazım olan mədəni bitkiləri müxtəlif yollarla çoxalırlar. Məsələn: kartofu gövdə yumruları ilə , ləlani , nərgizi soğanaqların , giləmeyvəli kol bitkilərini kök pöhrənləri ilə çoxaldırıq. Lakin elə vegetativ çoxalma üsulundan da istifadə edirik ki , o ya təbiətdə heç yoxdur, ya da az təsadüf olunur.
Təbiətdə təsadüf olunmayan vegetativ çoxalma üsulları aşağıdakılardır.
★ çilik vasitəsilə çoxalma
★ basdırma ( qol ayırma ) üsulu ilə çoxalma
★ calaq vasitəsilə çoxalma
★ toxum kulturası ilə çoxalma
Çiliklərlə çoxaltmaq üçün otaq, yaxud ağac bitkilərinin bir və ikillik gövdə və zoğlarını kəsib suya qoyurlar. Onları birbaşa torpağa da basdırmaq olur. Müəyyən müddətdən sonra onlarda əlavə köklər yaratmağa başlayır. Otaq bitkilərindən ətirşahı həmçinin qızılgülü üzüm təməllərini , nar , əncir, söyüd və s.bitkiləri asanlıqla biliklər vasitəsilə çoxalmaq olar . Çoxillik bitkilərin çiliklərini torpağa bir qədər maili basdırmaq lazımdır ki, onun səthi ilə torpağın münbit qatı təmasda olsun .
Çiliklərin aşağı hissəsində tumurcuq olan nahiyədən kəsilməlidir. Belə haldan əlavə köklər daha tez əmələ gəlir. Onları tez-tez suvarmaq lazımdır.
Bitkilərin yerüstü hissələrlə çoxaldılmasında basdırma ( qol ayırma) üsulundan da geniş istifadə olunur. Bu üsula firqəndə də deyilir. Bunun üçün bitkinin torpaq səthinə yaxın cavan budağını üfüqi vəziyyətdə yerə əyib qatılmış çalanın içərisinə salır , bir neçə yerdən torpağa basdırırlar. Sonra budağın uc hissəsini çöldə saxlayıb , şaquli vəziyyətdə dirəyə bağlayırlar. Bir müddətdən sonra budağın torpağa basdırılmış yerindən əlavə köklər inkişaf edir. Payızda kök atmış bitkilər ana bitkidən ayrılaraq başqa yerə əkilir.
Calaqetmənin təsərrüfatda çox böyük əhəmiyyəti vardır.
Calağın üç forması var :
- qələm calağı
- göz calağı
- yaxınlaşdırma calağı
Yaxınlaşdırmaq calağı əsasən çoxillik ot bitkilərində aparılır. Göz calağı bağçılıqda daha geniş yayılmışdır . Göz calağında calaq materialı az sərf olunur. Canlanan bitkilər çox az zədələnir. Göz calağı, adətən iyul ayının axırında və avqust ayında aparılır. Bu üsulla 1-2 illik cır ağacların qabığı altında mədəni ( peyvənd) sortların gözləri – tumurcuqları canlanır.
Göz calağı vurmaq üçün cır ağacın şimal tərəfində yerin səthinə yaxın, düyümsüz yerində qabığı əvvəlcə eninə və sonra bıçağın uc hissəsi ilə aşağıdan yuxarıya təxminən 3 sm uzununa kəsilir . Bıçağın ağzı ilə qabığın kəsilən yeri azca yanlara qaldırılır . Hazırlanmış çubuqların orta hissəsindən göz elə yanlara qaldırırlar. Hazırlanmış çubuqların orta hissəsindən göz elə götürülməlidir ki, tumurcuğun altında bir az çubuğun oduncaq hissəsi qalmış olsun.
Qələm calağı müxtəlif yaşlı qələmlərlə aparılır. Sadə qələm calağında həm qələm , həm də anac , yəni qələmaltı eyni yoğunluqda olmalıdır. Adətən iki və üçlük zoğları caladıqda yaxşı nəticə verir. Sadə calaqda qələmi, həm də anacı elə hamar kəsmək lazımdır ki , onlar bir- birinin kəsik səthini tam örtsün . Sonra onları möhkəm sarıyırlar.
Çoxalma:
Bütün canlı orqanizmlərə xas olan xüsusiyyətdir. Çoxalma hesabına həyat nəsildən- nəsilə davam edir. Bu canlıların həyat fəaliyyətinin ən mürəkkəb proseslərindən biridir. Təbiətdə çox müxtəlif çoxalma üsulları mövcuddur. Bunların hamısını iki tipə ayırmaq olar : qetri- cinsi və cinsi çoxalmaya
Qeyri- cinsi çoxalmanın bir forması vegetativ çoxalmadır .
