Uşaqlarda cinsi tərbiyə və cinsəlliyin düzgün izahı

Uşaqlarda cinsi tərbiyə və cinsəlliyin düzgün izahı, tualet vərdişinin aşılanması

Valideyinlər uşaq psixologiyasında başlıca rol oynayırlar. Cinsi tərbiyə daha uşaq 3-4 yaş ikən başlamalıdır. Uşaq ana-atasına soruşduğu suallara cavab ala bilməyincə şübhələr, qorxular və cinsi biliksizlik içərisində qalır.
🔹2 yaşına kimi bacı və qardaş eyni otaqda yata bilərlər. Qızın oğlanın bir birinin yaninda 2 yaşa kimi paltar dəyişilməsi ola bilər.
🔹 2 – 4 yaş eyni otaqda fərqli yataqlarda yata bilərlər
🔹7 yaş və sonrasi fərqli otaqlarda yatmalıdır ( bacı və qardaş)
🔹2 yaşından sonra uşaq ananı paltarsız görməyi olmaz ⚠️
🔹30 aylığından etibarən öz yerində yatmalıdır uşaq
🔹3 yaşdan sonra dodaq, saçın arxası, genital bölgə zonalarına heç kim toxuna bilməz – bunu uşaqlara başa salınmalıdır.
Uşaqlarla əməllərinizlə söhbət edin, 3 yaşından etibarən genital bölgəni ana yumamalıdır ( istər qız istər oğlan).
Uşağın öz bədənini tanımağı yaxşı effektivdirsə, həmin uşağın psixi xüsusiyyətləri digərlərindən daha yaxşıdır (təfəkkürü, təxəyyülü, idraki qabiliyyətləri və s).
Masturbasiya diqqətdən kənar qalan uşaqlarda daha çox rast gəlinir. Öz planını özü quran uşaqlarda masturbasiya daha çox rast gəlinir.
🔹Uşaq ən azından 6 ayına kimi anası ilə daima ünsiyyətdə olmağı zəruridir, 6 ayına qədər anası ilə yatmagı vacibdir. Cinsi kimlik və cinsi yetişkənlik anlayışı var onları qarışdırlar çox adam.
Cinsi kimlik öz rolunu dərk etməsidir və həyatda ən çox kimə bənzəmək istərdim sualına cavab tapmasıdır. Məsələn: Qızlar anasına, xalasına, bibisinə bənzəmək istəyər və ya müəlliməsinə.
Cinsi yetişkənlik isə cinsi fəaliyyətinin yetişməsi dövrüdür və bu yaş yeniyetmə yaşına təsadüf edir.
🔹Üç-dörd yaş arası qız və oğlan uşaqları artıq aralarında olan fərqlilikləri başa düşürlər. Hətta bir-birinin cinsiyyət orqanını necəliyi ilə maraqlana bilərlər. Bu yaşda uşaqlar öz uşaqlıqlarını, necə dünyaya gəldiklərini bilmək istəyirlər. Ana, bəbə necə olur? Yəni dünyaya necə gəlir? Sualını verə bilərlər.
Necə cavab versək daha doğru olar?
Başdan anlatmaq üçün həyat yoldaşınızla olan birliyinizdən danışmaq olar. Məsələn illər öncə atan və mən tanış olduq, zamanla bir-birimizə hörmət hissi, çox istəmək hissi yarandı və biz ailə qurduq. Biz xoşbəxt ömür keçirirdik. İstədik ki, sənin kimi gözəl övladımız olsun, sən bizə ana, ata deyə müraciət edəsən. Sən dünyaya göz açdın. O qədər gözəl idin ki, saf məsum idin ki, indi də çox gözəlsən qızım və ya oğlum. Sən bizim qarşılıqlı hörmətimiz, bir birimizə olan istəyin bizə hədiyyəsisən. Səni bizə Allah bəxş etdi.
Arada bildirə bilər ki, sizin toyunuza məni niyə aparmamısınız?
Deməlisiz: Çünkü sən hələ dünyaya göz açmamışdın.
Bu yaşda uşaqlar sevgi və mehribanlığa ehtiyac duyduqları üçün cinsi məsələləri onlara başa salan zaman onlara məhəbbət göstərilməlidir.
10-14 yaş: Bu dövrdən etibarən artıq övladlarınız yeniyetməliyə addım atır. Əgər bu vaxta kimi də övladınızla söhbət etməmisinizsə, hələ də gec deyil, onunla danışın. Çünki, övladınız onda baş verən dəyişikliklər səbəbilə mənəvi və psixoloji cəhətdən özünü pis hiss edir. Bəzən isə bu dəyişikliklər barəsində utandığı üçün sual verə bilmir. Xəcaləti kənara qoyub, onun suallarına cavab verin. Həddindən artıq məlumat verməkdən çəkinin. Müasir həyat tərzi (kino, televiziya, yazılı ədəbiyyat, informasiya və s.) gənclərin əvvəlki nəsillərə nisbətən daha tez (1-2 il) cinsi yetkinləşməsi ilə nəticələnir. Cinsi yetişkənliyin tez başlaması o demək deyildir cinsi əlaqəyə də tez başlamaq olar.
Cinsi tərbiyə: Əslində bu valideynlərin işidir. Valideynlər imkan tapmadıqda iş adamdırsa, təcrübəli tərbiyəçi yanına qoya bilər. Və əslində onu digər yad adamlar deyildə məhz valideyn izah etməlidir. Uşağa əgər yaşı çatırsa təbii ki, cinsəllik düzgün izah olunmalıdır, əgər bacarmırsa psixoloq köməyi ala bilər. Əksərən yeniyetmə yaşda atırlar bu addımı. 14-15 yaşda baxırlar əksərən, bu yaşda izah edilə bilər.
Cinsi tərbiyəylə bağlı aparılan məqsədyönlü, sistemli və planauyğun işlər gələcəkdə vaxtından əvvəl cinsi yaxınlığın, seksual motivli cinayətlərin, zorlama faktlarının qarşısını alır. İstər ailədə, istərsə də məktəbdə cinsi tərbiyə kor – təbii, sistemsiz və pərakəndə şəkildə aparıla bilməz. Bu istiqamətdə qarşıya konkret məqsəd qoyulmalı, sistemlilik, planauyğunluq, fasiləsizlik gözlənməlidir.
Cinsi tərbiyə,bəzilərinin zənn etdiyi kimi cinsi pozaların və ya cinsi əlaqə növlərinin öyrədilməsi deyildir. Cinsi tərbiyə uşaqlara 3 mərhələdə öyrədilməlidir:

