Uşaqlarda Allergiyanın Növləri

UŞAQLARDA ALLERGİYANIN NÖVLƏRİ

Allergiya  – immun sistemin hər hansı bir xoşagəlməz qıcıqlandırıcıya (məsələn, toz gənələri, heyvanların tükləri, çiçək tozcuqları) qarşı reaksiyasıdır. Nəticədə iltihabi reaksiyaya və allergik rinit, atopik dermatit, övrə, qida allergiyası  kimi xəstəliklərə səbəb olan müxtəlif maddələr ifraz edilir.

Allergiya yoluxucu deyildir, bir uşaqdan digərinə keçmir. Bəzən allergik reaksiya özünü  büruzə verənədək bir neçə saat və ya gün keçir, buna görə də biz nəyin: bir neçə saat əvvəl içdiyimiz südün yoxsa bir müddət əvvəl sığalladığımız pişiyin allergiyaya səbəb olduğunu anlamaya bilərik.

Uşaqlar arasında allergik xəstəliklərin ən geniş yayılmış forması  qida allergiyasıdır. Mütəxəssislərin dediyinə görə, uşaqların 55 faizindən çoxu həmin allergiyalardan əziyyət çəkir. Qida allergiyaları onların üzləşdiyi xəstəliklər arasında 4-6 faiz təşkil edir.

Ana südünün erkən kəsilərək onlara əlavə yeməklərin verilməsi qida allergiyasının ən başlıca səbəbi sayılır. Bu xəstəlik uşaqlarda çox vaxt qusma və qarın ağrısı ilə müşayiət olunur. Buna görə də uşaqlarda allergiyanın ilkin əlaməti hiss olunanda mütləq həkimə müraciət etmək lazımdır.

Meyvələrə, eləcə də banana, sitrus meyvələrinə qarşı allergiyaya nadir hallarda rast gəlinir.
Uşaqlarda allergiya ən çox inək südünə, ondan hazırlanan məhsullara qarşı yaranır. Allergiyaya səbəb olma baxımından ikinci yerdə yumurta ağını , sonra soya, lobya, ümumiyyətlə, paxlalı məhsulları, qoz, fındıq, fıstığı göstərmək olar. Dəniz məhsullarına qarşı da allergiyaların olması mümkündür.

Normal allergik reaksiya ilə şiddətli allergik reaksiya arasındakı fərqlər var :

Normal allergik reaksiya əlamətləri: Gözlərdə sulanma, burun axıntısı, asqırma, burun tutulması, kimi əlamətlər uşaqlarda yüngül dərəcədə yəni normal allergik reaksiyalar olaraq qəbul edilir. Məsələn, mövsümi allergik simptomlar bu qrupa girə bilər. Çünki bu göstəricilər ciddi deyildir. Lakin, uşaq əgər astma və şiddətli allergik reaksiyaya sahibdirsə, bu normal reaksiya əlamətlərini də ehtiyatda saxlayır.

Uşaqlarda şiddətli allergik reaksiya əlamətləri (anaflaksiya): Uşaqlarda şiddətli allergik reaksiyaların yarısından çoxu qida allergiyalarına qaynaqlanır. Bu qidalar arasında yumurta, qabıqlı yemişlər və qabıqlı dəniz canlıları əhəmiyyətli yer tutar.

Uşaqların 1%-i də həşərat dişləmələrinə və soxmalarına qarşı şiddətli allergik reaksiya göstərə bilər. Anaflaksiya, yəni şiddətli allergik reaksiyalar allergenə məruz qalındıqdan sonra 5-20 dəq içində özünü göstərə bilər.

Uşaqlardakı şiddətli allergik reaksiya əlamətləri: Bu əlamətlər qarşı diqqətli olunmalıdır: Çətin nəfəs alma, gurultulu nəfəs alma Boğaz, üz, dodaqlar və ya dildə şişmə ağciyərlərdə darlıq, xırıltı səs batıqlığı tərləmə dəridə solma sürətli nəbz, aşağı qan təzyiqi, baş gicəllənməsi, huşunu itirmə, mədə bulanması, qusma, qarın ağrısı

Allergiyanın inkişafına səbəb olan başlıca səbəblər genetik və ekoloji faktorlardır. Ən ciddi səbəb genetikdir. Ailəsində hər hansı bir allergik xəstəlik olan uşaqlarda allergik xəstəlik inkişaf riski yüksəkdir. Allergiya xəstəliyinin tipi dəyişə bilər.

Ailəsində astma ola bilər, amma uşaqda ekzema yarana bilər və ya tam əksi ola bilər. Ana və ya atada hər hansı bir allergik xəstəlik varsa, uşaqda allergik xəstəliyə tutulma ehtimalı 30 %-dir. Həm ana, həm atada allergik bir xəstəlik varsa, uşaqda allergik xəstəlik inkişaf ehtimalı artıq 50 %- dir və bu nisbət 80 %- ə qədər yüksələ bilər.

Ancaq allergik xəstəliklərin inkişaf səbəbini yalnız genetika ilə də bağlamaq olmaz. Ailəsində allergiyalı xəstəliyi olmayanlarda allergiyaya rast gəlinə bildiyi kimi, allergiyalı xəstəlik olan ailələrdə də allergiyalı xəstəliyə rast gəlinməyə bilər. Deməli, allergiyanın inkişafı yalnız genetika ilə bağlı olmayan bir çox ekoloji səbəblərə görə də ola bilər.

Ekoloji faktorlar ətrafımızda olan və allergiya inkişafına səbəb ola bilən faktorlardır, məsələn, ətrafda olan müxtəlif alergenlər.
Evdə havada uçuşan tozcuqların hərəkəti, həşərat və onların toxumları, pişik, it kimi ev heyvanlarının nəcisləri, bu heyvanlarla mümkün təmaslar,hamam böcəkləri, eləcə də kimi bir çox alergenlər astma, allergik soyuqdəymə kimi allergik xəstəliklərə səbəb olur

 

Yazar : Şıxəliyeva Gülüş

 

Həmçinin  bax: https://turaz.org/azerbaycanda-koronavirusdan-daha-11-nefer-olub/

 

Həmçinin bax: https://kafkazh.com/klinefelter-sindromu-nedir/