Ürək xəstəlikləri hansılardır?

Ürək xəstəlikləri sayı və formaları çox böyükdür, lakin onlar 4 əsas qrupa ayrılır:

  1. Ürəyi qidalandıran damar xəstəlikləri
  2. Ürəyin elektrik sistemi xəstəlikləri
  3. Əzələ sistemi (xroniki ürək çatmamazlığı)
  4. Ürək qapaqları (natamam açılma və ya qapaq çatışmazlığı)

Bu xəstəliklər çox vaxt üst-üstə gəlir bu zaman müalicə və müayinəni çətinləşdirir.

  1. Ürəyi qidalandıran damar xəstəlikləri nədir?

Bədənin digər hissələri kimi, ürəyin də oksigenlə zəngin qan təchizatına ehtiyacı var. Ürək qanı arteriyalardan alır. Bu analoqa misal olaraq arteriyaları borular olaraq düşünün. Evindəki rakovina boru kirəcləşdikdə, su keçə bilmir və ürəyin hər hansı borusu daraldıqda və ya tutulduqda, təzə oksigenlə zəngin qan, tam olaraq ürəyə axa bilmir. Tac arteriyaları tutan tıxaclar plakdan (bura müxtəlif qan hüceyrələri və yağlı maddələr, xolesterin də daxildir) ibarət olur.

Bu “santexniki problem” daralmış arteriyadan qan təchizatını yavaşıddığı üçün, sinirdə ağrı ilə nəticələnə bilir və əgər müalicə olmasa, ürək infarktı ilə nəticələnir.

  1. Qapaq xəstəlikləri nədir?

4 ürək qapağı ürəyin içində yerləşərək, qanın doğru istiqamətdə axınını təmin edir. Normal vəziyyətlərdə qapaqlar bir istiqamətli rolunu oynayaraq, qanı doğru yönəldir və geri axının qarşısını almış olur. Nə zaman ki, ürək qapaqları xəstələnir, o zaman qapaqlar ya tam açılmır, ya da bağlanmır. Bundan əlavə bu yerlər, ürək əzələsinin təzyiqi altında olur, və vaxtından əvvəl ürək əzələsinin yorulmasına və zəifləməsinə gətirib çıxardır. Qapaq anormallığı onun dərəcəsindən asılı olaraq, ürəyin atım keyfiyyətini azaldır. Ən yaxşı hallarda cərrahi olaraq bərpa edilir və ya dəyişdirilir.

  1. Ürəyin elektrik sistemi xəstəliyi nədir?

İnsan bədəni elektrik liflərinin incə şəbəkəsindən ibarətdir. Ürəkdə toplanan elektrik siqnallar, ürəyin 4 kamerasının yığılması və boşalmasını kontrol edərək, ürək döyüntülərinin sayını və ritmini idarə edir. (yuxarı 2 kamera qulaqcıq, aşağı 2 kamera mədəcik adlanır).

Normal vəziyyətdə ürək elektrik impulsu, saniyəlik fraksiyada ötürülür, nəticədə ürək kameraları müntəzəm sürətdə, eyni zamanda yığılır. Lakin qeyri-normal hallarda, elektrik siqnallar ürəyin qeyri-müntəzəm şəkildə döyünməsinə səbəb olur, nəticədə ürəyin həddindən artıq və ya həddindən az döyünməsi, və hətta xaotik olmasına səbəb olur.

Ritm xəstəliyi tam ağırlıqlı spektoru əhatə edir. Onlar “məsum” (arabir vaxtından əvvəl ürək döyüntü) və ya həyati təhlükə daşıyan (sürətli və qeyri stabil ürək döyüntüləri), huşun itməsi ilə nəticələnə bilər. Əgər sizdə ürəyin elektrik sistemi pozulubsa, sizdə ürəyin sürətləndiyini və ya çırpındığını hiss edə bilərsiniz.

  1. Əzələ sistemi xəstəlikləri nədir?

Ürəyin hamısı ürək əzələləri və ya miokard adlanan nadir formalı əzələ toxumasından təşkil olunub. (Myo – əzələ, Cardium – ürək)

Ürək əzələsi xəstəlikləri 2 yerə ayrılır:
  1. Zəifləmiş və nazikləşmiş əzələ
  2. Güclü və qalınlaşmış əzələ

Zəif və nazik ürək əzələsi normal ürək əzələsi kimi, qanı ürəkdən bədənə qova bilmir. Bu ürək infarktı nəticəsində və ya ürəkdə keçirilmiş virusun nəticəsində ürək zədələnməsindən yaranır, həmçinin uzun müddət müalicə edilməyən ürək qapağı xəstəliyi, ürək əzələsinin həddindən çox işləməsinə və yorulmasına (tükənməsinə) səbəb olur.

Zəifləmiş ürək əzələsi olan xəstələr, xroniki ürək çatmazlığının yaranmasına meyilli olurlar, hansı ki, ürək qanı bədənə ötürə bilmir.Xroniki ürək çatmazlığı maye toplanmasına, tənginəfəslik, böyrək disfunksiyası və qəfləti ölümlə nəticələnə bilir.

 

YAZAR: Məmmədli Gülsüm– QMB Biologiya klubu

 

Həmçinin bax: https://kafkazh.com/aktinobakteriyalarin-qurulusu/

Həmçinin bax: https://tehsilim.org/yasil-marafon-cercivesind%c9%99-xocas%c9%99nde-agac-ekilib/