1. Ailə tərəfindən kiçik yaşlı uşaqlara evdə verilən cinsi tərbiyə: vacibdir. Danışmağa başlayan uşaqların cinsəlliklə bağlı ilk soruşduqları sual onların cinsi orqanları ilə bağlı olur. Belə sullara cavab vererkən ata və ana ən əvvəl ciddiləşməməli, uşağa üz ifadəsini dəyişməməli, yalan cavab verməməlidir.

2.İbtidai məktəb dövründə verilən cinsi tərbiyə: Bu dövrdə valideynlərin tərbiyəsi ilə yanaşı müəllimlərin tərbiyəsi də əhəmiyyət daşıyır.Qız və oğlan uşaqları bədənlərini bu yaş mərhələsində daha yaxşı öyrəndikləri üçün onlarla cinsi tərbiyə daha diqqətli aparılmalıdır.

3.Orta təhsil dövründə verilən cinsi tərbiyə: Cinsilik mövzularında uşaqlar səhv istiqamətləndirilməməlidirlər. Texnik olaraq orta məktəblərdə bir sıra fənlərdə cinsi birləşmə, törəmə kimi materiallar detallı şəkildə şagirdlərə öyrədilir. Bu fənləri tədris edən müəllimlər xüsusilə AIDS kimi cinsi birləşmə ilə bulaşan xəstəliklərə diqqət çəkməyi də unutmamalıdırlar. Kurikulumda 8-ci sinifdə öyrədilir. 5 və 6-cı sinif şagirdi qızlara ildə bir dəfə özəl olaraq dərs keçilir bununla bağlı. Məktəbdə öyrədilməsi üçün o yaş seçilir çünkü yeniyetmə yaşı olaraq bədən çox dəyişir bəzi funksional dəyişimlər olur.

