Uyğurlara qarşı soyqırımı aktları: Şahidlərin dilindən- I hissə

Uyğur problemi və ya Uyğur-Çin problemi, Şərqi Türküstanda, Çinin Sincan Uyğur Muxtar vilayətində 1960-cı illərdən bəri davam edən dini-etnik bir münaqişədir. Uyğurlar quruluşlarının Sovetlər Birliyinin dəstəyi ilə olduğunu, daha sonra 1949-cu ildə Şərqi Türküstan Cümhuriyyətinin Çin tərəfindən ilhaq edildiyini və hələdə Çin işğalı altında olduqlarını söyləyirlər.

Tarixi faktlara, əsasən, demoqrafik vəziyyətə nəzər salsaq görərik ki, 1953-cü ildə əhali statistikasına görə Şərqi Türküstanda əhalinin 75%-ini Uyğur türkləri, 6%-ini isə Xan Çinliləri təşkil edirdi.2000-ci ildə isə vəziyyətin kəskin şəkildə dəyişməsini müşahidə edirik: beləki,əhalinin 45,21%-ini Uyğur türkləri, 40,57%-ini isə Xan Çinliləri təşkil etmişdir. Təqribən 50 il kimi qısa bir müddətdə belə böyük demoqrafik dəyişikliyin təməl səbəbi təbii ki, Çin hökümətinin bölgədəki Uyğur əhalinin miqdarını azaltmaq və Çinliləri bu əraziyə yerləşdirmək üçün izlədiyi siyasət xətti olmuşdur. Obyektiv baxımdan mövzuya nəzər salsaq, bu problemin hələ “Soyuq müharibə” adlandırılan dövrdə, yəni 1960-cı illərdə, vəziyyətin gərginləşməsi yolunda SSR-nin “əməyi”-ni inkar edə bilmərik. Bu illərdə Sovetlər İttifaqı öz mənafeyi uğruna Qazax və Uyğur türklərini Çinə qarşı doldurmuş, Daşkənddən Şərqi Türküstana radio yayınlar etmiş və Uyğurları müstəqil bir dövlət üçün baş qaldırmağa təşviq etmişdir. Təbii ki, əli silahsız bir xalqı azadlığa, müstəqilliyə təşviq etmək heçdə humanist davranış deyil. Məqsəd sadəcə Çini zəiflətmək üçün məsum xalqdan istifadə etmək idi. 1979-cu ildə isə Sovetlər İttifaqı Əfqanıstana girən zaman eyni siyasəti Çində istifadə etmək qərarına gəlmişdir, nəticədə SSR-in müsəlman Əfqanlara qarşı zülm tətbiq etdiyi təbliğatını yayaraq, Uyğurları Sovet İttifaqına qarşı doldurmağa çalışmışdır.

Uyğurlar sadəcə etnik baxımdan deyil, həmdə dini baxımdan zülmlərə məruz qalan bir xalqdır. 1997-ci ilin Ramazan ayında 30 Uyğur türkü vəhşicəsinə qətl edilmişdir. Bu hadisədən sonra xalq bölgədə nümayişlərə başlamışdır. Çin mediası bu nümayişləri Uyğurların üsyanı kimi qələmə vermişdir. Qərb mediası nümayişlərin heç bir üsyan xarakteri daşımadığını bildirirdi, lakin nümayişlər zamanı Çin ordusu nümayişçilərə atəş açmış, yüzə yaxın insan həyatını itirmişdir. 5 yanvar 2007-ci ildə Çin polisi Şərqi Türküstan İslami Qruplaşmasının düşərgələrinə basqın etmiş. 18 nəfəri öldürmüşdür. Bu hadisədən sonra ayağa qalxan Uyğur Radikal İslamçı qruplaşmalar 2008-ci ildə bölgədəki fərqli nöqtələrdə ixtişaşlar törətmişdir. Günümüzə qədər aralıqlarla belə hücumlar baş tutmuşdur. Elə bu səbəbdəndə Uyğur türklərinə Çin höküməti tərəfindən “terrosist” damğası vurulmuşdur.

Şahidlərin dilindən

“Tək kəlimə ilə desək Şərqi Türküstanda Müsəlman olmaq, inancı üçün canından keçməyi gözə almaq demək idi…Uşaqlığımız bu günki halımızla müqayisədə pis keçməyib, xoşbəxt bir uşaqlıq yaşamışıq, lakin bu xoşbəxtlik sadəcə ailə içində mövcud idi. Evdə sevgi var,hər şey var amma məktəbdə şiddət, qürur, qırıcı davranışlar. Ondan sonra uşaqlığımızdan bəri siyasi təhsil var idi. Hamımız bir balaca kommunist idik məktəbdə. Amma evdə Müsəlman idik. Uşaqlıqdan bəri kim olduğumuza qərar verə bilməmək durumu var idi. Ramazan ayında oruc tutmalı, təbii ki bunu gizli etməli idik. İşıqlarımız sönülü olurdu, balaca bir şam işığında qalırdıq. Bu aylarda yeməyi belə axşamdan edib, süfrəni hazır qoyurduq. Sonra yatıb məktəbə gedirdik, məktəbdə yemək və su verirdilər. Yeməyən, içməyən insanları orucludular deyə cəzalandırırdılar. Cümə günləri məktəblərdə saxlayırdılar bizi. Şagirdlərin Cümə namazına getmələrinə mane olmaq üçün…

