“Uzun ömrün akkordları”
Anar Rəsul oğlu Rızayev 1938-ci il, 14 mart tarixində Azərbaycan SSRİ-də Bakı şəhərində anadan olub. Atası xalq şairi Rəsul Rıza, anası şairə Nigar Rəfibəylidir. Azərbaycanda “Anar” adını daşıyan ilk şəxs yazıçı Anardır. Bu adın açıqlamasında bir-birindən fərqli versiya irəli sürülür. Birinci versiyaya görə “Anar” “anmaq” feilindən düzəlmişsə, ikinci versiyaya görə isə “Anası Nigar Atası Rıza” sözlərinin baş həriflərindən ad yaradılmışdır.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə daxil olmuş və bu məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə kimi sonradan həyat yoldaşı olan Zemfira İbrahimova ilə bir yerdə oxumuşdur. 1955-ci ildə Anar Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə, Zemfira xanım isə kanservatoriyaya daxil olmaqlarına baxmayaraq yolları ayrılmamış 1962-ci ildə ailə həyatı qurmuşdular.
Anar tanınmış Azerbaycan xalq yazıçısı, nasir, dramaturqdur. Yazıçının yaradıcılığının zənginliyi, fəaliyyətinin geniş əhatə dairəsi Çağdaş Azərbaycan ədəbiyyatı və mədəniyyətində misilsiz rola malikdir. O, hələ ilk yaradıcılığı olan “Keçən ilin son gecəsi”(1960), “Bayram
həsrətində”, “Asqılıqda işləyən qadın” əsərləri ilə Azərbaycan oxucusunun sevimlisinə çevrilməyi bacarmışdır.”Mən,sən,o və telefon”,”Macal”,”Əlaqə”və.s.kimi hekayə, povest və romanları hələ Sovet dövründən neçə-neçə nəsillərin dünyagörüşünün, həyat dair baxışlarınınformalaşmasında müstəsna rol oynamışdır. Anarın ömür dəftəri Azərbaycanın çətin tarixi dövrlərinə rast edir. Belə ki, Anarın yaradıcılığı Azərbaycan tarixində mühüm rola malik olan 2 epoxaya, XX əsrin 2-ci yarısında dirçəliş illəri olan 1960-1980-ci illər və 1990-cı illərdən başlayaraq Azərbaycanın müstəqillik illərinə təsadüf edir. Tam
əminliklə demək olar ki, Anarın əsərlərinə baxmaqla yarım əsr Azərbaycan milli insanının keçdiyi yolu, həyat mübarizəsini incəliklərinə qədər öyrənmək olar.
Anarın yaradıcılığının birinci dövrü hesab olunan XX əsrin 2-ci
yarısındakı qələmə aldığı “Yağış kəsdi”, “Ağ liman”, “Molla Nəsrəddin-66”, “Adamın adamı”, “Macal”, “Şəhərin yay günləri”, “Sizsiz” və.s.kimi povest, pyes və romanlarında yazıçı Azərbaycan SSRİ
vətəndaşının Sovet cəmiyyətindəki vəziyyətini, daxili iztirab və mənəviyyatını ön plana çəkir. Yaradıcılğının ikinci dönəmində qələmə
aldığı “Otel otağı”(1996), “Azərbaycançılıq haqqında düşüncələr”(1998), “Ağ qoç,qara qoç”(2003) kimi əsərlərində müstəqillik şərbətini içmiş Azərbaycan xalqının mübarizəsi, keçme-keşli yolu, Azərbaycan vətəndaşının xoşbəxt gələcəyi öz əksini tapır.
Yazıçı tək yaradıcılığı ilə deyil, cəmiyyət və xalq qarşısında xidmətləriylə hələ Sovet dövründən xüsusi diqqət görmüşdür. O,1976-cı ildə Azərbaycan İctimai Xadimi adına, Respublika Dövlət mükafatına (1980) layiq görülmüş,1987-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin, 1989-cu ildə isə SSRİ Xalq deputatı kimi vəzifələri icra etmişdir. 1991-ci ilin martında Yazıçıların IX qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. Müstəqillik illərində Ümumilider H.Əliyev Anar yaradıcılığına xüsusi önəm vermiş və onu yüksək qiymətləndirmişdir. Yazıçı müstəqillik illərində Millət vəkili seçilmiş, uzun zaman Milli Məclisin Mədəniyyət komissiyasına rəhbərlik etmiş,”İstiqlal”ordeni (1998) ilə təltif olunmuşdur.
Anarın yaradıcılıq bacarığı müasirlik və millilik vəhdəti, ümumbəşəri olmağı müasir insan pisxolagoyasının dərinliyi ilə Azərbaycan ədəbiyyatında çağdaş rol oynayır. Müasir Azərbaycan ədəbiyyatında Anar dəsti-xəttinin danılmaz haqqı vardır. O, Azərbaycan ədəbiyyatına təhkiyə və təsvir təzəliyi, yeni fikir gətirmişdir. Hal-hazırda yazıçı ömrünün müdrik çağlarını yaşayır buna baxmayaraq yazıçılıq yolunda ilk
addımlarını atanlar mütəfəkkir Anar irsindən bəhrələnməyə davam edir.
Yazar: Camalov İsmayıl (BDU, Jurnalistika)