Vaxtsız böyüyənlər

Vaxtsız böyümək deyəndə ağlınıza nə gəlir ? Və aranızda vaxtsız böyümüşəm deyə biləcək biri varmı?
Bir söz var: yaşayırsansa hər bir duyğunu yaşayacaqsız. Yəni bütün hisslər və emosiyalar insanlar üçün var. Əvvəllər bu fikirlə razılaşırdım. Lakin zamanla yaşadıqlarım bunun belə olmadığını göstərdi. İndi ola bilərki düşünərsiniz ki 17 yaşlı bir qız nə yaşamış ola bilər ki, belə danışsın. İnanın ki, yaş, sadəcə vəsiqəmizdə olan bir ədəd və doğulduğumuz andan bəri günəşin ətrafında neçə dəfə dövr etdiyimizi göstərir. Yəni əsas yaş yox, yaşanılanlardır. Ola bilər ki, 10 yaşlı uşaq sizə o qədər mənalı və gözəl bir cavab verər ve ya 80 yaşlı nənənizdən heç bir mövzü haqqında məsləhət ala bilməyəsiz. Yaş heç vaxt önəmli olmayıb.
Beləki sən demə heç vaxt yaşaya bilməyəcəyim duyğular varmış: Ata Qayğısı
Deyə bilərsiz dünyada milyonlarla atasız anasız böyüyən uşaqlar var. Bunun nəyi anormaldır?! Bir söz var: hər kəsin yükü özünə ağırdı. Elədi. Ama bu 1 yaşlı uşaq üçün çox ağırdı. Təsəvvür edin ki, ilk yaş gününüzdü 1 yaşınız olur. Amma doğma atanız ailədi ilə birlikdə olmaq yerinə başqa qadını seçir… Bu hissi yaşamayan bilə bilməz nə qədər ağır olduğunu. 17-ci yaş gününüzdü və illərdi dəyişməyən səhnələr təkrarlanır. Dəyişən sadəcə yaş və düşüncələrdi. Düşünün, heç vaxt sizi məktəbə və ya bağçaya əlinizdən tutub aparan bir atanız olmuyub. Heç vaxt atanız gələndə qarşısına qaçıb onu qucaqlamamısınız. Və heç vaxt başınıza sığal çəkən olmuyub və olmuyacaq…
Ata qızın gözündə ilk kişi modelidir. Qızın göz açıb gördüyü daha doğrusu görə bilmədiyi sözdə bir atası var qarşısında. Bu qız gələcəkdə hansı kişiyə güvənə bilər?! Elə doğulan kimi atasına belə güvənməməli olduğunu öyrənib.
Və o qizin qarşısına təbiki əxlaqi dəyərləri çox aşağı biri çıxır. Qız onu qardaş gözündə görür, amma oğlanın məqsədi təbiki başqaydı…Oğlan qızın saflığından və ona çox dəyər verməsindən istifadə etməyə çalışır. Nəticə?? Oğlan istədiyini əldə edə bilməyərək qızla əlaqəni kəsir. Qız hələdə nələrin baş verdiyini dərk etmirdi. Təsəvvür edirsiz o qizin bunu anladığını anı…
Qız intiharı belə düşünür. Amma dünyadan günahla köçmək istəmədiyindən o qız hələdə yaşıyır..
Dünənə qədər başqalarının həyat hekayələrini oxuyurdu həmin qız. İndi isə siz onun hekayəsini oxuyursuz. Bəli o qız mənəm..
Saflığı və uşaqlığı əlindən alınmış vaxtsız böyüyən biri..
Bilmirəm gələcəkdə bizi nələr gözləyir. Amma onu bilirəm ki, hər nə olursa olsun dünyada yaşamağa, yaşatmağa və yaratmağa dəyər. Çünki dünyaya ilk və son dəfə gəlirik. Hansısa problemlərə görə həyatdan küsməyə dəyməz. İntihara heç dəyməz.
Deyə bilərsiz öz həyatından niyə danışdın.
Məqsədim sizə ilham və motivasya verməkdir.
Həyatda nə yaşayırsızsa yaşayın güclü olmağa çalışın. Bilirəm mümkünsüz dərəcədə çətindir bu. Mən həmişə bu cümləni deyirəm: Mümkünsüz deyə bir şey yoxdur. Çünki mümkünsüz sözündə belə bir mümkün vardır.
Xanımlar, həmyaşıdlarım və kişilər heyatda qarşınıza nə çıxarsa çıxsın onu normal qarşılamağa çalışın. Bilirsiz vecsiz olmasaz bu dünya yaşanıla bilinəcək yer deyil. Və mən sizə bütün qəlbimlə inanıram. 14 yaşlı bir qız bunların üstəsindən gəlib hələdə yaşayırsa, görün siz hansı uğurları əldə edə bilərsiz. Ümid edirem ki, sıxılmadan və maraqla oxudunuz yazdıqlarımı. Son olaraq hər kəsə qarşıdakı həyatında bol-bol uğur və təcrübə arzu edirəm. Gələn ömrünüz keçən ömrünüzdən qat-qat gözəl və mənalı olsun…

YAZAR: Melissa Kılınç