Vegetativ orqanlar- kök, gövdə, yarpaq və s.vasitəsilə bitki fərdlərinin sayının artmasına vegetativ çoxalma deyilir.
Bitkilərin çoxu kökümsovlarla , kök pöhrənlərilə , sürünən gövdələrlə , bığcıqlarla , stolonlarla, yarpaq üzərindəki tumurcuqları , cavan zoğlarla , soğanaqlarla və s.təbii şəkildə çoxalır.
Çayır bitkisi çox tez yayılan alaq otlarından biridir . Sürünən kökümsovları vasitəsilə çoxalır . Quraqlığa çox davamlıdır. Torpağı şumladıqda kökümsov gövdə ayrı-ayrı hissələrə parçalanır və üzərində tumurcuq olan hər kökümsov parçasından yeni bitki əmələ gəlir.
Çiyələk bitkisi də təbii yolla stolon adlanan bığcıqlarla çoxalır. Bığcıqların uc hissəsində tam inkişaf etməmiş kiçik yarpaqlar olur. Bığcığın uc hissəsində tam inkişaf etməmiş kiçik yarpaqlar olur. Bığcığın uc hissəsi torpağa girərək əlavə köklər əmələ gətirir və üzərindəki tumurcuqdan yeni bitki inkişaf etməyə başlayır.
Üçyarpaq yonca üzərində yarpaqları olan adi sürünən gövdələri vasitəsilə çoxala bilir. Onun gövdəsi həmişə üfüqi vəziyyətdə boy atır , sanki yerlə sürünür. Torpağa toxunan buğumlarda əlavə köklər və zoğlar əmələ gəlir. Uzun saplaqlı mürəkkəb yarpaqların qoltuğundan çiçək qrupları çıxır . Onların da yarpaqları çox uzun olur.
İnciçiçəyinin kökümsov gövdəsində bir neçə tumurcuq olur. Bu tumurcuqlardan yerüstü zoğlar inkişaf edir.
Müəyyən vaxtdan sonra bu zoğlar arasındakı kökümsov hissələri çürüyür və zoğlar müstəqil bitkiyə çevrilir. Sonra hər bitkinin yeni kökümsovları əmələ gəlir. Ona görə də meşələrdə inciçiçəyi tək-tək deyil, topa şəklində bitir və bir neçə kvadrat metr sahəni əhatə edir.
Yeraltı köklər vasitəsilə də bir çox bitkilər təbii şəraitdə çoxala bilir . Gilas , albalı , gavalı , moruq və s.bitkiləri buna misal göstərmək olar. Bu bitkilərin köklərində də tumurcuqlar əmələ gəlir. Bu tumurcuqlardan əmələ gələn zoğlara kök pöhrənləri deyilir. Kökümsovlu bitkilərdə olduğu kimi bu bitkilərdə də çoxillik yaşlı köklər qurduqdan sonra pöhrənlər ana bitkidən ayrılır və sərbəst bitkiyə çevrilir.
Bəzi bitkilər isə gövdə yumruları və soğanaqlarla çoxalır. Bunlara misal olaraq yerarmudunu dağ laləsini göstərmək olar. Kökümsovlarda , sürünən gövdələrdə əlavə köklər olduğu halda, gövdə yumrularında , soğanaqların tumurcuqlar olur , amma köklər olmur. Ona görə də onlar inkişaf etməyə başlayanda, yeni əmələ gələn bitki gövdə yumrularında və soğanaqlarla olan ehtiyat maddələrdən istifadə edir .
Bəzi hallarda yarpaqlar vasitəsilə vegetativ çoxalma baş verir. Otaq bitkisi olan briofillumun yarpaqlarının kənarında çoxlu tumurcuqlar əmələ gəlir. Bu tumurcuqlardan üzərində əlavə kökcükləri olan kiçik yarpaqlar əmələ gəlir. Onlar müəyyən vaxtdan sonra yerə tökülür və rütubətli torpağa düşdükdə sərbəst bitki kimi inkişaf edirlər.
Vegetativ çoxalma ilə bitkilər yeni qida sahəsinə malik olur, başqa yerlərə yayılırlar. Bundan əlavə bəzi bitkilərin toxumla çoxalması çətinləşir. Bunun üçün həmişə əlverişli şərait yaranmır . Qalın meşələrdə kölgəlikdə bitən bitkilərin çoxunun çiçək açması, yoxlanması , meyvələrinin yetişməsi mümkün olmur. Belə halda onlar vegetativ yolla çoxalırlar. Bu, nəsli davam etdirmək üçün mühitə uyğunlaşmanın bir formasıdır.
YAZAR: Aytən Yusibova
Həmçinin bax: https://kafkazh.com/mamirlar/
Həmçinin bax: https://tehsilim.org/naxcivan-muellimler-institutunun-sehid-mezunlarinin-xatiresi-yad-edilib/