Uşaq psixologiyasında böhran problemi

Uşaq psixologiyasında böhran problemini dörd kəskin məqamlarda baş verir.

1 yaşın böhranı (çağalıq yaşından körpəlik yaşına keçid zamanı)

3 yaşın böhranı (körpəlik yaşından məktəbəqədər yaşa keçid zamanı)

6-7 yaşın böhranı (məktəbəqədər yaşdan məktəb yaşına keçid)

Yeniyetməlik yaşının böhranı

1 yaş böhranı əsasən doğuş travması ilə özünü göstərir. Doğum zamanı yaşanan sancı uşağın travma ilə doğulması baş verərsə bu hal uşağın bütün həyatına təsir edə bilir. Fizioloji doğuş prosesinin hərfi mənası artıq uşağın ana bədənindən ayrılması deməkdir.
Fizioloji oyanmanın ardından uşaqda psixoloji oyanma baş verir. Uşaq artıq qısa müddət sora ananı öz qoxusu ilə tanımağa başlayır. Ana ilə uşaq arasında bağlılıq uşağın növbəti yaş mərhələrində inkişafına kömək olur.
3 Yaşın böhranı. Bu dövrdə uşaq artıq öz mənini qismən tanımağa başlayır. Söz bazası nisbətən artır. Bu dövrdə müəyyən hallar baş verirki, bu hallara: Tərslik, höcətlik, narahatlıq, Neqativizim (yəni dilini çölə çıxarır xoşa gəlməz hərəkətlər edir və.s) aiddir.
6-7 Yaşın böhranı – bu dövrdə uşaqda xüsusi davranışlar ortaya çıxır. Acı konfet reaksiyası yəni uşaq pis olur bunu bildirməməyə çalışır.
Məktəbqabağı yaranan bu böhranın digər səbəbi yeni şəraiti neqativ qarşılamasıdır. Əsas səbəb valideynlərin uşağı məktəb ilə, müəllim ilə hədələməsidir.
Yeniyetməlik yaş böhranı isə uşaq bu dövrdə artıq özünü ifadə edə bilmir. Xarakteri formalaşır bir növ ətrafdakılarla münasibətində tərslik yaranır. Bu dövrdə valideyinlərə qarşı sevgi və istək yaranır. Valideynlərin uşağın inkişaf böhranlarının gedişatına az və ya çox dərəcədə təsir edə bildiyi yaş inkişafının əvvəlki mərhələlərindən fərqli olaraq, burada onların təsiri daha həlledicidir. Əgər valideynləri sayəsində yeniyetmə etibar, müstəqillik, təşəbbüskarlıq və bacarıq hissi mənimsəyibsə, onun identifikasiyası, yəni öz fərdiyyətinin dərki şansı artır.
30 yaş böhranı. Bu dövr böhran əsasən qadın və kişilərdə müxtəlif cür təzahür edir.Belə ki qadınlar bu dövrdə əksxoşbəxtlik sindromu yaşayırlar. Bəzi insanlar depressiyaya bəziləri isə həyatlarından narazı olduqlarını müxtəlif cür dilə gətirirlər.

Valideyn uşaq münasibət və rolları. Ata-ananın övlada məhəbbəti sövq-təbii, övladların ata-anaya məhəbbəti isə şüurludur. (Nəsirəddin Tusi)
Ailənin təməli ilk olaraq cütlüklərin tanışlığı və uzun sürən münasibətlərində başlayır. Nigah ilə onlar cəmiyyətin sosial qrupu olan ailə qrupuna daxil olurlar. Ailə tərkibində müəyyən rollar mövcud olur ki, bunlar Ər-arvadlıq, bacı -qardaş, valideyn-övlad olaraq qruplaşır. Bu rolların hamısı əsas və bir-biri ilə çox bağlıdır. Uşaq- valideyn münasibətləri gündəm təşkil edən məsələlər sırasında ilk başlıqlardadır. Hər ailənin təmi ilk tərbiyə və hörmət ilə qurulur. Valideynlik münasibətələri də əsas olaraq bu məsələyə dayanır. Ailələr müəyyən idarə tiplərini və xüsusiyyətlərini özündə daşıyır.
Bunlar ardıcıl olaraq
1.Liberal
2.Demokratik
3.Avtoritar
1.Liberal ailə modelində valideyinlər uşaqlar ilə maraqlanmır, onları başlı başına buraxır. Bu ailələrdə olan lazımsız sərbəstlik uşaqların həyatda lazımı mövqeydə durmasına əngəl olur.
2.Demokratik ailə modelində hər şey ideal şəkildə qurulur. Ailə üzvləri bir-birlərini anlayır və fikirlərinə hörmətlə yanaşır. Nə çox özbaşınalıq nə çox sıxma boğma mövcud olmur bu ailə modelində.
3.Avtoritor ailə modelində əsasən ata çox böyük nüfuza sahib olur.  Uşaqların arzu və istəkləri demək olar ki, nəzərə alınmır.
Bu 3 ailə modeli içində ən gözəl təsiri özündə birləşdirən demokratik ailə modelidir. Bu tip ailələrdə valideyn-övlad münasibəti yüksək səviyyədə təşkil olunmuş olur.
Unutmayaq ailə cəmiyyətin özəyi dünyanın isə gələcəyidir.

Yazar: Arzu Mirzəliyeva (ADPU-Quba Filialı)

həmçinin bax Şüuraltı (təhtəlşüur)

həmçinin bax https://tehsilim.org/ise-qebul-imtahanlarinin-novbeti-gunu/