Uyğurlara qarşı soyqırımı aktları: Şahidlərin dilindən- II hissə

Məryəm Sultan
Şahid – Uyğur türkü
“14 yaşdan 80 yaşacan qadınlar var idi düşərgədə. Hamımızın ayağında 5 kiloluq zəncir, qolumuzda da zəncir var idi. Mən bağırdım, ağladım: ” Məni hara gətirmisiniz?Mənim bir günahım yoxdur niyə bura gətirilmişəm?”- deyə. Ordaki qızlar dedi: “Ağlama, ağlasan cəza verərlər”…1 il 3 ay 10 gün o düşərgədə qaldım. 14 yaşlı balaca qızlar orda işgəncələrə məruz qalırdı.
Müxbir:
-Onlardamı terrorist adı altında cəzalandırılırdı?
Şahid:
-Onlar günahsız idi əslində, amma sırf Uyğurdular deyə orda idilər. Onların gözündə Uyğursansa, terroristsən deməkdir.
Hamımızın bədəni yara oldu, başımız bitləndi, saçımızı qırxdılar… Qazaxıstan Çinə yaxındı. Mən əgər o zülmü Qazaxıstanda duyurmağa çalışsaydım, məni öldürərdilər. Türkiyəyə gəldim ki, Müsəslman bacı-qardaşlarım mənə yardım etsin. Bu zülmü duyurum deyə buraya gəldim.”

