Uşaqlar dili necə öyrənirlər?

Dil mənimsəmə nəzəriyyələri:
Dil öyrənmənin psixoloji nəzəriyyələri tərbiyə cəhətdən daşıdıqları vacibliyin mahiyyətinə görə fərqlənirlər. Bununla yanaşı hər ikisinin də əhəmiyyətli olduğu aydındır. Uşaqlar dili bilərək doğulmur: Onlar danışmağı ətrafda baş verənləri eşidərək öyrənirlər. Digər tərəfdən, insan beyni, digər heyvanlardan fərqli olaraq,elə şəkildə qurulmuşdur ki, onlar dili hətta çox səy göstərmədən öyrənirlər.

Dil inkişafının bəlkədə ən açıq izahı, assosiasiya, möhkəmləndirmə və başqalarının müşahidəsi də daxil olmaqla öyrənmə prinsipləri ilə baş verməsidir (Skinner, 1965). Dilin öyrənilməsi ideyasının ən azından bir həqiqəti olmalıdır, çünki uşaqlar başqa bir dildən çox, ətraflarında eşitdikləri dili öyrənirlər. Həmçinin bu fikri dəstəkləyən digər bir şey dil biliklərinin tədricən inkişafının zamanla baş verməsidir. Görünür ki, uşaqlar, öyrənmə nəzəriyyələrində göstərildiyi kimi, dillərini təqlid, möhkəmləndirmə və formalaşdırma yolu ilə dəyişdirirlər.

Ancaq dil tamamilə öyrənilə bilməz. Birincisi, uşaqlar möhkəmləndirmə yolu ilə sözləri çox sürətli öyrənirlər. 18 aydan 5 yaşa qədər uşaqlar hər gün 10-a qədər yeni söz öyrənirlər (Anqlin, 1993). Daha da əhəmiyyətlisi, dil təqliddən daha çox generativdir. Generativlik bir dildə danışanların əvvəllər heç məruz qalmadıqları yeni fikirləri təqdim etmək üçün cümlələr qurabilməsi deməkdir. Dil, ehtiyac duyduğumuzda seçdiyimiz əvvəlcədən təyin olunmuş fikir və cümlələr toplusu deyil, daha əvvəl baş verməyən, sonsuz sayda ifadə, düşüncə və fikir yaratmağımızı təmin edən qayda və prosedurlar sistemidir. Bir uşaq, məsələn, hovuzda “üzdüm” dedikdə, generativlik göstərir. İngilis dilində danışan heç bir yetkin şəxs “üzdüm” deməz, lakin bu, normal dil yaranma sistemindən asanlıqla əmələ gəlir. Dilin bütünlükdə təcrübə yolu ilə öyrənildiyi fikrini təkzib edən digər dəlillər uşaqların dilləri heç eşitmədiklərindən daha yaxşı öyrənə biləcəkləri müşahidəsindən irəli gəlir. Valideynləri işarə dilini çox yaxşı bilməyən kar uşaqlar, buna baxmayaraq bunu tək başına mükəmməl öyrənə bilirlər və ehtiyac olduqda öz dillərinidə yarada bilərlər (Goldin-Meadov and Milandr, 1998). Müəllimləri işarə dilini bilməyən Nikaraguadakı bir məktəbdə bir qrup eşitmə məhdudiyyətli uşaqlar, uydurma işarələr vasitəsi ilə ünsiyyət qurmağın yolunu icad etdilər (Senqas, Senqas and Piers, 2005). Bu yeni Nikaraqua İşarət Dilinin inkişafı məktəbə yeni nəsil şagirdlər gəldikdə və dili istifadə etməyə başladıqca davam etdi və dəyişdi. Orijinal sistem həqiqi bir dil olmasa da, hər il daha da təkmilləşərək müasir dövrdə yeni bir dilin inkişafını göstərir.

Dilçi Noam Çomski, insanın beynində bütün insan dillərinin əsasını təşkil edən ümumdünya qrammatikasını özündə cəmləşdirən bir dil əldə etmə cihazı olduğunu iddia edərək təbii yanaşmanı dəstəkləyir (Çomski, 1965, 1972). Bu yanaşmaya görə, dünya miqyasında danışılan çox sayda dildən hər biri (6000 ilə 8000 arasındadır), insan beynində yerləşmiş eyni təməl toplu prosedurların fərdi nümunəsidir. Çomski hesab edir ki, uşaqlar cümlələrin necə qurulduğunu təyin edən ümumi sintaksis qaydaları haqqında məlumatları bilərək dünyaya gəlirlər.

Çomski bir fikrin dərin quruluşunu – fikrin bütün dillər üçün ümumi olan fundamental universal qrammatikada necə təmsil olunduğunu və fikrin səthi quruluşunu – hər hansı bir dildə necə ifadə olunduğunu fərqləndirir. Səthi quruluşundakı bir düşüncəni eşitdikdən və ya ifadə etdikdən sonra ümumiyyətlə bunun necə baş verdiyini unuduruq. Mühazirənin sonunda bir çox dərin quruluşu xatırlayacaqsınız (yəni təlimatçı tərəfindən ifadə edilən fikirlər), ancaq səthi quruluşu (təlimçinin fikirləri çatdırmaq üçün istifadə etdiyi dəqiq sözlər) yenidən istifadə edə bilməyəcəksiniz.

Psixoloqlar arasında körpələrin dil öyrənmək üçün genetik olaraq proqramlaşdırıldığına dair ümumi bir fikir ayrılığına baxmayaraq, Çomskinin bütün dil öyrənmələrini hesaba gətirəbiləcək universal bir qrammatika olduğuna dair fikirləri hələ də müzakirə olunur. Evans və Levinson (2009) dünyanın dillərini araşdırdılar və dil toplama cihazının əsas xüsusiyyətlərindən heç birinin tamamilə universal olmadığını aşkar etdilər.Ümumdünya qrammatikasına əsasən bütün dillərin bu xüsusiyyətləri bölüşməsi lazım olmasına baxmayaraq, axtarışlar zamanı ismi və ya feli ifadələri olmayan, zamanları olmayan (məsələn, keçmiş, indiki, gələcək) və hətta bəzilərinin ümumiyyətlə isim və ya felləri olmayan dillər tapdılar.

QAYNAQ: İntroduction of Psychology 
TƏRCÜMƏÇİ: Fəridə Mahmudova
HƏMÇİNİN BAX: Əzələ Distrofiyası
HƏMÇİNİN BAX: Tehsilim.org/seristeli-metodist-olmaq-isteyenlerin-nezerine/