Bizi işlətmək üçün tarlalara aparırdılar. İbtidai sinif vaxtı çox olmurdu bu, amma sonra 12 yaşımızdan 18 yaşımıza qədər hər il ən az 2 ay işləyirdik. Həbsxanalarda məhkumların yanında pambıq yığdırırdılar bizə. Gündə 34 kq toplamalı idik. Mən bacarmırdım deyə çox şiddət görürdüm. Bəzən axşam yeməyini belə vermirdilər…Məktəbdə acdığım üçün evdən quru meyvə aparırdım,onu belə qaydalara zidd olaraq qəbul edib cəza verirdilər…Uşaq dünyaya gətirmək qadağan idi. Hamilə qadınlara uşaqlarını tələf etmələri üçün təhdidlər edilirdi. Anam da bir neçə dəfə uşağını tələf etdirib. Bunu dövlətin rifahı üçün etdiklərini deyirdilər. Xalam məktəb müdürəsi idi, onu da işindən atılacağı ilə təhdid edib körpəsini tələf etdirmişdilər. Sonra xalam gənc yaşında döş xərçəngindən vəfat etdi. Ən qəribəsi də odur ki, bu bizə çox adi gəlirdi. Uşaq idik deyə başa düşmürdük, amma indi anlıyıram ki, bu rəsmən bir cana qıymaq imiş…

1990-cı illərdə “Barın qətliyamı” olmuşdu. Həbsedilmələr 1995-ci ilə qədər davam etmişdi. Baş örtülü (hicablı deyil sadəcə ləçək taxan insanlar belə) insanları, ondan sonra namaz qılan insanların hamısını həbs etdilər. Bu gün isə bunlardan daha şiddətliləri yaşanır. Bəlkə də insanlar qıraqdan baxanda düşünür ki, Şərqi Türküstanda müharibə var, amma məsələ müharibə deyil, tamamən sistem məsələsidir. Yəni sistem kommunist, dinsiz, ateist ya da Çin kommunist partiyasını öyən və ona xidmət edən insan olmamızı bizdən gözləyir. Biz isə Müsəlman olduğumuz üçün əqli çatışmamazlığı olan bir insan kimi görülürük, yəni bunun beynində problem var əgər müsəlmandırsa. Müsəlman olduğunu bəlli etməyən “normal” insanlar dövlət işlərində belə çalışa bilər…İnsanlar sadəcə “Toplama düşərgələri”-ni bilir, 2016-cı ilədən bəri. Amma bundan öncə də orda “Çalışdırma düşərgəsi” deyə bir yer var idi. Namaz qılan, hicab taxan, Quran oxuyan, inanclı insanların toplandığı bir yer və orda insanları işlətməklə dəyişdirmək olacağına inanan bir sistem mövcud idi. Əslində bunu köləlik deyə bilərik. Sadəcə işlətməklə də yetinmirdilər, siyasi təlimdə var idi…Dinin pis bir şey olduğunu və buna inanan insanların pis insanlar olduğunu, Allahın var olmadığnı, bunun sadəcə uydurma olduğunu deyirdilər-<Beyinlərimizi yuyurdular>…

Mən universitetdən məzun olan il “Urumçi qətliamı” oldu. Bu şahid olduğum 2-ci böyük qətliam idi. Quanqzhouda, Şərqi Türküstandan Çinin iç bölgəsinə işlətmək üçün gətirilən qızlara Çinli oğlanların təcavüz etdiyi xəbəri yayıldı. Universitet tələbələri Çin bayrağını qaldıraraq, bunun Çin qanunlarına da zidd olduğunu söyləyərək ,etiraz aksilayalarına başladılar. Belə başladı amma sonra bu yatırıldı. Çin təbii ki, belə ayaqlanmalarda Çin hökümətinə qarşı olanların ortaya çıxması üçün hadisələrin böyüməsinə zəmin yaradır. Daha çox insanın buna qatılmasın təmin edir. 5 iyul bu hadisə olduqdan sonra və ondan sonraki günlərdə Uyğurlar öldürülür. Universiteti bitirməyimlə bu hadisələr eyni günlərə təsadüf etdi və Şərqi Türküstana qayıda bilmədim. Pekində idim, Türküyəyə visa üçün müraciət etdim və təsdiq gəldi, beləliklə ordan qurtula bildim. Yaxınlarımdan xəbərim yoxdur, babam yəqin ki, dünyasını dəyişib…”

 

Müəllif: Yeganə Məmmədova