Gülbahar Cəlilova
Şahid – Uyğur türkü.                                        “Çində yaşayan yüz minlərlə Müsəlmanın bu düşərgələrdə yoxa çıxmasından sonra Pekin seçilmiş bir neçə jurnalisti, bu təsislərə gətirməyə başladı.
Çin əvvəllər buraların (“Təhsil düşərgəsi”) varlığını rədd edirdi, amma bu gün belə bir yerdə bizi gəzdirirlər. Burada verilən mesaj nədir? Bu təsisin bir cəza evi deyil məktəb olduğu. Tələbələr öz istəkləri ilə yalnış düşüncələrdən uzaqlaşdırılırlar. (Yalnış düşüncə dedikləri din, müsəlmanlıq kimi şeylərdir.)
Təlimçi:
Radikal düşüncələrdən təsirlənmiş vəziyyətdədirlər. Bizim məqsədimiz, onları bu düşüncələrdən qurtarmaqdır.
Amma biz soruşduqca:
-Bir “günahın” ucbatından cəzalandırıldınmı?
Tələbə:
-Xeyr. Amma mən bir səhvə yol vermişdim.
-Namaz qılmanıza icazə verilirmi?
Tələbə:
-Çin qanunlarına görə, məktəblər ictimai bölgələrdir. Və ictimai bölgələrdə dini fəaliyyətlərə icazə verilmir.                        Müxbir:
Çəkiliş qrupumuz nə qədər dəlil toplamağa çalışa da hər səfərində buna mane olurdular,beynimizdə sual işarələri artırdı.
-Burda olmaq sənin öz seçimindir?
Tələbə:
-Bəli, radikal düşüncələr və terrorizmdən təsirlənmişdim. Qanunlar haqqında heç bir bilgim yox idi.
Arxa planda qalmağa çalışsalar da,səlahiyyətli şəxslər hər reportajı diqqətli şəkildə izləyirdilər. Dərslər bitdikdən sonra tələbələr evlərinə belə getmirdilər. 3-5 nəfəlik yataqxana otaqlarında məskunlaşırlar.
-Əgər hər hansısa tələbə burada qalmaq istəməsə,o zaman nə baş verir?
Səlahiyyətli şəxs:
-Belə bir situasiya ilə daha öncə heç rastlaşmamışıq. Belə bir şey olsa onları burda qalmaq üçün başa salardıq.
-Yəni belə başa düşdük ki, insanlar bura gəlmək məcburiyyətindədirlər,qaydalara əməl etməlidirlər. Siz onlara icazə verənədək burada qalmalıdırlar. Qulağa təhsil düşərgəsindən çox cəzaevi kimi gəlir elə deyilmi? İçində rəsm çəkib, rəqs edə bildiyin bir həbsxana.
Səlahiyyətli şəxs:
-İçində rəsm çəkə bildiyiniz bir həbsxana tanıyırsınız? Cəzaevi deyəndə nəyi nəzərdə tutduğunuzu anlamıram.Bura həqiqətən bir təhsil düşərgəsidir.
Məncə bir yeri cəzaevi olaraq müəyyən edən xüsusiyyət,içindəki fəaliyyətlər deyil… burdan istədiyin vaxt çıxıb çıxa bilməməyindir məsələ.
Səlahiyyətli şəxs:
Burdan yalnız məzun olduqları təqdirdə çıxa bilərlər.
Binalardan birində divarda bir yazıya rast gəldik.”Qəlbim, lütfən dayanmağa davam et” yazılmışdı.*Yazanın kimliyi bəlli olmasın deyə divar yazısını yayınlamadıq*
Son illər ərzində Çinin qərbindəki Sincan əyalətində çoxlu sayda yüksək güvənliyə sahib təsislər inşa edilib. Bu təsislər, yüksək divarlarla əhatələnmiş, tikanlı məftillərlə çevrili təsislərdir. Amma peykdən çəkilmiş şəkillər, bizi apardıqları bəzi təsislərdəki görüntü ilə üst-üstə düşmür. Təsis içi barmaq izi kilidi bizim gəlişimizlə əlaqədar olaraq müvəqqəti ləğv edilib. Boş ərazilər futbol və voleybol sahələri kimi bizə təqdim edilmişdir. Bu sahələr özəlliklə bizə nümayiş etdirilirdi.Bəs əgər bu düşərgələr nümayiş üçündürsə, girişə icazəmiz olmayan təsislərdə nələr baş verirdi?…
Rahima Şenbay, sadəcə telefonunda WhatsApp proqramı olduğu üçün Çin toplama düşərgəsidə 1 il keçirib. Dekabr ayında sərbəst buraxılıb və hal-hazırda Qazaxıstanda yaşayır…”
BBC News                                                        reportaj                                                                      “70 il içərisində bir çox tragediyalara şahid olduq. Toplu qətliamlar, Uyğur mədəniyyətinin və Uyğur kimliyinin yox edilməsi…Şərqi Türküstan sərhədləri bağlandığından orda nə olub bitdiyindən heç kimin xəbəri olmurdu. Modern texnologiya və əlaqələr sayəsində, özəlliklə 2016-cı ildən sonra orda olanlarla bağlı daha çox şeylər eşidirik…
Bildiyiniz kimi biz Uyğurlar Türkük və ayrıca Türk mədəniyyətinin mərkəziyik. Çin nə vaxt Çin səddinə baxsa, onu bir sərhəd olaraq müəyyənləşdirir. Bu torpaqlar Çinin əsla imtina etməyəcəyi torpaqlardır. Güc və təbi sərvətlərlə əlaqədar olaraq.Bu dəqiqə qəbul etdikləri şey bu və bütün bunların nəhayətində,3 milyondan çox məsum Uyğuru həbs etdilər…

Aziz İsa Elkun.                                          Akademik                                                                “Biz heç kimə gedin bizim üçün savaşın demirik, amma bu fəryadların,bu hayqırışların, bu göz yaşlarını qarşısında biganə qalmayın!Şərqi Türküstan üçün bir səs verin!…Əgər Şərqi Türküstana bu gün səs verməzsəniz, sabah çox gec ola bilər,hansı Ali mənfəət ya da iqtisadi çixar üçün susursanız etməyin!Sabah sahib çıxa biləcəyiniz bir Şərqi Türküstan qalmaya bilər…”
Bir Uyğur Türkünün mitinqdəki çıxışından.