Uşaqlara 18-30 ayları arasında tualet vərdişi öyrətmək məsləhətdir. Lakin bu müddət uşaqdan uşağa dəyişə bilər.
Uşaqlarda 5 yaşına kimi planlama bacarığı formalaşmır .
1️⃣ uşağa sujetli şəkillər vasitəsilə tualeti öyrətmək
2️⃣vizual öyrətmə
3️⃣hərəki formada özümüz göstərərk edirik onunkunu*
4️⃣tualet vərdişi yaranır
Nəticə etibarilə pampersdən qurtulur. 2 yaşına kimi pampers olar. 2 yaşdan sonra 3 yaşa kimi ən azından tualet vərdişi aşılanmalıdır .
🔹Ata uşağının 1 yaşına kimi pampersini dəyişə bilər.
Uşağın gözü, qulağı hər mənada kirlənməməlidir. Həm təhqir, qeyri etik sözlər cəhətdən həmdə uşağın gözü qarşısında elə şeylər var ki, onu uşaqlar izləməməlidir
Rahatlıq olsun deyə pampers qoyur valideynlər. Valideynə əziyyət olmasın gecə vaxtı ayaqyoluna aparib gətirmək.
Və pampersi düzgüncə vaxtında atmayanda enurez problemləri də özünü göstərir.
Enurezin nədir?
Enurez yerini islatmasıdır. Sidik kisəsi dolanda tualet vərdişi aşılanmış uşaq ayaqyoluna həmən gedir çünkü beyinə siqnal çatir ki, kiçik tualetini etməlisən. Amma enurezdə beyinə siqnal çatmır, sidik kisəsi dolduğunda və nəticə etibarilə yerini isladır. Ən çox da valideyn uşağı ayaqyolunda qorxutduğunda olur. Qorxur deyə getmir gecə ayaq yoluna əvəzinə isə yeri isladir. Uşağı ayaqyolunda qətiyyən qorxutmaq olmaz.
Məsələn valideyn guya zarafat olaraq tualetdə çox qalsan xortdan baba gəlib səni aparacaq və.s kimi sözlər deyir. Sizcə uşağa bu sözlər deyilsə onun tualet vərdişi necə olacaq?
Səhər yuxudan oyandıqdan sonra, hər yeməkdən və gecə yatmazdan əvvəl tualetə getməyə təşviq etsəniz, yaxşı olar. Bu vaxtlar uşağın ağlında tez qalan zaman kəsimləridir. Bu müddətdə kiçik qəzalar baş verdikdə anlayışla qarşılamaq və növbəti dəfə bunu tualetə edə biləcəyini söyləmək lazımdır. Nümunə üçün siz də tualetə oturub uşağınıza nə etmək lazım olduğunu göstərə bilərsiniz və sizi təqlid etməsinə şərait yaradın. Oyun oynadığı vaxtlarda və oyuna aludə olduqda onu tualetə aparmağı unutmayın. Hər iki saatdan bir tualetə aparın. Bu vərdişi aşılayan zaman bəzi ardıcıl davranış qaydalarını da öyrətməyi unutmaq olmaz. Bu ardıcıllıq – tualetə girmək, soyunmaq, tualetini etmək, təmizlənmək, geyinmək, sifonu çəkmək və əlləri yumaqdır. Bunların hamısının yerinə yetirilməsi tualet vərdişinin uğurla həyata keçirilməsi deməkdir. Məcburiyyət və cəza ilə bu vərdişi müəyyən zamanda aşılamağınız düzgün deyil.

Yazar: Həsənova Günel WCU

həmçinin bax D.John Boulbi

https://turaz.org/turkiye-azerbaycan-dostlugu-dunyaya-numunedir/