Üzgüçülük üzrə dünya kuboku yarışları ləğv edilib
Üzgülçülük üzrə dünya kuboku yarışları ləğv edilib.
Sentyabrın 4-6-da Sinqapurda təşkili nəzərdə tutulan üzgüçülük üzrə dünya kuboku yarışları ləğv edilib.
AZƏRTAC xəbər verir ki, turnir koronavirus pandemiyasına görə keçirilməyəcək. Bu barədə qərar Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) ilə məsləhətləşmədən sonra qəbul olunub.
Qeyd edək ki, yarışda 200-dən artıq üzgüçünün iştirak etməsi planlaşdırılırdı.
Müxbir: kafkhaz.com
Xüsusi müxbir: Jale Hüseynova
Mənbə: Azərtac